Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1257/2021 28.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən 2014-2018-ci illərdə ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması, habelə qanunazidd kameral vergi yoxlamaları ilə 2013-cü il üçün təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 3.567.985.45 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 3.360.168.93 manat məbləğində ƏDV nəticəsində iddiaçıya vurulan 11.399.996.82 manat zərərin və zərərə görə hesablanmış 4.160.998.84 manat faiz olmaqla 15.560.995.66 manatın cavabdehdən tutularaq iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən 2014-2018-ci illərdə ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması, habelə qanunazidd kameral vergi yoxlamaları ilə 2013-cü il üçün təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 3.567.985.45 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 3.360.168.93 manat məbləğində ƏDV nəticəsində iddiaçıya vurulan 11.399.996.82 manat zərərin və zərərə görə hesablanmış 4.160.998.84 manat faiz olmaqla 15.560.995.66 manatın cavabdehdən tutularaq iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması ilə bağlı dəfələrlə vergi orqanına, məhkəmələrə şikayətləri olmuşdur. Nəhayət xx.xx.2014-cli il tarixdən vergi orqanı ƏDV sub-uçot iddiaçının hesabına daxil olan məbləğlərin 50%-i həcmində malsatanlara vəsait ödəmələrinə imkan yaratmışdır. xx.xx.2017-ci il tarixdən isə tamamilə ƏDV sub-uçot hesabları bloklanmışdır. Dəfələrlə etdikləri rəsmi şikayətlər, məktublar isə “ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək əməliyyatlar üzrə hər hansı texniki problem olmadığı, ƏDV sub-uçot hesabları üzrə aparılan əməliyyatların dayandırılması ilə əlaqədar qanunvericilikdə vergi orqanı tərəfindən hər hansı müdaxilə edilmə imkanının nəzərdə tutulmadığı” məzmunlu məktublarla vergi orqanının rəhbər vəzifəli şəxslərinin (Departament rəisi, nazir müavini) imzası ilə cavablandırılmışdır. Vergi orqanı bu qanunsuzluqlarla kifayətlənməyərək xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə kameral vergi yoxlaması ilə cəmiyyətə 2013-cü il üçün xx.xx.2014-cü il tarixdə vergi orqanına təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq 3567985.45 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün xx.xx.2014-cü il tarixdə vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə isə xx.xx.2015 və xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə əlavə olaraq cəmi 3360168.93 manat ƏDV (ümumilikdə ƏDV və mənfəət vergiləri üzrə 6928154,38 manat) hesablamaqla qanunvericiliyin tələblərini kobudcasına pozmuş, iddiaçının bank hesablarına sərəncamlar verməklə fəaliyyətini iflic etmişdir. Nəhayət iddiaçı vergi orqanının bu qanunsuzluqlarının aradan qaldırılması, yəni vergi orqanı tərəfindən bank hesablarına qoyulan sərəncamların icrasının dayandırılması və ƏDV sub-uçot hesabları üzrə aparla biləcək məxaric əməliyyatlarına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı vergi orqanına qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdırlar. Məhkəmə xx.xx.2015-ci il tarixdə işə baxaraq iddialarının təmin olunması barədə 2-1(81)-2199/2015 saylı qərardad qəbul etmişdir. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən həmin qərardaddan Bakı Apellyasiya Məhkəmisinə şikayət verilmişdir. Bakı Apellyasiva Məhkəməsi xx.xx.2015-ci il tarixdə işə baxaraq şikayətin qismən təmin edilməsi barədə 2-1(103)-1224-2015 saylı qərardad qəbul etmişdir. Belə ki, yeni qərardada əsasən vergi orqanı tərəfindən bank hesablarına qoyulan bütün sərəncamların deyil, yalnız əlavə hesablamalar üzrə qoyulan sərəncamların icrasının dayandırılması, eyni zamanda ƏDV sub-uçot hesabları üzrə aparla biləcək məxaric əməliyyatlarına qoyulan məhdudiyyətin aradan qaldırılması qət edilmişdir. Cavabdeh vergi orqanı Bakı Apellyasiya Məhkəmisinin qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2- 1 (102)-912/2016 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Bundan sonra vergi orqanı qərəzli olaraq Ali Məhkəmənin qərarının icrasını təmin etməyərək iddiaçının ƏDV sub-uçot hesabları üzrə aparla biləcək məxaric əməliyyatlara qoyulan məhdudiyyəti (bloklanmanı) aradan qaldırmamışdır. Uzun sürən yazışmalardan sonra xx.xx.2018-ci il tarixdə vergi orqanı ƏDV üzrə 2013-cü ilin dekabr ayı və mənfəət vergisi üzrə 2013-cü il üçün qanunsuz olaraq kameral qaydada ümumilikdə hesabladığı 6928154.38 manat məbləğində vergiləri ləğv edərək şəxsi hesab vərəqələrində müvafiq düzəliş aparsa da ƏDV sub-uçot hesablarındakı bloklamanı aradan qaldırmamışdır. Cəmiyyət vergi orqanı tərəfindən yaradılan qanunsuz maneələr ucbatından məcbur olaraq fəaliyyətini dayandırmışdır. Beləliklə də 2014-2018-ci illər ərzində vergi orqanı tərəfindən cəmiyyətə külli miqdarda zərər vurulmuşdur. Beləki, həmin dövr ərzində cəmiyyətin dövriyyəsi ümumilikdə 1********.4 manat, həmin dövriyyədə mal-materialların dəyəri ümumilikdə 164520262,8 manat təşkil etmişdir. Alınmış mal-materialların dəyəri ümumilikdə 164520262,8 manat təşkil etməsinə baxmayaraq rəsmi qaydada, yəni elektron vergi hesab fakturaları əsasında alınmış mal-materialın dəyəri ********.3 manat olmuşdur. ƏDV sub-uçot hesabı vergi orqanı tərəfindən bloklandığı üçün 2014-2018-ci illər ərzində ********.5 manat dəyərində mallar (həmin malların dəyərində ƏDV-********.82 manat təşkil edir) ƏDV ilə birlikdə nağd qaydada alınmışdır. 2014-2018-ci illər ərzində cəmiyyətin ƏDV sub-uçot hesabına ********.46 manat vəsait daxil olmuş, həmin vəsaitin 14066036,14 manatı ƏDV sub-uçot hesabının bloklanması və kameral vergi yoxlamaları ilə süni borc yaradılması nəticəsində vergi orqanı tərəfindən büdcəyə silinmişdir. Rəqəmlərdən göründüyü kimi ƏDV sub-uçot hesabında kifayət qədər əlavə ********.14 manat ƏDV olduğu halda, ********.5 manat dəyərində mallar nağd şəkildə alınmış, malsatanlara ********.82 manat ƏDV ödənilməsinə imkan verilməmiş, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmək hüququ pozulmuş və beləliklə də cəmiyyətə ********.82 manat məbləğində zərər vurulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı inzibati orqandan vurulmuş ziyana görə kompensasiya tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iş materialları ilə müəyyən olunur ki, iddiaçı kompensasiya tələbi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Lakin iddiaçının məhkəmədə qaldırdığı kompensasiya tələbini ilkin olaraq cavabdeh qismində qeyd etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsindən tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunsun ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Əgər iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsini cavabdeh hesab edirsə həmin orqana qarşı iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1257/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1257/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver