Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1258/2021 12.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən 2014-2018-ci illərdə ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması, habelə qanunazidd kameral vergi yoxlamaları ilə iddiaçı cəmiyyyətə 2013-cü il üçün təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 6.179.187.26 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 5.595.324.98 manat məbləğində ƏDV nəticəsində iddiaçıya vurulan 5.394.517.13 manat zərərin və vurulan zərərə görə hesablanmış 1.968.998.75 manat məbləğində faiz olmaqla 7.363.515.88 manatın cavabdehdən tutularaq iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən 2014-2018-ci illərdə ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması, habelə qanunazidd kameral vergi yoxlamaları ilə iddiaçı cəmiyyyətə 2013-cü il üçün təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 6.179.187.26 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 5.595.324.98 manat məbləğində ƏDV nəticəsində iddiaçıya vurulan 5.394.517.13 manat zərərin və vurulan zərərə görə hesablanmış 1.968.998.75 manat məbləğində faiz olmaqla 7.363.515.88 manatın cavabdehdən tutularaq iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəmə müraciət edərək işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Vəsatətə onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddiası Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8-ci maddəsi inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən tətbiq olunmalı qaydaların dairəsini müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 8.1.1 —8.1.3-1 -ci maddələri bir sıra iddia növlərinə aid mübahisələrə baxılması ilə əlaqədar məhkəmə aidiyyətini konkret müəyyən etmişdir. Həmin Məcəllənin 8.1.4-cü maddəsində isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olması birbaşa müəyyən edilmişdir. Belə olan halda iddiaçının hazırkı iddiasına cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin olduğu yerin məhkəməsində baxılmalı olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin tələbə riayət edilmədən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. İnzibati Prosessual Məcəllənin 8.2-ci və 8.4-cü maddələrinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə əsasən, tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırki iddia tələbi üzrə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115-dir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası haqqında” Əlavənin 15-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Qeyd edilənlərə əsasən inzibati işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş edirlər. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, cavabdehin vəsatəti əsaslıdır və iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının hazırkı iddiası Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir və qeyd edilən məcəllənin 8.1.1-8.1.3 maddəsi tətbiq edilmədiyi halda mübahisələrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Hazırki iddia tələbi üzrə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115-dir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən 2014-2018-ci illərdə ƏDV sub-uçot hesabları üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması, habelə qanunazidd kameral vergi yoxlamaları ilə iddiaçı cəmiyyyətə 2013-cü il üçün təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 6.179.187.26 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə əlavə olaraq hesablanmış 5.595.324.98 manat məbləğində ƏDV nəticəsində iddiaçıya vurulan 5.394.517.13 manat zərərin və vurulan zərərə görə hesablanmış 1.968.998.75 manat məbləğində faiz olmaqla 7.363.515.88 manatın cavabdehdən tutularaq iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi” barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1258/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1258/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver