Məhkəmə qərarları › İş №2-1(118)-1258/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1258/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1258/2024 08.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 58 yaşı tamam olan tarixdən, yəni 22 sentyabr 2022-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj Firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1964-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə “Tərəqqi” xalça fabrikində başlamış və xx.xx.1987-ci ilə qədər həmin müəssisədə işləmişdir. xx.xx.2001-xx.xx.2008-ci illərdə "xxxx" adına 4 saylı Tikiş-Trikotaj fabrikində, xx.xx.2008-xx.xx.2009-cu illərdə "xxxx" Anonim Şirkətində işləmişdir. xx.xx.2010-cu ildən hal- hazradək Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalda X1 kiçik tibb bacısı vəzifəsində işləyir. Sonuncu iş yerində işlədiyi peşə zərəli iş stajına aiddir. İddiaçının ümumi iş stajı xx.xx.2009-cu ilə qədər 14 il 1 ay 15 gün, xx.xx.2022-ci ilə qədər 26 il 6 ay 13 gün, hal-hazırki tarixədək 27 ildən artıqdır. Həmin iş stajının 13 ildən artıq hissəsi zərərli istehsal sahəsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixində 530- VQD saylı qanunla dəyişiklik edilmiş və Qqanunun 7-ci maddəsinə əsasən yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə pensiya təyini nəzərdə tutulmuşdur. İddiaçının 58 yaşı tamam olan tarixdən, yəni 22 sentyabr 2022-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə 24 iyun 2023-cü ildə müraciət etmişdir. Bunu poçt qəbzi təsdiq edir. Lakin cavabdeh bu günə qədər müraciətinə cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 01 avqust 1988-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində “Mehman" adına 4 saylı Tikiş- Trikotaj firmasında işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin xx.xx.2004-cü il tarixindən fəaliyyətə başladığı müəyyən olunmuşdur. Bundan başqa araşdırma zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2006-cı il üzrə 9 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay olmaqla fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən İddiaçı Ağaəlı qızının 07 08.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dovr ərzində "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında işləyibişləməməsinə dair əsaslı şübhələr yaranmışdır. İddiaçının qeyd edilən əmək stajı və həmin dövr üçun adıçəkilən müəssisə tərəfindən məcburi doviət sosial sığorta haqlarının ödənılib-ödənılməməsının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasının sənədlərinin arxivə təhvil verilmədiyi müəyyən olmuşdur. Bu səbəbdən də xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (21 il 2 ay 26 gün (xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 2006-2023-cü illər uzrə cəmi 15 il 5 ay)) təşkil edir. Bundan başqa İddiaçı Ağaəlı qızının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29185,41 manat təşkil edir. İş materiallarında olan: -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. -İddiaçının adına açılmış NT-İ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1987-ci il tarixlərə “Tərəqqi” xalça fabrikində, xx.xx.2001-xx.xx.2008-ci il tarixlərdə "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında, xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə "xxxx" Anonim Şirkətində, xx.xx.2010-cu il tarixdən hazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalda X1 kiçik tibb bacısı işləyir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı təəfindən verilmiş arayışdan görünür ki, X3 həqiqətən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında xx.xx.2010-cu il tarixdən (Əmr №20, xx.xx.2010-cu il) Travmatologiya və Bərpaedicı cərrahiyyə bölməsində kiçik tibb bacısı vəzifəsinə işə qəbul edimişdir. xx.xx.2010-cu il tarixdə (Əmr №0102, xx.xx.2010-cu il) Mərkəzi Hərbi Klinik Hospitalın adı Silahlı Qüvvələrin Baş Klinik Hospitalı adlandırılmışdır. xx.xx.2011-ci il tarixdən halhazıradək (Əmr №8, xx.xx.2011-ci il) X1 kiçik tibb bacısı vəzifəsinə təyin edilmişdir. Yoluxucu xəstəliklər bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur (kod 2260000a). xx.xx.2021-ci il tarixdə (Əmr №177, 23.07 2021-ci il) Silahlı Qüvvələrin Baş Klinik Hospitalın adı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı adlandırılmışdır. -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ”Mehman” adına 4 saylı tikiş-trikotaj fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı barədə məlumatları müsbət cavablandlrmaq mümkün olmamışdır. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı ünvan 1ikotaj firması (VÖEN **********) xx.xx.1997-ci il tarixdə Ş-8 nömrə ilə dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyəti dayandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi sahənin zərərli işlərin siyahısına aid edilməsi və onun 10 ildən artıq xüsusi staja malik olması işin mübahisələndirilməyən halıdır. Hazırda cavabdeh iddiaçının 25 il ümumi staja malik olmasını mübahisələndirir. Belə ki, onun xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" adına 4 saylı tikiş-trikotaj firmasında işlədiyi dövrün onun sosial sığorta stajına daxil etməkdən imtina edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istinsa olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" adına 4 saylı Tikiş-Trikotaj firmasında işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Müəsisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. İddiaçının adına 2006-2007-2008-ci illərin bəzi aylarında həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödəməsi də onun həmin müəssisənin işçisi olması halını təsdiq edir. Bundan başqa məhkəmənin verdiyi sorğuya cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi həmin müəssisənin 23 dekabr 1997-ci il tarixdə qeydiyyata alınmasını bildirmiş və hazıda fəaliyyətini dayandırdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr iddiaçınnı sosial sığorta stajına daxil edildikdə onun tələb olunan 25 il sığorta stajı tamamlanmış olur. Bu da öz növbəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas yaradır. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 22600000a koduna görə vərəm və infeksion idarələrdə, bölmələrdə, kabinetlərdə bilavasitə xəstələrə xidmət edən işçilər (orta tibb heyəti, kiçik tibb heyəti) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda “Tibb və sosial təminat müəssisələri” adlann bölməsində bilavasitə xəstələrə xidmət edən işçilər :a) vərəm və infeksion müəssəslərində, bölmələrində, kabinetlərində işləyən orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. 13 may 2022-ci il tarixli 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin dəyişikliyə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin halları ilə iddiaçının 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajına malik olması təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" adına 4 saylı Tikiş- Trikotaj firmasında işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar