Məhkəmə qərarları › İş №2-1(118)-126/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-126/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-126/2021 16.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Xızı rayonu, Giləzi qəsəbəsi, Məşədihəsən kəndində yaşayan) və onun nümayəndəsi X4 (Sumqayıt Regional Vəkil bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (Xızı rayon İcra Hakimiyyətində şöbənin müdir müavini işləyən, Xızı rayonu Giləzi qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı Xızı rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 97 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 97 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə Xızı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandrılmışdır ki, 1991-ci ildə Xızı rayonu Giləzi qəsəbəsi Məşədihəsən kəndində iddiaçıya Xızı rayon İcra Hakimiyyəti Başçsının sərəncamına əsasən 70 ha torpaq sahəsi ayrılmışdır. 1995-ci ildə həmin torpaq sahəsinə dair ona torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Həmin vaxtdan torpaq sahəsi faktiki olaraq onun istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş və torpaq sahəsindən istifadəyə görə torpaq vergisini də ödəmişdir. 2019-cu ildə o, torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, onun adına torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı ləğv edilmişdir. İddiaçının bundan heç xəbəri olmamışdır. Cavabdeh Xızı rayon İcra Hakimiyyəti ona heç bir məlumat verilmədən həmin dövlət aktını ləğv etmişdir. Halbuki, iddiaçı 2010-cu ildə Sumqayıt şəhərində yerləşən evini və qarajını sataraq, həmin torpaq sahəsində iş görmək üçün xərcləmişdir. Torpaq sahəsi hal-hazırda da onun istifadəsində və sahibliyindədir. Xızı rayon İcra Hakimiyyəti onun hüquqlarını pozmuş,heç bir xəbərdarlıq etmədən istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair dövlət aktını ləğv etmişdir. Bu səbəbdən o, ərizə ilə Xızı rayon İcra Hakimiyyətinə müraciət edərək həmin sərəncamın ləğv edilməsini xahiş etmişdir. Lakin xahişi təmin olunmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X8 iddia tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının 60 nömrəli, 9 mart 1992-ci il tarixli əmri ilə İddiaçı kəndli fermer təsərrüfatına əlavə Rəncbər (hazırkı adı Məşədihəsən) kəndi ərazisindən xüsusi fond torpağından 50 ha əkin sahəsi ayrılmış, cəmi kəndli fermer təsərrüfatına 70 ha torpaq sahəsi təhkim edilmişdir. Rayonun Giləzi qəsəbəsinin təsərrüfatlarında torpaq islahatı başa çatdırıldığından, hüquqi payçılara və təsisçilərə orta torpaq normasında pay torpağı verildiyindən, torpaqlar mülkiyyətçilər arasında bölüşdürüldüyündən, islahata qədər kəndli fermer təsərrüfatlarına, kiçik müəssisələrə verilmiş torpaq sahələri qanuna uyğun tənzimləndiyindən və bu barədə X11 İslahat Komissiyası tərəfindən qəbul edilmiş 15 oktyabr 1998-ci il tarixli 3 nömrəli qərarı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli 17 nömrəli iclas protokolu ilə təsdiq edildiyindən Xızı rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əvvəllər kəndli fermer təsərrüfatlarına verilmiş torpaq sahələrinin tənzimlənməsi haqqında” 30 dekabr 1998-ci il tarixli sərəncam verilmişdir. Sərəncama əsasən İddiaçı və digərlərinin adına olan kəndli fermer təsərrüfatının torpaqları pay normasından çox olduğuna görə rayon İcra hakimiyyətinin başçısının əvvəllər onların kəndli fermer təsərrüfatına torpaq verilməsi haqqındakı sərəncamları və onlara verilmiş dövlət aktları ləğv edilmiş və onların kəndli fermer təsərrüfatının üzvlərinə orta torpaq normasında pay torpağı verilməsi və subyektlərə paylanması tapşınğı verilmişdir. İddiaçı istifadəsində olan aparılan aqrar islahat zamanı artıq qalan özəlləşdirmə fonduna verilən torpaq sahəsi bələdiyyələr yarandıqdan sonra Məşədihəsən bələdiyyəsinin ehtiyat fondu torpaqlarına daxil edilmişdir. Respublikada aqrar islahatlar başa çatdığından Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə «X9 Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı, «Azərbaycan Respublikası X9 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərmanı və s. Fərmanlar qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin 2020-ci ilə qədər sərəncamın ləğv edilməsi ilə bağlı vətəndaş tərəfindən Xızı rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamışdır, yalnız 22 il keçəndən sonra məhkəmədə iddia qaldırması əsassızdır. Aqrar islahatların başa çatdırılması ilə X7 ləğv edildiyindən, həmçinin X3 yaradılması və fəaliyyətini tənzimləyən Fərmanlar qüvvədə düşdüyündən, eləcə də qeyd olunan torpaq sahəsinin İddiaçı qaytarılması qanunvericiliyin tələblərinə zidd olduğundan onun Xızı Rayon İcra Hakimiyyətinə qarşı iddia rədd edilməlidir. Üçüncü şəxs qismində cəlb edilmiş Xızı bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Xızı rayon XDS İcraiyyə Komitəsinin 09 oktyabr 1991-ci il tarixli 135/4 nömrəli qərarından çıxarışdan görünür ki, Xızı rayonu Rəncbər kolxozunda İddiaçı başçğlığı alıtnda vermer təsərrüfatı yaradılması və ona kolxozun örüş yerindən 20.0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. -Xızı rayon İcra Hakimiyyətinin 02 mart 1992-ci il tarixli əmrindən görünür ki, İddiaçı fermer təsərrüfatına əlavə Rəncbər kəndi ərazisindən xüsusi fond torpağından 50 ha əkin sahəsi ayrılmış, cəmi İddiaçı fermer təsərrüfatına cəmi 70.0 ha torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. -Б № 000133 nömrəli 23.08.1995-ci il tarixdə qeydə alınmış dövlət aktından görünür ki, həmin dövlət aktı Xızı rayon XDS 09 oktyabr 1991-ci il tarixli 135/4 salylı qərarı ilə Giləzi malkökəltmə sovxozunun ərazisindən 50 kv m torpaq sahəsi “İddiaçı adına fermer təsərrüfatı”na ayrılması barədə tərtib edilmişdir. -Xızı rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli 97 nömrəli ““Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əvvəllər kəndli fermer təsərrüfatına verilmiş torpaq sahələrinin tənzimləndirilməsi haqqında” 30 dekabr 1998-ci il tarixli 97 saylı sərəncamından görünür ki, “İddiaçı” və digər kəndli fermer təsərrüfatlarının torpaqları pay normasından çox olduğuna görə rayon icra hakimiyyəti başçısının əvvəllər həmin kəndli fermer təsərrftlarına torpaq verilməsi haqqında müvafiq sərəncamların və onlara verilmiş dövlət aktlarının ləğv edilməsi, həmin kəndli fermer təsərrüfatlarının üzvlərinə orta torpaq normasında pay torpağının verilməsi, artıq olan torpaq sahələrinin özəlləşmə fonduna verilməsi və subyektlərə paylanması qərara alınmşdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26.11.2019-cu il tarixli **********28 saylı məktubundan görünür ki, araşdırma nəticəsində Xızı rayonu Məşədi Həsən kəndində aparılan torpaq islahatı ilə əlaqədar Xızı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 97 nömrəli sərəncamı ilə iddiaçının rəhbəri olduğu kəndli-fermer təsərrüfatının istifadəsində olan 70,0 ha torpaq sahəsinə dair 1995-ci il tarixdə verilmiş “Torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair Dövlət Aktı”nın ləğv edildiyi və kəndli-fermer təsərrüfatının üzvlərinə orta torpaq normasına müvafiq pay torpaqlarının ayrıldığı müəyyən edilmişdir. Torpaq islahatı ilə əlaqədar iddiaçıya və onun ailə üzvlərinə 2.27 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 22 fevral 1999-cu il tarixli JN-454 nömrəli 'Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. - Xızı rayon Dövlət Arxivi tərəfindən Xızı rayon İcra Hakimiyyətinə ünvanlanmış 26.04.2021-ci il tarixli 13 nömrəli məktubdan görünür ki, X11 Komissiyasının 15 oktyabr 1998-ci il 3 saylı qərarı Xızı rayon Dövlət arxivində aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 16-cı maddəsinin 8-ci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1991-1992-ci illərdə rayon İcra Hakimiyyəti Başçısının müvafiq qərarlarına əsasən 70.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün daşınmaz əmlakın dövlət reyestr oqanına müraciət etdikdə ona məlum olmuşdur ki, onun istnad etdiyi sərəncamlar və onların əsasənda verilmiş dövlət aktları Xızı rayon İcra Hakimiyyəti Başçsının 30.12.1998-ci il tarixli 97 saylı sərəncamı ilə ləğv edilmişdir. Belə ki, cavabdeh orqan yerli X3 qərarlarını əsas tutaraq kəndli fermer təsərrüfatlarına orta torpaq normalarından artıq verildiyinə görə həmin qərarların sərəncamlaışdırılması məqsədi ilə müvafiq sərəncamı qəbul etmişdir. Mübahiəsləndirilən sərəncamın giriş hissəsində qeyd edilmişdir ki, rayonun Giləzi və Sitalçay təsərrüfatlarında torpaq islahatı başa çatdırılmış, hüquqi payçılara və təsisçilərə orta torpaq normasında pay torpağı verilmiş, torpaqlar mülkiyyətçilər araında bölüşdürülmüş, islahata qədər kəndli fermer təsərrüfatlarına, kiçik müəssisələrə verilmiş torpaq sahələri qanuna uyğun tənzimlənmiş və Giləzi Yerli AİK-nın 15.10.1998-ci il tarixli 3 saylı, Sitalçay yerli AİK-nın 20.10.1998-ci il tarixli 5 saylı və 21.10.1998-ci il tarixli 6 saylı qərarlarını qəbul etmiş və rayon AİK-nın 22.10.1998-ci il tarixli 17 saylı qərar ilə təsdiq edilmişdir. Həmin qərarların sərəncamlaşdırılması rayon icra hakimiyyəti başçsından xahiş edilmişdir. Bundan sonra mübahisələndirilən sərəncamla torpaq sahələri normaya uyğun olduqda istifadəçilərində saxlanmış, pay normasından artıq olduqda isə torpaq sahələinin ayrılmasına dair sərəncamlar və onların əsasında verilmiş dövlət aktları ləğv edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 13-cü maddəsinə görə torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Məhkəmə hesab edir ki, yerli aqrar islahat komissiyasının qərarına əsasən orta torpaq pay norması 0.50 ha müəyyən edildiyi və iddiaçının istifadəsinə normadan artıq torpaq sahəsinin verildiyi nəzərə alındıqda cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin ayrılması haqqında sərəncamı ləğv etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar