Məhkəmə qərarları › İş №2-1(118)-126/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-126/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-126/2025 07.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun qeydiyyatının ləğvi; qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun qeydiyyatının ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 7 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan SSR Abşeron Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 16 Abşeron rayonu İcraiyyə Komitəsi Xalq Deputatlar Sovetinin 29 yanvar 1988-ci il tarixli, 08/08 nömrəli qərarı əsasında Balaca Məmməd qızının mülkiyyətindədir.

2. 042 reyestr nömrəli, 29 inventar nömrəli B.Sərdarov küçəsi, dalan 1, ev 2 ünvanda yerləşən əmlaka dair Balaca Məmməd qızının, daha sonra X4 adına tərtib edilmiş “Fərdi yaşayış fonduna aid fərdi evinin texniki pasportu”.

3. 22 mart 1985-ci il tarixli, 1-2-592 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 14 yanvar 1977-ci il tarixdə ölmüş Balaca Məmməd qızının vərəsəsi X6r. Vərəsəlik əmlakı Xırdalan qəsəbəsi, B.Sərdarov küçəsi, döngə 1, ev 2 ünvanda yerləşən evdən ibarətdir.

4. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 29 inventar nömrəli, 042 reyestr nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi Abşeron rayon Dövlət Notariat Kontorunun 22 mart 1989-cu il tarixli, 1-2-592 reyestr nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

5. 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 nömrəli “Ev bağışlama müqaviləsi”ndən görünür ki, hədiyyə verən X1 rayonu, Xırdalan qəsəbəsi, M.Adıgözəlov küçəsi, dalan 1, ev 2 ünvanda yerləşən fərdi yaşayış evini hədiyyə alan X3 mülkiyyətinə vermişdir.

6. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 X3 xüsusi mülkiyyətində, 0,00699 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla, X3 istifadəsindədir.

7. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 19 may 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi 42) və 0,05045 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir.

8. 10 iyul 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 iyul 2022-ci il tarixli, ********** nömrəli və 19 iyul 2022-ci il tarixli, ********** nömrəli “Xidməti məlumat”a dair məktublarından görünür ki, Milli Qeydiyyat Sistemində araşdırılma aparılmış və məlum olmuşdur ki, ünvan 8 ünvanında yerləşən və reyestr nömrəsi **********60-10301 olan fərdi yaşayış evinə aid olan skan olunmuş heç bir fayl silinməmişdir.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 20 iyul 2022-ci il tarixli, ********** nömrəli “Xidməti məktub”dan görünür ki, Milli Qeydiyyat Sistemində araşdırılma aparılmış və məlum olmuşdur ki, **********60-10301 reyestr nömrəli əmlaka heç bir skan olunmuş fayl əlavə edilməmişdir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 22 iyul 2022-ci il tarixli, **********35 nömrəli X7 göndərilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada və sənədlər əsasında aparılmışdır. Qeyd edilən məsələ ilə bağlı məhkəmə mübahisəsinin olduğunu nəzərə alaraq bildirilmişdir ki, iş üzrə yekun məhkəmə qərarı qəbul olunduqdan sonra müvafiq ərazi idarəsi tərəfindən prosessual hüquq və vəzifələrinə uyğun tədbirlər görüləcəkdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 8 iyun 2023-cü il tarixli, 3-21-3-32/2-6302/2023 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan SSR Abşeron Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun “Qeydiyyat vəsiqəsi” (§1); - 042 reyestr nömrəli, 29 inventar nömrəli B.Sərdarov küçəsi, dalan 1, ev 2 ünvanda yerləşən əmlaka dair Balaca Məmməd qızının, daha sonra X4 adına tərtib edilmiş “Fərdi yaşayış fonduna aid fərdi evinin texniki pasportu” (§2); - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 29 inventar nömrəli, 042 reyestr nömrəli “Qeydiyyat vəsiqəsi” (§4); - 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 nömrəli “Ev bağışlama müqaviləsi” (§5); - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(102)-22/2020 nömrəli qərarı. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§6); - **********46-10301 reyestr nömrəli, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 adına tərtib edilmiş 13 iyul 2013-cü il tarixli, 7632 nömrəli texniki pasport; - 21 dekabr 2018-ci il tarixli qəzetdən çıxarışdan görünür ki, X3 adına məxsus ünvan 8 ünvanına məxsus RX seriyalı, ******* nömrəli, **********46-10301 nömrəli reyestr itdiyi üçün etibarsız sayılmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 11 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 X3 xüsusi mülkiyyətində, 0,00699 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla, X3 istifadəsindədir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 19 may 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarış (§7); - **********60-10301 reyestr nömrəli, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 adına tərtib edilmiş 18 may 2021-ci il tarixli, 29 nömrəli texniki pasport.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

13. İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına verilmiş 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, həmin qeydiyyat vəsiqəsi əsasında cavabdeh tərəfindən X4 adına verilmiş 13 iyul 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və plan-ölçü sənədinin ləğv ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi işin hallarına (§1-11) istinad edilərək onunla əsaslandırılmışdır ki, X4 anası 1977-ci ilin yanvar ayında vəfat etmiş, sonra X9 və ya onun səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət etmədiyi halda, həmin evə dair X4 adına Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq 22 mart 1989-cu il tarixdə 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda kimsə qanunsuz olaraq həmin vərəsəlik şəhadətnaməsini və saxta ərizəni cavabdeh orqanın hüquqi varisi odluğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək, həmin ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi almışdır. X9 bu qanunsuz ərizənin və vərəsəlik şəhadətnaməsinin cavabdehə X10 tərəfindən verildiyini və onun tərəfindən həmin qeydiyyat vəsiqəsinin alındığını hesab etmişdir. Belə ki, X9 bildirmişdir ki, X10 həmin vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyat vəsiqəsi əldə edib, sonra da həmin qeydiyyat vəsiqəsi əsasında etibarından sui-istifadə edərək həmin evin ona bağışladığına dair Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda qeyri-qanuni olaraq 23 iyun 2013-cü il tarixli, 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən 13 iyul 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Bundan sonra da X10 cavabdehə 19 may 2021-ci il tarixdə müraciət edərək, həmin bağışlama müqaviləsinin əsas göstərək həmin evin yerləşdiyi 0,05045 ha torpaq sahəsinə 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Hesab edilir ki, həmin çıxarışların alınmasına əsası cavabdeh tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş qeydiyyat vəsiqəsi olmuşdur. Belə ki, birincisi həmin qeydiyyat vəsiqəsinin alınması üçün 22 mart 1989-cu il tarixli, 1-2-592 nömrəli qanunsuz vərəsəlik şəhadətnaməsi və müvafiq ərizə cavabdehə X9 tərəfindən verilməmişdir. Çünki, həmin ərizə X9 tərəfindən imzalanmamışdır. Bundan başqa, həmin qeydiyyat vəsiqəsi cavabdeh tərəfindən alan şəxsə təqdim edilərkən, həmin şəxs cavabdehin tutduğu reyestr kitabını imzalayır. X9 həmin qeydiyyat vəsiqəsinin alınması ilə bağlı cavabdehin tutduğu və saxladığı reyestr kitabını imzalamamışdır. Bu reyestr kitabındakı imzanın X7 məxsus olmadığı da məhkəmə qaydasında ekspertiza yolu ilə məlum olacaqdır. Bütün bunlardan məlum olduğu kimi, həmin qeydiyyat vəsiqəsi ondan mənfəət əldə etmək istəyən şəxs tərəfindən saxta ərizə verilmiş, saxta vərəsəlik şəhadətnaməsi əlavə edilərək cavabdehdən əldə olunmuşdur. Bu durum həmin qeydiyyat vəsiqəsinin cavabdeh tərəfindən qanunun imperativ normaları pozularaq verildiyini təsdiq edir. Ona görə də hesab edilir ki, həmin qeydiyyat vəsiqəsi məhkəmə qaydasında etibarsız sayılmalıdır. - 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında tərtib olunmuş qeydiyyat vəsiqəsinin tarixi 1989-cu il olsa idi, onun məzmunu latın əlifbası ilə yox, kiril əlifbası ilə yazılardı. Bu durum həmin qeydiyyat vəsiqəsinin 1989-cu ildə deyil, bağışlama müqaviləsinin bağlandığı 2013-cü ilə yaxın bir tarixdə saxta yolla tərtib edildiyini təsdiq edir. Belə ki, mərhum X9 2013-cü ildə bütün bunların üçüncü şəxs tərəfindən qeyriqanuni, saxta yollar ilə təşkil edildiyini hesab etmişdir. - qeydiyyat vəsiqəsində olan naxışların 1989-cu il tarixlərində verilmiş qeydiyyat vəsiqələri ilə müqayisə ediləndə onlarda olan naxışlardan kəskin şəkildə fərqli olduğu görülür. Bu da təsdiq edir ki, həmin qeydiyyat vəsiqəsi 1989-cu ildə deyil, daha sonrakı tarixlərdə saxta yolla verilib. - qeydiyyat vəsiqəsində imzası olan rəisin imzasını onun imzaladığı digər qeydiyyat vəsiqələrində olan imzalar ilə müqayisə etdikdə həmin imzanın fərqli və saxta olduğunu rahatlıqla görmək olur. Bunun müəyyən olunması üçün hesab edilir ki, xətşünaslıq ekspertizasının keçirilməsi zəruridir. - əgər X4 adına hüquqa uyğun yəni saxta olmayan qeydiyyat vəsiqəsi verilmiş olsaydı, bu mütləq onun anası Balaca Məmməd qızının adına verilmiş 042 nömrəli texniki pasportda göstərilərdi. Eyni zamanda, üçüncü şəxsin adına çıxarış verilmiş olsa idi, bu da həmin texniki pasportda göstərilərdi. Lakin belə bir göstərişlər həmin texniki pasportda yoxdur. Bu da təsdiq edir ki, qeydiyyat vəsiqəsi saxtadır. - əldə edilən məlumatlara görə, X4 mərhum anası Balaca Məmməd qızının adına verilmiş texniki pasport, X4 adına verilmiş qeydiyyat vəsiqəsi, vərəsəlik şəhadətnaməsinə aid elektron skan reyestr idarəsində silinmişdir. Belə ki, X4 nümayəndəsinin təkidinə əsasən həmin elektron skanın olub-olmamasının yoxlanılması zamanı bu fakt məlum olmuşdur. Hesab edilir ki, bu da təsadüfi olmamış və cavabdehin hansısa işçisi tərəfindən bilərəkdən edilmişdir ki, qeydiyyat vəsiqəsinin saxta olduğu anlaşılmasın. Bütün bunlar onun göstərir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına verdiyi 042 reyestr nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi saxtadır. İddiaçı tərəf 1 iyun 2022-ci il tarixdə cavabdehə müvafiq ərizə ilə müraciət edilərək, qeydiyyat vəsiqəsinin etibarsız sayılması tələb edilmiş, lakin bu günə qədər cavabdeh heç bir qanuni addım atmamışdır.

15. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 2.2, 34.1, 36.1, 39.1, 72-ci maddələrinə istinad olunmuşdur.

16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. Məhkəmənin 3 aprel 2025-ci il tarixli, 2-1(118)-126/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, çıxarışın, plan və ölçü sənədinin ləğvi” tələbinə dair iş üzrə X10 (bundan sonra – “üçüncü şəxs”) məhkəmə icraatına üçüncü şəxs (zəruri cəlbetmə) qismində cəlb edilmişdir.

18. Məhkəmənin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-126/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, çıxarışın, plan və ölçü sənədinin ləğvi” tələbinə dair iş üzrə 19 mart 2023-cü il tarixdə ölmüş X9 hüquqi varisi İddiaçı (bundan sonra – “iddiaçı”) ilə əvəz edilmişdir.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

20. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, tərəfindən İnformasiya texnologiyaları və məlumat idarəsindən rəsmi şəkildə məlumat əldə edilmiş, idarənin mütəxəssisi tərəfindən məlumat verilmişdir. Belə ki, evə dair sənədlərin yerləşdirildiyi 5 elektron qovluq yaradılmış, müvafiq çıxarış öncədən həmin qovluqlarda olmamış, lakin sonradan həmin sənəd qanunusuz və saxta yolla əlavə edilmişdir. Mərhum atasının anasına aid olan skanlaşdırılmış fayllar barədə məlumat əldə etmək üçün müvafiq orqana müraciət etmiş, müəyyən edilmişdir ki, atasının göndərdiyi müraciət əsasında araşdırılma aparılmış və heç bir fayl aşkar edilməmişdir. Həmçinin qeyd etmişdir ki, qovluğun kimin tərəfindən silinməsi məlum deyildir. Bildirilmişdir ki, eyni tarixdə verilmiş qeydiyyat vəsiqələrində imzalar fərqli olmuş, təqdim etdiyi sənəddə isə, skanın olduğu, daha sonra silindiyi və heç bir qovluq aşkar edilməmiş, odur ki, skan edilmiş sənədlər hansısa nümayəndə tərəfindən silinmişdir. Həmçinin qeyd etmişdir ki, skanlaşdırma prosesi onun müraciətləri və rəislə olan danışıqları əsasında aparılmış və qeydiyyat vəsiqəsi yerləşdirilmişdir. Daha sonra qeydiyyat vərəqəsinin skansız olması ilə bağlı müraciəti daxil olmuş, onun əsasında yenidən skansız qovluq yaradılmışdır.

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsi mülki qaydada mübahisələndirilmiş, hazırkı iş üzrə isə iddia tələbinin qanunsuz və saxta yollarla əldə olunan qeydiyyat vəsiqəsinin inzibati qaydada ləğv edilməsidir. Vərəsəlik şəhadətnaməsinin saxta olduğu müəyyən edildiyi halda digər bütün sənədlər qüvvədən düşəcəkdir.

23. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaçı tərəfin iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı və onun nümayəndəsi (və vəkili) 2023-cü il tarixdən hazırkı iddia tələbi qaldırılana qədər, istər apellyasiya instansiyas;nda, istərsə də kassasiya instansiyasında dəfələrlə qeyd etmişdirlər ki, həmin mülk qanunla X4 mülkiyyətindədir. Qeydiyyat vəsiqəsinin latın əlifbası ilə yazılması ilə əlaqədar qeyd etmişdir ki, 1990-cı il tarixin sonuna qədər qeydiyyat vəsiqəsi olmamış, ev dəftəri olmuşdur. Mübahisələndirilən qeydiyyat vəsiqəsi 13 iyun 2005-ci il tarixdə mərhum atası tərəfindən alınmış, üçüncü şəxs ailəsi ilə 14 iyul 2005-ci il tarixdə bu qeydiyyat vəsiqəsi əsasında Abşeron rayon Polis şöbəsinin pasport və qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Elektron sənədlərin qovluqdan silinib-silinməməsi ilə bağlı bildirmişdir ki, müvafiq müraciət əsasında mərhum Balaca Məmməd qızına verilmiş sənədlərin milli qeydiyyat sitemində mövcudluğu ilə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, ünvan 8 ünvanında yerləşən və müvafiq reyestr nömrəli fərdi yaşayış evinə dair heç bir elektron sənəd silinməmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

28. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir.

29. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

30. Belə ki, irəli sürülmüş iddia inzibati aktın etibarsız sayılmasına dair iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

31. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialardır.

32. Qeyd edilən normaların məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur.

33. İPM-də tanınma haqqında iddianın 2 növü fərqləndirilir: 1) inzibati aktın qanunsuzluğu və ya etibarsızlığı haqqında iddia; 2) hüquq münasibətinin mövcud olması və ya olmaması haqqında, yəni pozitiv tanınma haqqında və ya neqativ tanınma haqqında iddia. Tanınma haqqında iddianın predmeti 36.1-ci maddəyə əsasən ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz.

34. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır.

35. İPM-in 36-cı maddəsində müəyyən etmə və ya tanınma haqqında iddialarla balı olaraq şağıdakı müddəalar nəzərdə tutulmuşdur: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. ... İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər. ...”

37. Yuxarıdakı qərarda diqqətə çatdırılır ki, İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın.

38. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

b) Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-).

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həminməqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

45. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

46. Belə ki, iddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir: - ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına verilmiş 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması; - həmin qeydiyyat vəsiqəsi əsasında cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş 13 iyul 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və plan-ölçü sənədinin ləğv ediməsi.

47. İddiaçı tərəfin mövqeyinə görə, X4 və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda qanunsuz olaraq ona aid olan vərəsəlik şəhadətnaməsini və saxta ərizəni cavabdeh orqanın hüquqi varisi odluğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə üçüncü şəxs tərəfindən təqdim edilərək, həmin ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi almışdır. Daha sonra isə həmin qeydiyyat vəsiqəsi əsasında etibarından sui-istifadə edilərək, əmlakın üçüncü şəxsə bağışladığına dair Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda qeyri-qanuni olaraq 23 iyun 2013-cü il tarixli, 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən 13 iyul 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir.

48. Nəzərə alınmalıdır ki, qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də, elə bununla ehtiva olunur.

49. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün, bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.

50. Etibarsız inzibati aktın həmçinin artıq mübahisə predmeti ola bilmədiyinə görə mübahisələndirmə haqqında iddia ilə mübashisələndirilə bilməz. Buna görə də qüvvədən düşmüş elan edilmiş akta qarşı da, yalnız tanınma haqqında iddia qaldırıla bilər (İPM-in 72-ci maddəsi).

51. Tanınma haqqında iddianın subsidiar qaydada tətbiq olunması (İPM-in 36.4-cü maddəsi). Hər bir hüquqi mübahisə sonunda ən azından həm də hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının müəyyənləşdirilməsinə yönəlir. Bu səbəbdən tanınma haqqında iddia subsidiar xarakter daşıyır. Tanınma haqqında iddianın digər iddia növlərinə münasibətdə subsidiar elan olunmasında qanunvericinin məqsədi, hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquqi mübahisəsini dolayı deyil, məhz birdəfəlik həll edən hüquqi müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir.

52. Bu səbəblərdən tanınma haqqında iddia ancaq o zaman qaldırıla bilər ki, digər iddia növlərindən istifadə mümkünsüz olsun. Digər iddia növləri dedikdə, mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növləri başa düşülür.

53. İş materiallarından əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan SSR Abşeron Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsinə əsasən ünvan 16 Abşeron rayonu İcraiyyə Komitəsi Xalq Deputatlar Sovetinin 29 yanvar 1988-ci il tarixli, 08/08 nömrəli qərarı ilə Balaca Məmməd qızının mülkiyyətinə verilmişdir. Daha sonra mübahisələndirilən əmlak 22 mart 1985-ci il tarixli, 1-2-592 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras əmlak qismində X7 verilmiş, həmin şəhadətnaməyə əsasən onun mülkiyyət hüquqları qeydiyyata alınaraq, etibarsızlığı iddia edilən 29 inventar nömrəli, 042 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeyd edilən əmlak 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 nömrəli bağışlama müqaviləsi ilə üçüncü şəxsə bağışlanmış, mülkiyyət hüquqları qeydiyyata alınaraq, hazırda mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən 13 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və 19 may 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (fərdi evi ilə birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır) çıxarışlar tərtib edilmişdir.

54. Hazırkı iddia tələbi qaldırılaraq, X4 adına tərtib edilmiş ünvan 16 ünvana dair qeydiyyat vəsiqəsinin, onun verilməsi üçün müraciət edilməsi zamanı təqdim edilmiş müvafiq ərizənin X9 tərəfindən imzalanmadığı üçün, etibarsızlığı iddia olunur.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

56. Göründüyü kimi, X4 adına tərtib edilmiş qeydiyyat vəsiqəsi müstəqil bir inzibati akt deyil, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir. İddiaçı tərəf həmin sənədi etibarsız hesab etsə də, ona əsas olan ünvan 16 üzərində X4 vərəsəlik şəhadətnaməsi ilə ona verilmiş mülkiyyət hüquqların mövcudluğu hazırda qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır.

57. Belə ki, X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixli, 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, X9 ilə üçüncü şəxs arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış 23 iyun 2013-cü il tarixli, 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)- 1529/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(105)-305/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)-1529/2023 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2024-cü il tarixli, 2(102)-2226/2024 nömrəli qərarı ilə X4 hüquqi varisi İddiaçı (hazırkı iş üzrə iddiaçı) kassasiya şikayəti təmin edilməmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

58. Beləliklə də, X4 adına tərtib edilmiş ünvan 16 ünvana dair qeydiyyat vəsiqəsinə əsas olan vərəsəlik şəhadətnaməsi qüvvədə olduğuna görə, məhkəmə tərəfindən həmin vəsiqənin etibarsızlığını müəyyən edən əsaslı səbəb aşkar edilmir.

59. İddia tələbinin digər hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, üçüncü şəxsin adına verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə X9 iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-243/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X3 adına verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0,05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2-1(105)-351/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2- 1(118)-243/2022 nömrəli qərarı qismən – “X3 adına verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0,05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(102)-102/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022ci il tarixli, 2-1(105)-351/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

60. Qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin həmin mübahisə ilə əlaqədar mövqeyinə əsasən “notarial qaydada təsdiq edilmiş 23 iyun 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən, iddiaçı X1 rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini üçüncü şəxs X8 bağışlamışdır. Daha sonra sözügedən fərdi yaşayış evi 13 iyul 2013-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda hazırkı iş üzrə müəyyən olunur ki, tərəflər arasında mülki qaydada bir sıra məhkəmə mübahisələri olmuş və X9 tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin X8 bağışlanması barədə müqavilə məhkəmə qaydasında mübahisələndirilsə də, X4 və İddiaçı iddiaları təmin edilməmişdir. ... İddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X11 rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Digər tərəfdən, həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır.”

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

62. Göründüyü kimi, üçüncü şəxsin mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququ məhkəmə icraat qaydasında müəyyən edilmiş, onun ləğv edilməsi qanunauyğun hesab edilməmişdir. Hazırkı iddia tələbi ilə qeydiyyat vəsiqəsinin etibarsızlığına istinad edilərək mülkiyyət hüquqların ləğvi xahiş edilir, lakin məhkəmə tərəfindən qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmədiyindən, üçüncü şəxsin ona məxsus əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatın ləğv edilməsi mövcud olan halda təmin edilməməlidir.

63. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, hazırkı işlə əlaqədar qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi əsassız olduğundan, təmin olunmamlıdır.

NƏTİCƏVİ HİSSƏ

64. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar