Məhkəmə qərarları › İş №2-1(118)-1260/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1260/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1260/2021 15.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının ƏDV sub-uçot hesabından dövlət büdcəsinə 17.04.2015-ci il tarixdən 22.01.2018-ci il tarixədək ümumilikdə 1.919.112,74 manat məbləğinin silinməsinin qanunsuz hesab edilməsi və məbləğin cəmiyyətin hesablaşma hesabına qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının ƏDV sub-uçot hesabından dövlət büdcəsinə 17.04.2015-ci il tarixdən 22.01.2018-ci il tarixədək ümumilikdə 1.919.112,74 manat məbləğinin silinməsinin qanunsuz hesab edilməsi və məbləğin cəmiyyətin hesablaşma hesabına qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının direktoru X4 məhkəməyə teleqramla müraciət edərək vəkilin səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasın təxirə salınması məqsədəmüvafiq hesab etmədi. Cavabdehin nümayəndəsi X2 vəsatətlə məhkəməyə müraciət edərək qaldırılan iddianın öhdəliyin icrası növündə baxılan iddialara aid olduğunu bildirdi və işin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aid olmaqla Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş dəyişikliyə görə istinad olunan norma 01 oktyabr 2021-ci ildən sonra verilən iddia ərizələrinə şamil edilir. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə İddiaçı MMC-nin iddia ərizəsinin 01 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olduğunu nəzərə alaraq hesab edir ki, hazırki iddiaya cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iddianın öhdəliyin icrası növündə baxılan iddialara aid olduğu nəzərə alınaraq məhkəmə hesab edir ki, cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti əsaslıdır və təmin edilməlidir. Belə olan halda, iddiaçının iddia tələbinə cavabdehin olduğu yerin məhkəməsində, yəni Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının ƏDV sub-uçot hesabından dövlət büdcəsinə 17.04.2015-ci il tarixdən 22.01.2018-ci il tarixədək ümumilikdə 1.919.112,74 manat məbləğinin silinməsinin qanunsuz hesab edilməsi və məbləğin cəmiyyətin hesablaşma hesabına qaytarılması tələbinə dair iddiası üzrə 2-1(118)-1260/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar