Məhkəmə qərarları › İş №2-1(118)-1262/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1262/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1262/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Q.Qarayev prospekti ev 81 B, mənzil 298-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 1988-1993-cü və 1994-2000-ci illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmək pensiyasına çıxmaq hüququnun təmin olunması üçün işlədiyi 1988-1993-cü illər və 1994-2000-ci illərin əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1988-1993-cü və 1994-2000-ci illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonu işğal olunanadək, yəni 01.09.1988-ci ildən başlayaraq 05.01.2017-ci il tarixədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, sonradan isə müəllim vəzifəsində çalışmışdır. Bu dövr onun əmək kitabçasında qeyd edlmişdir. 23.11.2020-ci il tarixdə ona ll dərəcəli əlillik təyin edilmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına müraciət etmiş, həmin təşkilatdan ona kifayət qədər pensiya kaitalının olmaması səbəbindən imtina cavabı verilmişdir. O, bununla əlaqədar Ağdam rayon arxivinə müraciət etmiş, cavab məktubunda Ağdam rayon Təhsil şöbəsinin 1988-1993-cü ilə qədər olan arxiv sənədlərinin işğalda qaldığı üçün filialda mühafizə olunmadığı və 1994-2000-ci illərdə işləməyən müəllimlərin dondurulmuş əmək cədvəllərinin filiala təhvil verilmədiyi bildirilmişdir. Lakin filial əməkdaşları sonradan 2001-2005-ci illər üzrə işləməsi və orta aylıq əmək haqqı barədə arxiv arayışını taparaq ona vermişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X 8 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izah etdi ki, iddiaçıya TSEK tərəfindən 23.11.2020-ci il tarixdə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətli (23.11.2025) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Belə ki, təqdim edilən sənədlərdən görünür ki, iddiaçının sığorta stajına daxil edilməsini istədiyini 1998-ci ildən 1994-cü ilədək olan dövrün arxiv sənədləri məlum hadisələr nəticəsində işğalda qaldığı üçün X12 filialında mühafizəyə verilməmişdir. Bundan əlavə iddiaçının iddia etdiyi 1994-2000-ci illərə dair işləməyən müəllimlərin əmək haqqı alması cədvəlləri də filialın mühafizəsində aşkar olunmamışdır. İddiaçının 2001-2005-ci illərə əmək haqqı alması ilə bağlı arxiv arayışları mövcuddur. Qeyd olunanlar X12 filialının 18 mart 2021-ci il tarixli arxiv arayışında öz əksini tapır.Göründüyü kimi iddiaçının 1988-ci ildən 1994 və 1994-cü ildən- 2000-ci ilədək olan sığorta stajı mübahisəlidir. İddiaçının əllilliyinin müəyyən edildiyi tarix 23.11.2020-cu il olmuşdur ki, həmin ildə əmək pensiyasının minumum məbləği 200 manat olmuşdur. Belə olduğu təqdirdə 110 x 200=22.200 edir ki, iddiaçının 22.200 pensiya kapitalı qarşılığında 12.345 (2006-cı ilədək (6*306=1836;1836+ 8,3%+16,7%+ 20,8%+ 1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4% +12,4%+5,7%+3%+16,6%=5,561), 2006-cı ildən sonra sığortaolunanın alt hesabında 8441,84 manat pensiya kapitalı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - İddiaçı məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1968-ci il təvəllüdlüdür. - İddiaçının adına təkrar açılmış 174142 seriyalı əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1988-ci ildən 01.01.1994-cü ilədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, 01.04.1994-cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon Təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim kimi əmək haqqı almışdır. 05.01.202017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - X12 filialı tərəfindən verilmiş 18.03.2021-ci il tarixli 30 nömrəli arxiv arayışından görünür ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon Təhsil Şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən Hüseynova (Cəfərova) Brilyant Arazxan qızı işləmiş və 2001-2005-ci illərdə üzrə əmək haqqı almışdır. -TSEK-nin arayışından görünür ki, İddiaçı 23.11.2020-ci il tarixdə ikinci dərəcli əlillik təyin edilmişdir. - X12 filialı tərəfindən verilmiş 18.03.2021-ci il tarixli 31 nömrəli arxiv arayışından görünür ki, 1988-1993-cü ilə qədər arxiv sənədləri işğal altında olan ərazidə qaldığı üçün filialda mühafizə olunmur. 1994-2000-ci illərin işləməyən müəllimlərin dondurulmuş əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. -Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 X10 ilə 12.11.1988ci ildə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. - Ağdam rayon Təhsil Şöbəsinin 19.11.2021-ci il tarixli arayışından görünür ki, Cəfərova (Hüseynova) Brilyant Arazxan qızı 01.09.1988-ci dən. 01.01.1994-cü ilədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri işləmiş, 01.04.1994-cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim işləmiş,05.01.202017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - cavabdeh tərəfindən verilmiş imtina cavabından məlum olur ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunnması üçün tələb olunan 22000 manat pensiya kapitalına qarşı 14011,61 manat pensiya kapitalı olduğundan ona əmək pensiyasının təyin olunmasından imtia edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 1988-1993-cü və 1994-2000-ci illərə aid iş stajını mübahisələndirir. Belə ki, cavabdeh iddiaçının həmin dövrdə işə qəbul edilib və azad edilməsi, həmçinin əmək haqqı cədvəllərinin aşkar edilməməsi əsası ilə həmin dövrü sosial sığorta stajına qəbul etməkdən imtina edir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə”(25 noyabr 1992-ci il tarixli 638 nömrəli) əsasnamədəki Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.“İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Yuxarıda qeyd olunanların əksinə, iddiaçının əmək kitabçasında işçinin qeyd olunan illərdə (1988-1994) işə qəbul işdən azad olunması hər hansı əmrlə təsdiq olunmamışdır ki, bütün bunlar “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na (26 dekabr 1996-cı il tarixli 186 nömrəli) ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”mn təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli 17 saylı Qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; SK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunvericiliyin mənasından göründüyü kimi İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur : 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 52 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 37 il (əmək qabiliyyətli yaş dövrü), 37 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 148 ay : 12 ay = 12 il 4 ay təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının işlədiyi dövrün yalnız 2001- 2016-cı illərə aid olan hissəsini qəbul edir, həmin müddət də 16 il 6 ay 29 gün təşkil edir. Beləliklə, qanunvericiliyin tələb etdiyi şərtlərdən biri ödənmiş olur. Lakin həmin dövrə uyğun olaraq iddiaçının topladıöı pensiya kapitalı cəmi 14011.61 manat təşkil edir. Bu hal isə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 6-1 -ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 01.10.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunur. İddiaçının əllilliyinin müəyyən edildiyi tarix 23.11.2020-cu il olmuşdur ki, həmin ildə əmək pensiyasının minumum məbləği 200 manat olmuşdur. Belə olduğu təqdirdə 110 x 200=22.200 edir ki, iddiaçının 22.200 pensiya kapitalı qarşılığında 12.345 (2006-cı ilədək (6*306=1836;1836+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4% +12,4%+5,7%+3%+16,6%=5,561), 2006-cı ildən sonra sığortaolunanın alt hesabında 8441,84 manat pensiya kapitalı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş əmək kitabçası və Ağdam rayon Təhsil şöbəsi tərəfindən verilmiş arayışdan başqa iddiaçının mübahisələndirdiyi dövrdə işləməsini təsdiq edən hər hansı sənəd (o cümlədən əmək haqqı cədvəlləri, işə qəbul edilmə barədə əmrin surəti və s.) aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 1988-1993-cü illərdə və 1994-2000-ci illərdə işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan pensiya kapitalı tamam olmadığından onun əlilliyə görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar