Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1264/2023 14.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci ildən əvvəlki üç il müddətinə "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" İlə təyin olunmuş məbləğin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixində müddətsiz təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" təqaüdün, xx.xx.2021-ci il tarixindən əvvəlki tarixləri əhatə edən və qanunvericiliyin tələblərinə görə, təqaüd təyin olunduğu dövrdən əvvəlki üç ili mütləq əhatə edən dövr üçün təqaüd ilə təyin olunmuş məbləğin verilməsini xahiş etmişdir. Lakin cavab məktubunda qeyd edilmişdir ki, "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" 2-ci dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyi üçün, ərizədə qeyd etdiyi dövrlər üzrə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir . İddiaçı bu cavab ilə razılaşmayaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək, bildirmişdir ki, 2-ci dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdə təyin edildiyinə görə, əvvəlki dövrlər üçün təqaüd üzrə təyin olunmuş məbləği ala bilməmişdir, lakin ona 2ci dərəcəli əlilliyinə görə, xx.xx.1992-ci il il tarixində ömürlük ÇAES kimi əmək pensiyası təyin olunmuşdur (bu barədə müvafiq arayışı ərizəyə əlavə etmişdir). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun direktorunun xx.xx.2022-ci il tarixli **********8 saylı məktubu ilə cavab verərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, ÇERNOBİL AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, ÇERNOBİL AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmə əlaqədar səbələrdən birinə əsasən müəyyən edilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Əmək pensiya haqqında" Azərbaycan Respublikasının Qanunun 11.2.1-ci maddəsinə əsasən, müharibə əlilliyi əlaqə əlilliyi olan şəxslər- əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkədə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Həmin Qanunun 11.2.2-ci maddəsinə əsasən hərbi qulluqçular sırasından digər əlil olan şəxlərə-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma,kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verdikdə isə həmin hərbi qulluqçu müharibə əlili hesab olunmur. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2021-ci tarixindən müddətsiz olan "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" İİ dərəcəli əlilliyi müəyyən olunmuş və müvafiq olaraq qanunvericiliyin tələblərinə uuyğun olaraq həmin tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbay Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı Əmək və Əhalinin Müdafiə Nazirliyinə göndərdiyi sorğuda, ona 2-ci dərəcəli əlilliyi görə, xx.xx.1992-ci il tarixində ömürlük ÇAES kimi əmək pensiyası təyin olunmasını və bu barədə müvafiq arayışı ərizəyə əlavə edərək, bunu müvafiq arayış ilə təsdiq etmişdir. Yəni onun pensiyanı almaq hüququ xx.xx.2021-ci il tarixində yaranmamışdır, bu hüquq onda xx.xx.1992-ci il tarixini yaranmışdır. 2020-ci ilin sentyabr ayında pensiya kəsildikdə və iddiaçı pensiyanı almaq üçün Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdikdə, ona məlum olmuşdur ki, o, həm də Prezident təqaüdü almalıdır, lakin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarının səhlənkarlığı səbəbilə xx.xx.2021-ci il tarixindən alır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Həmin qanunun müvafiq müddəasına əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 350 manat aylıq məbləği müəyyən edilmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər ( vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə . axtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 04 aprel 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona təyin edilmiş Prezident təqaüdünün əvvəlki 3 ili əhatə edən dövr üzrə hesablanaraq ödənilməsini tələb etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə ərizədə qeyd edilən dövrlər üzrə sözügedən təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. xx.xx.2008-ci il tarixli 823 nömrəli “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə:
1. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat;orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 350 manat; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 300 manat. Bildirir ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdən ona 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi. Çernobıl AES- də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. İddiaçı “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbinə görə xx.xx.1996-cı il tarixdə İİ dərəcə əlillik müəyyən olunmuşdur. xx.xx.2008-ci il tarixli 823 nömrəli “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu təqaüdün veriləcək şəxslər kateqoriyasını Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslər əhatə edir. İddiaçı xx.xx.1996-cı il tarixdə müəyyən olunmuş əlillik səbəbi (“Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”) isə bu kateqoriyaya aid edilmir. İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən olunmuş və ona müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən də İddiaçı iddia ərizəsində qeyd etdiyi dövrlər üzrə sözügedən təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Həmçinin cavabdeh etiraza əlavəsində qeyd edir ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdən ona 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Deməli, məhz bu əlilliyinin müəyyən edildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Beləliklə, iddiaçıya “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi xx.xx.2021-ci İİ tarixdə müəyyən edildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidenti təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirlər ki, hazırki halda, iddiaçının İİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il ücün Prezident təqaüdünün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların evni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası iddiasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquq vardır, cavabdeh inzibati orqan iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2021-ci ildən əvvəlki üç il müddətinə "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" ilə təyin olunmuş məbləğin ödənilməsini istəyir. İddiaçı qeyd edir ki, Əmək və Əhalinin Müdafiə Nazirliyinə göndərdiyi sorğuda, ona 2-ci dərəcəli əlilliyi görə, xx.xx.1992-ci il tarixində ömürlük ÇAES kimi əmək pensiyası təyin olunmasını və bu barədə müvafiq arayışı ərizəyə əlavə edərək, bunu müvafiq arayış ilə təsdiq etmişdir. Yəni onun pensiyanı almaq hüququ xx.xx.2021-ci il tarixində yaranmamışdır, bu hüquq onda xx.xx.1992-ci il tarixini yaranmışdır. 2020-ci ilin sentyabr ayında pensiya kəsildikdə və iddiaçı pensiyanı almaq üçün Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdikdə, ona məlum olmuşdur ki, o, həm də Prezident təqaüdü almalıdır, lakin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarının səhlənkarlığı səbəbilə xx.xx.2021-ci il tarixindən alır. Cavabdeh isə qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən olunmuş və ona müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezident təqaüdü təyin edilmişdir.Bundan əlavə cavabdeh qeyd edir ki, iddiaçıya “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) verinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdə müəyyən edildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidenti təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirlər ki, hazırki halda, iddiaçının İİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il ücün Prezident təqaüdünün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İşin halllarından görünür ki, İddiaçı 01 aprel 1992-ci il tarixdən ömürlük ÇAES kimi əmək pensiyası alır. 15 may 2021-ci il tarixindən isə iddiaçıya əlillik səbəbi -Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirmək olmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçının tələbi pensiya ilə bağlı yox, prezident təqaüdü ilə bağlıdır. İddiaçı xx.xx.2021-ci ildən əvvəlki üç il müddətinə Prezident təqaüdü tələb edir. Lakin bu tələbin xx.xx.2021-ci il tarixdən əvvəlki üc ilə bağlı tələb edilməsinin hüquqi əsaslandırılması mövcud deyil. Cavabdeh orqanın imtinasının iki əsas təşil edir: - iddiaçıya “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyinin xx.xx.2021-ci il tarixdə müəyyən edilməsi - Azərbaycan Respublikası Prezidenti təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydasının nəzərdə tutulmaması. Tələb olunan Prezident təqaüdünə müvafiq təyinatdan əvvəlki üç ilin tətbiq edilməsini müəyyən edən hüquq norması olmadığına görə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, Prezident Təqaüdünün müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 il tarixə hesablanaraq ödənilməsi ilə əlaqədar olan bir sıra bənzər işlərdə məhkəmə təcrübəsi formalaşmış, Prezident təqaüdü ilə bağlı tələblərə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilmədiyi qəbul edilmişdir. Həmin işlər üzrə 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq “Sosial müavinətlər haqqında” Qanunun müddəaları ilə yox, digər əsasla verilir. Bu kimi işlərdə iddiaçı müharibə veteranı statusunu 01 aprel 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilməsi və cavabdeh orqanın vətəndaşa əvvəlki illər üçün müavinət ödəməkdən imtinası əsaslı hesab edilmişdir”. Məhkəmə hesab edir ki, hazırki işdə də prezident təqaüdü iddiaçının əlilliyinin müəyyən olunduğu tarixdən hesablanmışdır. Belə ki, prezident təqaüdünün əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası əsaslı hesab edilməlidir. Qeyd edilənlərdən əlavə məhkəmə hesab edir ki, tələb edilən müavinət qanunvericilikdən irəli gələn qazanılmış hüquq kimi tələb edilərsə, bu xx.xx.2021-ci il tarixdən əvvəlki üc il ilə bağlı yox, hüquq yaradan norma kimi qeyd edilən prezident fərmanının qüvvəyə mindiyi 2008-ci il tarixdən tələb edilə bilər. Lakin məhkəmə qeyd edir ki, iddiaçının 2008-ci ildən bu hüquqlardan istifadə etmə imkanı olsada o həm əlilliyi və əlilliyin səbəb əlaqəsi ilə bağlı, həmdə prezident təqaüdü ilə bağlı zəruri müraciətləri etməmiş, öz hüquqlarından istifadə etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev