Məhkəmə qərarları › İş №2-1(118)-1265/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1265/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1265/2023 13.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, XN Ramiz qızının katibliyi ilə, İddiaçı (Quba rayonu Zərdabi kəndində yaşayan) və nümayəndəsi Vəkil (“Sirius” Vəkil Bürosunun vəkili, Bakı şəhəri, Ə.Əliyev küçəsi, məhəllə N956-N989, ev 26 mənzil 546-da yaşayan iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N0N29/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı digər əsgər yoldaşları ilə birlikdə N3-cü ilin oktyabr ayında Qusar rayonunda Quba-Qusar Taboru üzrə vətən uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə yollanmışdır. 2N2, 704, N saylı hərbi hissələrdə qeydiyyatda olmuşdur. 27 dekabr N3-cü ildə Nərgiztəpə istiqamətində ilk döyüşə girmiş, Beyləqndan Martuni istiqamətində döyüşlərdə iştirak etmiş, Beyləqan və Füzuli rayonlarında gedən döyüşlərdə bir neçə dəfə xəsarətlər almışdır. N4-cü ilin may ayında Ulu Öndərin səyləri nəticəsində atəşkəs elan olunmuş və onlar silahı təhvil verdikdən sonra evə buraxılmışlar. Bu müddət ərzində Vətənin müdafiəsi uğrunda canlarında keçməyə hazır olmuşlar və ancaq döyüş əməliyyatlarını düşünmüşlər. Sənədləşmə işlərindən başları çıxmadığından bununla əlaqədar gələcəkdə üzləşə biləcəkləri əngəlləri düşünə bilməmişlər. Faktiki olaraq hamıya məlum olmuşdur ki, onlar aktiv döyüşlərin iştirakçıları olmuşlar. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün rəsmi qaydada ərizə ilə Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İmtinaya əsas kimi guya onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Halbuki, hamı kimi atəşkəs elan olunduqdan sonra komandirlərin əmrinə əsasən hərbi hissəni tərk edərək evə qayıtmışdır. Hazırda iddiaçının oğlu da X2 iştirak edərək yaralanmış və əlillik dərəcəsi almışdır. Göstərilənlərə əsasən qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5028 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissəni özbaşına tərk etmiş və N nömrəli hərbi hissəyə qaytarılmış İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 53 nömrəli əmri ilə 6 MAT-ın şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir.Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin oktyabr N3fevral N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin mart-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir.Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. İş üzrə şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iddiaçının qardaşıdır, hərbi xidmətə könüllü birlikdə yollanmışlar. O, Quba Qusar batalyonunun 3-cü bölük komandiri olmuşdur, İİİ qrup Qarabağ əlilidir.N3-N4-cü illərdə idiaçı ilə birlikdə hərbi xidmətdə olmuşlar.O,N6-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra təxris olunmuşdur. N4-cü ilin may ayında atə.kəs elan olunandan sonra batalyon dağılamışdır. Sənədləşmə aparlmadığından qardaşının təxris olunması barədə əmr olmadan evə getmişdir. İş üzrə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, iddiaçı ilə həmyerlidir. Müharibə başlayandan sonra könüllü olaraq iddiaçı ilə birlikdə cəbhəyə getmiş və iddiaçı ilə birlidə döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N4-cü ildə o, yaralandığına görə hospitalda müalicə olunmuş, sağalandan sonra yenidən xidmətə yollanmışdır. Lakin səhhətinə görə onu geri qaytarmışlar. Hazırda İİİ qrup Qarabağ əlilidir. Bundan sonra iddiaçının harada xidmət etməsi vənecə təxris olunması ona məlum deyildir. İş materiallarında olan : -İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, N982-N984-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə Beyləqan rayon N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkzəi Arxivinin xx.xx.202N-ci il il tarixli 4/2 -23N4 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissədən daxil olmuş N nömrəli hərbi hissə üzrə Quba-Qusar Taboru qovluğunda Quba-Qusar RHK-dan səfərbərliyə çağrılmış 23-cü MAT-un N-ci manqasının adlı siyahısında (əsas: 97, məlumatda atasının adı Mail yazılıb) N973-cü il təvəllüdlü sıravi İddiaçı Mail oğlunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissəni özbaşına tərk etmis və N nömrəli hərbi hissəyə qaytarıbmış İddiaçı Mail oğlu N nömrəl hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 53 №-li əmrilə (əsas: § 3, sıra 9, səh. 258, əmrdə atasının adı Mail yazılıb) б MÄT-ın şəxsi heyət siyahısına daxıl eünürək, bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissəni özbaşına tərk etmiş və N nömrəli hərbi hissəyə qaytarıbmış İddiaçı Mail oğlu N nömrəli hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 54 №-li əmrilə (əsas:~§ 22, sıra 9, səh. 262, əmrdə atasının adı Mail yazılıb) 6 MAT-ın şəxsi heyət siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuşdur.N nömrəli hərbi hissə komandirinin noyabr N3mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin mart-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Mayıl oğlunun xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8-ci yarımbəndində əsasən NN-ci il oktyabrın 9-dan N4-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar