Məhkəmə qərarları › İş №2-1(118)-1266/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1266/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1266/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (Sumqayıt şəhər 3 saylı poliklinikasında həkim işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, Cavanşir küçəsi, yataqxana 2, ev 21A, mənzil 108-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanlarında yerləşən ümumi sahəsi 215 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia rizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanlarında yerləşən ümumi sahəsi 215 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14.03.2018-ci il tarixli, № ******* saylı və 15.03.2018-ci il tarixli, № ******* saylı çıxarışlara əsasən ünvan 4 ünvanlarında yerləşən ümumi sahəsi 0.015 hektar olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülkiyyətçisi olduğu həmin torpaq sahəsində ümumi sahəsi 215 kv m olan qeyri-yaşayış sahəsi tikmişdir. Həmin qeyri-yaşayış sahəsi hal-hazırda onun istifadəsindədir. Bununla əlaqədar olaraq mülkiyyətçisi olduğu torpaq sahəsində tikdiyi ümumi sahəsi 215 kv m olan qeyri-yaşayış sahəsinin daşnmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə oclasında içtirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı müraciəti ilə əlaqədar onun sözügedən qeyri-yaşayış sahəsi üzərində hüququnun qeydiyyata alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müraciətinə əlavə edilmədiyindən ona imtina cavabı verilmişdir. İş materiallarında olan : - DƏDRX-nin 15.03.2018-ci il tarixli RX seriyalı № ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 568 ünvanında yerləşən 0.0116 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 14.03.2018-ci il tarixli RX seriyalı № ******* saylı çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən 0.0034 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - “xxxx” MMC tərəfindən Memarlıq-Planlaşdırma bölməsindən görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 568 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına dair tərtib olunmuşdur. - Torpaq sahəsini planı və ölçüsündən görünür ki, plan və ölçünün tərtib edilməsinə əsas AR ƏMDK-nin yanında hərracların təşkili üzrə auksion mərkəzi 5 saylı torpaq müsabiqə və hərrac komissiyası, Şəhadətnamə, AM 004624, 09.03.2018; ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Torpaq sahəsinin planı və ölçüsü, 214577, 07.11.2017; Sumqayıt şəhər DNK C.Q.Rüstəmov, şəhadətnamə 099, Alıcı ilə Satıcı arasında baölanmış alqı-satqı müqaviləsi , 4Ə-443, 09.03.2018 sənədlərdir. - Azərenerji ASC Sumqayıt Regional Elektrik Şəbəkəsi MMC tərəfindən verilmiş 27.02.2013-cü il tarixli, 100/23/0429 saylı texniki şərtdən görünür ki, həmin texniki şərt Sumqayıt şəhəri, Ü.Hacıbəyov və Koroğlu küçələrinin kəsişməsi, 11 və 12-ci mikrorayonun arasında yerləşən ticarət obyektinə dair tərtib edilmişdir. - “xxxx” QSC tərəfindən verilmiş 15351-20-02141 saylı işçi layihədən görünür ki, sifarişçi İddiaçı sifarişinə əsasən Sumqayıt şəhəri, Ü.Hacıbəyov və Koroğlu prospektinin kəsişməsində yerləşən, qeyri-yaşayış sahəsinin qazlaşdırılmasına dair tərtib edilmişdir. - Azəriqaz İB-nin 23.10.2020-ci il tarixli № 15351 texniki şərtdən görünür ki, Sumqayıt şəhəri, Ü.Hacıbəyov və Koroğlu prospektinin kəsişməsində yerləşən, qeyriyaşayış sahəsinə dair tərtib edilmişdir. - DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21.01.2021-ci il tarixli, **********61 saylı imtina məktubundan görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 568 ünvanında yerləşən torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş 08.01.2021-ci il tarixli müraciətə baxılmışdır. Qeyri-yaşayış sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müraciətə əlavə edilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015- tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış sahəsini inşa edərək mülkiyyət hüquqnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçı tikintiyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən 21.01.2021-ci il tarixli məktibla onun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayışsahələri, fərdiyaşayışvəbağevləri vəmüəssisələr olantorpaqsahələrinin birhissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və ünvan 2 ünvanlarında yerləşən ümumi sahəsi 215 kv m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanlarında yerləşən ümumi sahəsi 215 kv m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar