Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1269/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1 (Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 56/22-də yaşayan), Üçüncü şəxs X16 (Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı X2 cavabdeh Abşeron rayon X5rşı Abşeron rayon X9 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X7 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon X5rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon X9 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarı etibarsız hesab edilməsinə, həmin qərar əsasında verilmiş xx.xx.2017-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarışın,alqı-satqı ilə Əsədov Abu əsəd oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon X11 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bəldiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaq prosedurunun başlanması qərarı etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X9 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə iddiaçıya torpağın baş planı əsasında Abşeron rayonu Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin ayrılmış torpaq sahəsi ona aktla təhvil verilmişdir. Ona ayrılmış torpaq sahəsini həmkəndlisi X20 heç bir qanuni əsas olmadan zəbt edərək, orada tikinti işləri aparılmasına başlamışdır. İddiaçının şikayəti əsasında A.Əsədov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi başlanmış və haqqında Abşeron rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlb edilməklə torpaqdan çıxarılma qərarı verilmişdir. 31 oktyabr 2014-cü il tarixdə X20 cavabdeh Abşeron rayonu X10, üçüncü şəxslər İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəşinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsinin X10 həvalə edilməsi və üçüncü şəxs İddiaçı tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən X16 istifadəsində olmayan 0,08 ha torpaq sahəsinin ona satılması öhdəliyini Abşeron rayonu, X9 üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında Güzdək Bələdiyyəsi fərdi yaşayış məqsədi ilə torpağın satılması ilə bağlı açıq müsabiqəsini keçirilməsi üçün ona məxsus torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərarı verilmişdir. Bu qərar əsasında ona məxsus torpaq sahəsinə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X21 Bələdiyyəsi xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ona məxsus torpaq sahəsini X4 o, isə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. O, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə A.Əsədovun Abşeron rayonu Güzdək Bələdiyyəsinə qarşı iddiası rədd edilmişdir. Həmin qərar Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edəərk iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasaında iştirak edən üçüncü şəxs X20 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının onun torpaq sahəsinə sair hər hansı hüququ yoxdur. Ona satılmış torpaq sahəsi ilə iddiaçıya satılmış torpaq sahələrinin üst-üstə düşməsi sübuta yetirilməmişdir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - Abşeron rayonu X9 xx.xx.2006-cı il tarixli 11 saylı qərarından görünür ki,vətəndaş İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. -Torpaqların alqı-stqısına dair aktdan görünür ki, Abşeron rayon X9 xx.xx.2006-cı il tarixli 11 saylı qərarına əsasən Abşeron rayon Aşağı Güzdək İddiaçı 0.08 ha torpaq sahəsi satmışdır. - xx.xx.2006-cı il tarixli aktdan görünür ki, 0.08 ha torpaq sahəsi İddiaçı təhvil verilmişdir. -DTXK Abşeron rayon tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı satılmış 0.08 torpaq sahəsinə dair tərtib edilmişdir. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayonu X9 xx.xx.2006-cı il tarixli 11 saylı qərarından görünür ki,vətəndaşlara o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. - DTXK Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki,idarə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahələrinin vətəndaşlara, o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi satılmasına etiraz etmir. - Abşeron rayon İH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, idarə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahələrinin vətəndaşlara, o cümlədən İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmasına etiraz etmir. -Abşeron rayon Məhkəməsinin 1-170/2007 saylı xx.xx.2007-ci il tarixli hökmündən görünür ki,X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi iə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri bilinmiş və ona şərti maliyyə vahidi məbləğinin 400 misli miqdarında cərimə təyin edilmişdir. Həmin hökmlə həmçinin İddiaçı X18 qarşı torpaq sahəsindən çıxarılma barədə mülki iddiası təmin edilmiş,X6 rayonu X9 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsidən çıxarılması qərara alınmışdır. - AN-İ ******* seriyalı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin X1 barədədir. - RX N ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi X16 xüsusi mülkiyyətindədir. - Abşeron rayonu X9 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mübahisəli sözügedən 0.08 ha torpaq sahəsi X18 bələdiyyə qərarı ilə deyil, hərrac yolu ilə satılmış və X20 xx.xx.2017-ci il tarixdə ƏMDK DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən mülkiyyət hüququna dair sənəd almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının, onun nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi 2006-cı ildə iddiaçıya ayrıldığı halda daha sonra üçüncü şəxsin zəbtinə məruz qalmışdır. Daha sonra isə A.Əsədov torpaq sahəsi üzərində sahibliyini qanunləşdirmək məqsədi ilə bələdiyyəyə müraciət etmiş və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində mülkiyyət hüqüqunun qeydiyyata alınması proseduruna başlanması barədə qərar qəbul etmişdir. Bu hallar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və qərarlarında ös təsdiqini tapmışdır. Belə ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə qeyd edilmişdir ki, X20 2006-cı ilin aıxrlarında Abşeron rayonu Aşağı Güzdək qəsbəsində yaşayan X12kuna məxsus 0.08 ha torpaq sahəsini heç bir rəsmi sənədi olmadan özbaşına tutaraq Ş.Dostəliyevin qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq mişar daşları ilə tikinti işləri apardığına görə onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikas Ali Məhkəməsinin İnzibati Kollegiyasnını xx.xx.2021-ci il tarixli qərarının 35-ci bəndində qeyd edilmişdir ki, iddiaçının bələdiyyə tərəfindən hərrac keçirilmədən ona satılkmasını tələb etdiyi 0.08 ha torpaq sahəsinin X9 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarı ilə X3 ayrıldığı iş üzrə materiallarla təsdiqini tapmışdır. Həmin Qərarın 38-ci bəndində göstərilir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hərrac keçirilmədən ona satılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verildiyindən və həmin qərar hüquqi cəhətdən etibarlı olduğundan, bələdiyyə həmin sahənin başqa şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi və ya hərrac keçirilmədən başqa şəxsə satılmasına səlahiyyətli deyildir. Azərbaycan Respublikasının 15 mart 2022-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 15-ci və 16-cı bəndlərinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon X9 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması qərarı etibarsız hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon X9 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanmasına dair qərarı etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1269/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1269/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver