Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-127/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndələri X1 (işləməyən,Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 100,mənzil 27-də yaşayan) və X5 (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X4 (Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin məsləhətçisi işləyən, ünvan 3 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddai tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən 0,12 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə onun tərəfindən inşa edilmiş 1200 kv m sahəsi olan tikili inşa etmişdir. Tikilinin inşası üçün iddiaçı və həyat yoldaşı Moskva şəhərində yerləşən mənzillərini 100.000 ABŞ dollarına satmışlar, “xxxx” ASC-dən 100.000 ABŞ dolları məbləğində külli miqdarda kredit vəsaiti götürmüşlər. Lakin həmin tikili inşasının başa çatmasına az qalmış 2016-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən polis əməkdaşlarının və süusi texnikanın cəlb edilməsi ilə qanunsuz sökülmüş, nəticədə ona 200000 (iki yüz min) ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi dəymişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 02.12.2019-cu il tarixli cavab məktubunda ərizəsində qaldırdığı məsələyə aidiyyəti olmayan cavab verilərək müraciəti təmin olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası iddiaçının şikayəti ilə əlaqədar hər hansı bir hərəkət etmədən, şikayətçi qismində iddiaçını Şuranın iclasına dəvət edərək dinləmədən, şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun qaydada araşdırma aparmadan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 02.12.2019-cu il tarixli məktubunda göstərilənlərlə eyni məzmunda 30 dekabr 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə guya şikayətə cavab vermiş, bununla da vətəndaş və sahibkar kimi bir sıra hüquqlarım pozulmuşdur. Beləliklə, cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi və mənəvi zərərin ödənilməsindən imtina etdiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əmlakını sökməsinin, yəni əmlak hüquqlarıma müdaxiləsinin qanunsuz sayılması və cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq kompensasiya ödənilməsinə dair qərar çıxarılmasından ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X11 və X6 iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərk iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 iddianı qəbul etmədi və izah etdi ki, Sumqayıt şəhəri, Çerkassı küçəsində vətəndaşın icarəsində olan 0,12 ha torpaq sahəsində hər hansi söküntü barədə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən inzibati akt qəbul edilməmişdir. İddiaçı və Sumqayıt Bələdiyyəsi arasında 25 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 0,12 ha torpaq sahəsi icarə qaydasında İddiaçı adına qeydə alınmışdır. Qeyd olunan çıxarışdan sonra vətəndaş tərəfindən tikinti niyyəti barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəm iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 65.3-cü maddəsimnə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid kimi dindirlimiş Sumqayıt şhərə İcra Hakimiyyəti Başçısının 3 sayll İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi X7 ifadəsində bildirdi ki, iddia ərizəsində göstərilən obyektin bünövrəsi qoyulmuş, lakin tikintisi tam başa çatmamışdır. Söküntü ilə bağlı iddiaçı tərəflə onun arasında heç bir söhbəti olmamış, icra hakimiyyətindən bununla bağlı hər hansı göstəriş verilməmişdir. Söküntünün kim tərəfindən aparılması ona məlum deyildir. Söküntüdən sonra tikinti materiallarını iddiaçı tərəf özü aparmışdır. Texnikanın kim tərəfindən həmin əraziyə gətirdiyindən xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş : - RX №1210481 seriyalı 29.01.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ 1812067-ci il tarixədək İddiaçı adına qeydə alınmışdır. - DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 25.01.2018-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəyə verilmiş 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -İddiaçının təqdim etdiyi eskiz layihəsindən görünür ki, həmin layihə 2014-cü ildə İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib edilmişdir. -Sumayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 12.03.2015-ci il tarixli Q-11 saylı məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir. - Sumqayıt şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının 06 saylı 30.12.2019-cu il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı və Sumqayıt bələdiyyəsi arasında 25.01.2018ci ildə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı DƏDRX tərəfindən 29.01.201-ci il tarixli ******* nömrəli çıxarış təqdim olunmuşdur. Qeyd olunan müddətdən sonra sözügedən ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır. Məhkəmənin sorğusuna əsasən xxxxxxxx tərəfindən təqdim edilmş 16.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, 15.06.1980-ci il tarixdə anadan olmuş X6 ilə “xxxx”xxxx” ASC arasında 29.06.2015-ci il tarixli, N 16/15SU saylı əsas kredit müqaviləsi, 02.07.2015-ci il tarixli, N 16-1/15SU saylı və 05.06.2018-ci il tarixli, N 16-2/15SU saylı əlavə kredit müqavilələri bağlanılmışdır. X1 qeyd olunan həmin əsas və əlavə kredit müqavilələrində nəzərdə tutulan öhdəliklərinin təminatı qismində X2 (ipotekaqoyan) ilə “xxxx''xxxx" ASC arasında bağlanılmış 29.06.2015-ci il tarixli, N 16İ/15SU saylı ipoteka müqaviləsi və X8 (ipotekaqoyan) ilə “xxxx"'xxxx” ASC arasında bağlanılmış 29.06.2015-ci il tarixli, N 16İ1/15SU saylı ipoteka müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əmlaklar çıxış etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə polis əməkdaşları görünsə də, söküntünün kim tərəfindən aparılmasını müəyyən etmək mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş 200.000 ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğunu inşa etdiyi sözügedən obyektin söküntüsü ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər təqdim etmişdir. Məhkəmə qeyd eidr ki, həmin fotoşəkillərdə bir ədəd texnikanın və iki nəfər polis əməkdaşının şəkli əks olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətlənidirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməmişdir. İddiaçı iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir : zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə bu əsaslar tam şəkildə mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində iddia ərizəsində göstərdiyi 200.00 ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyanın vurulduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-127/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-127/2021
08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver