Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-127/2023 20.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı4 iştirakı ilə, İddiaçılar Eynalova (Şərifova) Elmira Məmmədşərif qızının, İddiaçı2, Seyidova (Eynalova) Kəmalə Əlibəy qızının, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X2 adına olan JN-172 kod 30408028 saylı ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı silinməsi, səhvən JN-100, kod 30408028 olan “Torpağın Mülkiyyət Hüququna dair” Dövlət Aktından adlarının çıxarılması və JN 172 nömrəli KOD 30408028 npmrəli “Torpağa mülkiyyət hüququna dair” X10 Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı qərarına əsasən Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar Eynalova (Şərifova) Elmira Məmmədşərif qızı, İddiaçı2, Seyidova (Eynalova) Kəmalə Əlibəy qızı, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu ərazisində yerləşən ona məxsus 31 oktyabr 2007-ci il tarixli Azərbaycan Respublikası Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 11 saylı qərarı ilə ayrılmış 0,04 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” X10 Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 İyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X2 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,06 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra X2 ərizəsinə əsasən ona verilmiş 2,06 hektar torpaq sahəsi ləğv edilmişdir. JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” X10 Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı qərarına əsasən həmin torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir. Bununla bağlı onlar Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımızın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi və Torpağa mülkiyyət hüququna dair JN-100, kod 30408028 olan dövlət aktından mülkiyyətçilər kimi adlarımızın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş X11 İslahat Komissiyasının 16 mart 2001-ci il tarixli, 2 saylı iclas protokolundan görünür ki, Uzunboyad kəndi üzrə islahat zamanı Uzunboyad kəndində torpaq payı almayan adları qeyd olunmuş subyektlər, o cümlədən X1, İddiaçı2, X5, İddiaçı4 siyahıya əlavə edilmişlər. Adları qeyd olunan subyektlərin torpaq payı 172 saylı mülkiyyətçinin ləğv edilmiş 2,06 ha torpaq sahəsinə yerləşdirilməsi qərara alınmışdır. Uzunboyad kənd sakini X2 ərizəsinə əsasən 172 saylı mülkiyyətçi ona verilmiş 2,06 hektar torpaq sahəsi ləğv edilmişdir. Bundan başqa Torpağın mülkiyyət hüququna dair JN-100, kod 30408028 olan dövlət aktında səhvən digər şəxslərlə yanaşı iddiaçılar da mülkiyyətçilər kimi göstərilmişlər. Onlar adlarının səhvən JN- 100, kod 30408028 olan Torpağın mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmasını bilməmişlər. Həmin torpaq sahəsi ilə heç bir əlaqələri yoxdur. Məhkəmə prosesində hüquqi yardım edilmiş, məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması barədə qərardad qəbul edilmiş, qərardadda yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmədiyi qeyd edilmişdir. Bundan sonra onlar yenidən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunaraq arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X2 adına olan JN-172 kod 30408028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının silinməsi, səhvən JN-100, kod 30408028 olan "Torpağın mülkiyyət hüququna dair” dövlət aktında adlarının çıxarrilmasını və JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” X10 Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı qərarına əsasən Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adımıza hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişlər. Lakin onlara imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayənfəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazda bildrimişdir ki, sənədlərin araşdırılması zamanı təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcud olması müəyyən edilmişdir. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş JN-172 Kod 30408028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv məlumatlarına və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında digər şəxslərin adına qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 01 10.2020-ci il tarixli, **********00 nömrəli məktubla imtina olunmuşdur. İş materiallarında olan : -JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən 2.06 ha torpaq sahəsi X6 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. -JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Dəvəçi rayon AİK 25 mart 2001-ci il tarilxli 02 saylı qərarına əsasən Eynalova (Şərifova) Elmira Məmmədşərif qızına və ailə üzvlərinə 2.06 ha hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 mart 2022-ci il cavab məktubundan görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyası və eyni zamanda Şabran rayon X9 İslahat Komissiyası fəaliyyəti dövrü əmələ gəlmiş sənədlər rayon arxivinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il cavab məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq tərəfindən Şabran rayon AİKnın xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə Elmira Məmmədşərif qızının və ailə üzvlərinin adına 2.06 ha torpaq sahəsinə verilmiş JN-172 KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və Şabran rayon AİK-nın xx.xx.1998-ci il tarixli 04 saylı qərarı əsasında X6 və ailə üzvlərinin adına 2.06 ha torpaq sahəsinə verilmiş JN-172 KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir. JN-172 KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfiqdən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında 2.06 ha X2 adına qeydiyyatdan keçmiş və həmin torpaq sahəsi Qusar rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli 4-Ə2265 reyestr nömrəli salqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirilmişdir. JN-172 KOD 30508028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının hər iki nüsxəsinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2023-cü il mütəxəssis rəyindən görünür ki, X2 adına verilmiş JN-172 KOD 30408028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən koordinatlarla Şərifova (Eynalova) Elmira Məmmədşərif qızının adına verilmiş JN-172 KOD 30408028 saylı 'Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən koordinatlar eynilik təşkil etmir. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi Şərifova (Eynalova) Elmira Məmmədşərif qızının adına verilmiş JN-172 KOD 30408028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən koordinatlar, Uzunboyad kəndi üçün tərtib edilmiş elektron xəritə məlumatlarındakı koordinatlara uyğundur.Hazırda iddiaçıların göstərdiyi torpaq sahəsinin koordinatları daxilində başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı4 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Cavabdeh inzibati orqan isə iddiaçılara pay torpaq sahəsi kimi ayrılmış 2.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Kadastr baza məlumatında və idarənin arxiv məlumatlarında həmin dövlət aktının başqa şəxsin adına işlənməsi göstərilən dövlət aktı barədə məlumatların vaxtında iddiaçıların adına düzəldilməsindən xəbər verir ki, bu hal iddiaçıların təqsiri üzündən baş verməmiş, həmin məlumatların dolğunluğuna və dəqiqliyinə inzibati orqan cavabdehdir və bu hal iddiaçıların mülkiyyət hüqunun pozulmasına gətirib çıxarmamalıdır. Belə ki, Şabran rayon Rəhimli yerli AİK-nın xx.xx.2001-ci il tarixli 2 saylı iclas protokolunun məzmunundan görünür ki, nümayəndəliyin bəzi kəndlərində mülkiyyətçilərin torpaq sahələrinin dəyişdirilməsi və ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı Uzunboyad kənd sakinləri X1, İddiaçı2, X5 və İddiaçı4 islahat zamanı torpaq payı almayan subyektlər kimi siyahıya əlavə edilməsi və 172 saylı mülkiyyətçinin ləğv edilmiş 2.06 ha torpaq sahəsinə yerləşdirilməsi qərara alınmışdır. Həmin qərar hazıradək qüvvədədir, ləğv edilməmiş və ya qanunvericiliklə müəyyə edilmiş qaydada etibarsız hesab edilməmişdir. 2.06 ha torpaq sahəsi hazırda iddiaçıların istifadəsindədir, iş üzrə alınmış mütəxəssis rəyi ilə həmin torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyət hüquqlarının qeydə alınmadığı müəyyən edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə iddia tələbinin iddiaçıların adlarının JN-100, kod 30408028 olan “Torpağın Mülkiyyət Hüququna dair” Dövlət Aktından çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin tələbə hər hansı münasibət bildirməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçılar özləri həmin torpaq sahəsinə və ona dair verilmiş dövlət aktı ilə hər hansı əlaqələrinin olmaması və həmin dövlət aktına onların adlarının salınması səbəblərini bilmədiklərini qeyd etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların adlarının həmin dövlət aktında saxlanılması məqsədəuyğun deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, cavabdeh iddiaçıların tələbinin təmin olunmasından imtina etməsinin əsasını təsdiq edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X2 adına olan JN-172 kod 30408028 saylı ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının silinməsi, iddiaçıların adlarının JN-100, kod 30408028 olan “Torpağın Mülkiyyət Hüququna dair” Dövlət Aktından çıxarılması və JN 172 nömrəli KOD 30408028 npmrəli “Torpağa mülkiyyət hüququna dair” X10 Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı qərarına əsasən Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X2 adına olan JN-172 kod 30408028 saylı ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının silinməsi, JN-100, kod 30408028 olan “Torpağın Mülkiyyət Hüququna dair” Dövlət Aktından iddiaçılar Eynalova (Şərifova) Elmira Məmmədşərif qızının, İddiaçı2, Seyidova (Eynalova) Kəmalə Əlibəy qızının, İddiaçı4 adlarının çıxarılması və Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı qərarı ilə ayrılmış JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,06 hektar torpaq sahəsi üzərində iddiaçılar Eynalova (Şərifova) Elmira Məmmədşərif qızının, İddiaçı2, Seyidova (Eynalova) Kəmalə Əlibəy qızının, İddiaçı4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-127/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-127/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver