Məhkəmə qərarları › İş №2-1(118)-1270/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1270/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1270/2021 30.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “14 may 2016-cı ildə anadan olmuş oğulları X1 adının “Ömər”dən Omar”a dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar 14 may 2016-cı ildə anadan olmuş oğulları X1 adının “Ömər”dən Omar”a dəyişdirilməsinə icazə verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 28 aprel 2021-ci il tarixli, 184 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçılar, 09 avqust 2015-ci ildə nikaha girərək ailə həyatı qurmuşdurlar. Bunu 09.08.2015- ci il tarixli, AZ-İİ N° 060833 saylı nikah haqqında şəhadətnamə təsdiq edir. Rəsmi nikahlarından 14 may 2016-ci il təvəllüdlü X3 anadan olmuşdur. Oğlu 14 may 2016-ci il təvəllüdlü X1 adına verilən doğum haqqında şəhadətnamədə soyadı Məhərrəmov, adı Ömər, ata qrafasında atasınına adı Zahid, ana qratasında anasının adı isə Pərvanə kimi qeyd edilmişdir. İddiaçılar oğullarının adının “Ömər”dən “Omar”a dəyişdirilməsini istəyirlər. Beləki, onlar oğullarını adı hər zaman Omar kimi çağırmışdırlar. Uşağı hamı Omar kimi çağırır. Bu səbəbdən də uşağın adının “Omar” kimi qeydə alınmasını istəyirlər. Bu məqsədlə Sumqayıt şəhər İH Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdirlər. Sumqayıt şəhər İH-ti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 28.04.2021 -ci il tarixli, 184 saylı məktubu ilə xahişləri təmin edilməmişdir. Yuxarıda adı çəkilən qaydalara uyğun olaraq övladlarının adının dəyişdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşdurlar. AR Ailə Məcəlləsinin İ9l-cı maddəsinə görə “Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır”. Həmin Məcəllənin İ92-ci maddəsinə görə “Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişiklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir”. AR İMP-nin 33-cü maddəsinə görə “Məeburelmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı2 iştirak etməmiş, digər İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, qaldırılan məsələ ilə bağlı iddiaçılar Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı 184 nömrəli, 28.04.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısında göstərilmədiyi üçün azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikasıvətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 1,4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 17.04.2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi birgə ərizədə adının dəyişdirilməsini tələb etdikləri şəxsin 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən övladları, 14.05.2016-cı il təvəllüdlü X1 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Omar” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə 14.05.2018-cı il təvəllüdlü X1 valideynləri, yəni İddiaçı1 və İddiaçı2 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla dəyişdirilməsinə icazə verə bilər. Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmənin nəzərinə çatdırır ki, iddiaçıların tələb etdiyi “Omar” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısında göstərilməmişdir. Eyni zamanda, iddiaçıların övladlarının hazırki adı olan “Ömər” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısında göstərilmiş, habelə azyaşlının cinsinə uyğundur və ya gülünc ad hesab edilmir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, ərizəçilərə qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumaf siyahısında göstərilmədiyi üçün Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən azyaşlının adının “ömər” adından “Omar” adına dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi barədə cavab məktubu göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümüknlüyü ilə bağlı qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının mübahisələndirilən imtinası mahiyəti etibarı ilə inzibati aktın qəbul edilməsindən imtina kimi qiymətləndirilməlidir. Cavabdehə diskressiaon səlahiyyətlər çərcivəsində inzibati akt qəbul etmək səlahiyyəti verildiyi və iddiaçıların tələblərindən imtina edildiyi üçün iddia məcburetmə haqqında iddiadır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın mahiyyəti baxımından isə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar 14 may 2016-cı ildə anadan olmuş oğulları X1 adının “Ömər”dən Omar”a dəyişdirilməsinə razılıq verilməsini istəyirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyi ilə bağlı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına diskresion səlahiyyət vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin məcəllənin 73.3 və 73..3.1-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsi isə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü ilə bağlı aşagıdakı tənzimləni müəyyən etmişdir ki, “İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır”. İnzibati orqan qeyd edir ki, qaldırılan məsələ ilə bağlı iddiaçılar Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı 184 nömrəli, 28.04.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısında göstərilmədiyi üçün azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikasıvətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 1,4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 17.04.2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi birgə ərizədə adının dəyişdirilməsini tələb etdikləri şəxsin 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən övladları, 14.05.2016-cı il təvəllüdlü X1 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Omar” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır.18 yaşına çatanadək isə 14.05.2018-cı il təvəllüdlü X1 valideynləri, yəni İddiaçı1 və İddiaçı2 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla dəyişdirilməsinə icazə verə bilər.Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmənin nəzərinə çatdırır ki, iddiaçıların tələb etdiyi “Omar” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısında göstərilməmişdir. Eyni zamanda, iddiaçıların övladlarının hazırki adı olan “Ömər” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısında göstərilmiş, habelə azyaşlının cinsinə uyğundur və ya gülünc ad hesab edilmir.Yuxarıda göstərilənlər nəzərə alınaraq, ərizəçilərə qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumaf siyahısında göstərilmədiyi üçün Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən azyaşlının adının “ömər” adından “Omar” adına dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi barədə cavab məktubu göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiya etirazında qeyd etdikləri əsaslıdır və cavabdeh orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtinanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən olunmur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar