Məhkəmə qərarları › İş №2-1(118)-1272/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1272/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1272/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi, X34 oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs X16 nümayəndəsi X22 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “Abşeron rayon Masazır X1 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının və onun əsasında verilmiş sənədlərin mövcud olmadığının müəyyən edilərək etibarsız hesab edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Abşeron rayon Masazır X1 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X23 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15 mart 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə (əvvəlki AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsi) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə ona ayrılmış torpaq sahəsinin ilkin qeydiyyatı və ilkin texniki pasportu alınması üçün müraciət etmiş və ərizənin son icra tarixi 12 aprel 2021 -ci il tarixli göstərilməklə təsdiqetmə bildirişi almışdır. Həmin tarixdə DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, sənəd hazır deyil və növbəti günlər yenidən müraciət etməlidir. Nəhayət, 20 aprel 2021-cı ıl tarixdə növbəti müraciəti zamanı ona həmin idarənin rəisi Rauf Qarayev tərəfindən imzalanmış imtina məktubu təqdim edilmiş və imtinanın əsası kimi aşağıdakı məsələlər qeyd edilmişdir: «Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evi və yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 mart 2021-cı il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş X6 adına verilmiş 37096 reyestr və 5199 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Bundan başqa Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin İddiaçı Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı ıl tarixli, 28 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 13 01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək eldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Sıyahısında torpaq sahələrinin ayrılması barədə kənd / qəsəbə nümayəndəlikrin sərəncamları nəzərdə tutulmamışdır. Əlavə olaraq sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibinin adında pozuntu olduğu üçün eyniləşdirmə əməliyyatı aparmaq mümkün olmamışdır. Həmçinin 37096 reyestr və 5199 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin ölçüləri ilə faktiki vəziyyətdəki ölçülən arasında fərq olduğu aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi 0.0992 ha hissəsinə isə başqa şəxsin adına 28.02.2019-cu il tarixli. **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir... Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir » İddiaçı bildirir ki, imtina məktubu əsassızdır məktubda qeyd olunan hallar qanunazıddir və məhkəmə tərəfindən onun hüquqlarının müdafiə olunması xahiş olunur. Belə ki, Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-ci il tarixli sərəncamına əsasən AR kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0,1 ha ölçüsündə torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsində, atası İsmayılov Tofiq ibrahim oğlu nəvəsi və iddiaçının azyaşlı oğlu X7 adına 2006-ci ildə yaşayış sahəsi 16 4 кv metr, köməkçi sahəsi 10.0 kv. metr olan fərdi evi inşa etmiş və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli inventar işi qeydiyyata alınmış, Qeydiyyat Vəsiqəsi və Texniki Pasport verilmişdir. Sözügedən fərdi yaşayış evi hal-hazırda oğlunun mülkiyyətində və ailənin istifadəsindədır. Onu da bildirir ki, sözügedən fərdi evin tikintisi zamanı icra hakimiyyəti ilə razılaşdırılmadığı üçün inzibatı xəta haqqında qərar qəbul olunmuşdur (həmin qərarın və protokolun surəti iddia ərizəsinə əlavə olunub),: lakin razılıq alandan sonra həmin evə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X18 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin Qeydiyyat vəsiqəsinin arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılması müvafiq inzibati orqanın vəzifəsidir. Zərurət yarandığı halda sənədlərin texniki ekspertizası, imza və möhürlərin düzgün olubolmamasının yoxlanması məhkəmə tərəfindən təyyin oluna bilər. Əlavə olaraq, iddiaçının müraciəti əsasında ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsi tərəfindən verilən məktubdan və ondan irəli gələn araşdırmalardan məlum olur ki, arxa tarixlə saxtalaşdırılmış Abşeron rayonu Masazır Bələdiyyəsi 03.05.2004-cü il tarixdə 28 nömrəli qərarla oğlunun mülkiyyətində olan evin yerləşdiyi və RİH başçısının Masazır kənd nümayəndəsinin sərəncamı ilə ona ayrılan torpaq sahəsinin ünvan 1 ünvanda qeydiyyatda olan X16 adına qanunsuz əsasla ayırmış və həmin qərar heç dövlət arxivində mövcud deyil və arxivdən verilən arayışa görə eyni nömrəli qərar tamamilə başqa məzmunda və tarixdə verilib, yəni bələdiyyə tərəfindən ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş sənədlər qeyri qanunidir və saxtadır. Belə ki, Bələdiyyə mövcud qanunvericiliyin tələbinə əsasən yalnız Bələdiyyənin ərazisində daimi yaşayan və qeydiyyatda olan şəxslərə fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi ayıra bilərdi. Sudavər İsmayılova heç vaxt Abşeron rayonunda qeydiyyatda olmamışdır. Həmin qanunsuz qərar əsasında İsmayılova Sudavər DTXK Abşeron şöbəsinin 22.08.2011-ci il tarixli 2080/11 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqısatqısına dair aktını və DTXK Abşeron şöbəsinin 09.09 2011-cı il tarixli 17350 nömrəli Torpaq sahəsiriin plan və ölçüsünü əldə etmişdir. Sonda isə, Sudavər İsmayılova qeyd olunan sənədlər əsasında "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli. 27.10 2011-cı ıl tarixli ********** qeydiyyat, nömrəli Çıxarışı və 27.10.2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünü qanunsuz əsaslarla əldə etmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin və ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsinə dəftərxanasında olan fərqli sənədləri və ziddiyyətləri təhlil etdikdə məlum olur ki, Masazır bələdiyyəsinin 03.05.2004-ci ıl tarixli 28 nömrəli qərarı saxtadır və Masabr bələdiyyəsinin o vaxt ki sədri - X24 09.09.2011 –ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktını pərdələmək üçün həmin saxta qərarı köhnə tarixlə qəbul edərək ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim etmişdir, halbuki həmin qərar 2004 yox, 2011 -ci ildə arxa tarixlə tərtib olunmuşdur və bu fakt AR Milli Arxiv idarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində öz təsdiqini tapır, izləri tez-tələsik itirmək üçün X25 həmin əmlakı qızı X28 bağışlamış, o isə, öz növbəsində yaxın tanışı X5 adına bazar qiymətindən aşağı qiymətlə alqı-satqı vasitəsilə rəsmləşdirmişdir və sonuncu 28.02,2019-cu il tarixli **********01 reyestr nömrəli çıxarış əldə etmişdir. İddiaçının azyaşlı oğlu X8 adına qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış sahəsi 16.4 kv.m , köməkçi sahəsi 10 kv.m. olan fərdi yaşayış evi və həyətyanı torpağı ona ayrılmış torpaq sahəsinin üzərindədir və bunu təsdiq edən X38 planı və Masazır Bələdiyyəsi tərəfindən möhürlə təsdiq olunmuş Abşeron rayonu X26ruluşu Planından çıxarışdan aydın görünür. Eyni zaman bildirir ki, uzaq qohumu olan şəhid bacısı və 1-cı qrup əlil, həmçinin də şəkər xəstəsi X29 həmin fərdi evdə yaşayır və yeri uzrə polis tərəfindən pasport qeydiyyatındadır. Təəccüblüsü odur kı, imtina məktubunda qeyd olunur ki “faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, 0.0992 ha hissəsinə isə başqa şəxsin adına 28.02.2019-cı il tarixli **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir" - bəs necə olur ki, 2006-ci ildən inşa olunmuş fərdi ev mövcud ola-ola və orda yaşayış olduğu halda, məktubda qeyd olunan yüksək gərginlikli elektrik xəttinin həmin ərazidən keçdiyi halda həmin fərdi evin yerləşdiyi torpaq sahəsinə 2019-cu ildə başqa şəxsin adına çıxarış verilir?!! ...... İş materiallarına əlavə edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivindən olan çıxarışlara əsasən həmin torpaq sahəsi AR RİH başçısının Masazır kənd nümayəndəsinin Sərəncamına əsasən fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış və həmin yerdə inşa edilmiş Qeydiyyat Vəsiqəsinin notariat təsdiqlənmiş sürətindən və texniki pasportun sürətindən görünür ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Həmin bəndə əsasən cavabdeh torpaq sahəsini digər fiziki şəxsə qərarla ayıra bilməzdir. Çünki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-cı maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmçinin də, yenə həmin Məcəllənin 73-cü maddəsinin 3-cu bəndinə əsasən - bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (hamin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). O ki, qaldı cavabdehin 09.09.2011-ci ıl tarixli həmin torpaq sahəsinə dair alqı-satqı aktına, bu tamamilə qanunsuz bir sənəddir. Həmin alqı-satqı tamamilə qanunsuz aparılmışdır. Çünki, Azərbaycan Respublikasının MM-nin 146.3-cü maddəsinə əsasən - Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır, Eyni zaman nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1 - fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri - hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci ıl tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci ıl 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci ıl tarixədək qəbul edilmiş aktların mübahisələndinlməsı uçun əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahısələndirilə bilməzlər. Belə ki, inzibatı Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mubahisələndırilməsi imkanı aradan qalxmış hər hansı inzibatı akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə və digər inzibati orqanlar mübahisələndirilən aktları 1 yanvar 2011-ci ildən sonra tərtib etmiş və təsdiqləmiş, yalnız bələdiyyə tərəfindən arxa tarixlə saxtalaşmış qərar 2004-ci il kimi göstərilmişdir. Odur ki , inzibati orqanların 1 yanvar 2011-cı ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmır, İPM-in 35,1-ci maddəsinə gorə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci ıl tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yol veriləndir. İnzibatı mübahisələr üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İnzibati Prosessual Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibatı aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu Məcəllənin 35.1 maddəsində görə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüqüqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcbııretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibatı-Prosessual Məcəlləsinin müddəalarına əsasən- Məhkəmiə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olünmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bır növünə üstünlük verilmir Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum şdilə bilməz (Konstitusiyanın 13-cu maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ. İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də oz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyätın inkişafının əsasım təşkil edən ən vacib amillərdəndir Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2 1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2011-ci il tarixli Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-cı maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi - dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir ("Kushoglu Bolqarıstana qarşı" ış üzrə 10 may 2007-ci il tarixli Qərar) Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarıhın inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibatı icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “inzibati icraat haqqında" Qanunun 24-cü maddəsinə əsasən, inzibatı orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütun faktiki halları hərtərəfli, tam və obyektiv airaşdırmağa borcludur, inzibatı orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz inzibatı icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibatı orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda inzibatı orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasım təmin etmək məqsədilə inzibatı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya huquqı şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibatı orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. "İnzibati icraat haqqında" Qanunun 23.1 -ci maddəsində göstərilir kı, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibatı orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibatı icraatda iştirak edən şəxsin malik oldüğu hüquq və vəzifələri ona izah etməlidir. İmtina məktubunda Azərbaycanın Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 saylı Fərmanına istinad edilmişdir, eyni zamanda qeyd olunmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci ıl 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir kı. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ıl 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilmpsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanında aydın qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda aşağıdakı dəyişikliklər edilsin. 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar" sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməşi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Pərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsim təsdiq edən sənədlərin Siyahısı’nın 2,5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında* Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsininitəhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin qeydiyyatı və ilkin texniki pasportun alınması üçün müraciətinə əlavə edilmiş sənədlərdə AR Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon X36 südçulüktərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli əmrinə əsaslanan Abşeron rayon icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin sərəncamının arxiv surətini, fərdi evə aid Qeydiyyat Vəsiqəsinin və Torpaq və Tikinti Planının əsilləri təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Daha sonra iddiaçı iddia ərizəsini dəyişdirərək Abşeron rayon Masazır X1 adına torpaq sahəsinin satılması (ayrılması) barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının və onun əsasında verilmiş sənədlərin mövcud olmadığının müəyyən edilərək etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etmişdir. Üçüncü şəxs X23 iddiaya yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, bu mülk barəsində artıq Abşeron Rayon Məhkəməsində, Sumqayıt Apellyasiyasında məhkəməsində, Ali Məhkəməsində baxıldı. Bu mülki iş mahiyyəti və predmeti üzrə baxılıb və Ali Məhkəmədə qərar qəbul edib. İddiaçı həm də onun keçmiş həyat yoldaşı olan X42 iddiaları rədd edildi. İddiaçı mənim oğlum İddiaçı olmuşdur. O iddia etmişdir ki, guya torpağı o alıb. Halbuki bu torpaq mənim yoldaşımın sağlığında alınıb. Mənim yoldaşımla evlilik müdətində əldə etdiyimiz mülkiyyətimdi. Məhkəmə araşdırma aparmışdır və məlum olmuşdur ki, mərhum yoldaşımın vəsaitinə alınıb. Bu mülkü iş mahiyyəti üzrə artıq baxılıb. İndi isə eyni iddia tələbi ilə onun həyat yoldaşı olan X54 iddia irəli sürmüşdür. X48 vəsaiti ilə alınıb. Ali Məhkəmə qərar qəbul etdi ki, mülkiyyətçi mən X23yam və bu torpağı mən qanuni şəkildə natariat qaydada qızım olan Rəna İsmayılovaya bağışlamışdım. İddiaçı və X33 məhkmənin qərarlarından narazı qaldıqlarına görə dolayı yollarla, məhkəmələrə iddialar yazıb ataraq, mənə və qızıma problemlər yaradırlar. Hətta neçə illərdi, qızım bu torpağı X2. Mülkiyyətçi X11r. Torpağımda sənədsiz daxmam olub, o daxmanı mən anbar kimi istifadə edirdim. İddiaçı Tofiq oğlu və onun yoldaşı olan X54 ilə əlbir olaraq, torpağı alan X10 manelər yaradırlar. Qızım torpağını satdığını bilərək, X54 və İddiaçı daxmamım qapısını sındıraraq, ora yaşlı qadın qoyub. Halbuki bu torpağın nə X46 nədə ki, İddiaçı heç bir aidiyyatı yoxdur. Adı hallanan qadın X29 qanunsuz daxmanı zəbt edib, indiki mülkiyyətçiyə problem yaradır. X30 nə bizə, nə də ki, Macar vətəndaşı olan X54 ilə heç bir qohumluq əlaqəsi yoxdur. Çünki X4 İsmayılov və Török Timea tərəfindən tutulmuş adamdır. İndi də İddiaçı və X54 həmin qadının yaşlı olduğundan istifadə edərək gətirib qızımın satdığı torpağda yerləşdirib ki, qızıma və alıcıya problem yaratsın. Hətta indiki mülkiyyətçini məhkləməyə gah da polisə veriblər ki, mülkiyyətindən istifadə edə bilməsin. Nəzərinizə çatdırım ki, İddiaçı və X58 bilərəkdən Abşeron Rayon Məhkəməsinə qanunsuz olaraq, sənəd təqdim ediblər ki, guya daxmanın sənədi var. Halbuki mən mülkiyyətçi olduğum halda bilirəm ki, daxmama mən heç bir sənəd almamışam və heç kimə razılıq ərizəsi verməmişəm ki, daxmaya sənəd alsın və qeydiyyata kimsə düşsün. Əlavə iddialar verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək, yalandan Masazır Bələdiyyəsini də günahlandırır. Halbuki mənim bütün sənədlərim qaydasında olub. Əlavə olaraq, nəzərinizə çatdırmaq istəyirəm ki, X27 vətəndaşı olub 2002-ci ildə Azərbaycana gəlib, özünüzdə məlumatlısız ki, xarici vətəndaş Azərbaycanda mülkiyyət hüquna malik deyil, Azərbaycan vətandaşlıqın 2010-cu ildə alıb. Belə bir nəticəyə gəlmək olar ki, X54 və qeyriləri, mən qaynanası olan X23 tərəfindən nə razılıq ərizəsi, nə qeydiyyata düşmək, nə dəki, mülkiyyət hüqüqundan istifadə etmək hüququnun heç kimə verməmişəm. Buna sübüt da 3 yaşlı uşağa neçə sənəd əldə edə bilər? özüdə mənim mülkiyyətimdə. Bildirmək istəyirəm ki, İddiaçı və X54 ilə rəsmi nigahı pozmuşlar sözü gedən övladları ana himayəsində qalmışdır.(Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin surəti) İndi isə oğlunun yerinə iddialar verir ki, həm məhkəmələrin həm də vicdanlı alıcıların, həmdə mən yaşlı qadının vaxtını alır. Halbuki mənim səhhətimdə ciddi problemlər vardır. Hətta məni “ögey ana” olmağında ittiham edir. Güya mən və qızım İddiaçı nə anası, nə dəki bacısıdır. X14 bir mülkiyyətçi olmuş şəxs kimi bildirmək istəyirəm ki, X42 bu qanunzuzluğa son qoyasınız. Gah torpağa iddia edir, gah evə, gah torpağa gah bələdiyyə sənədlərinə artıq onun dolayı yollar vasitələrə əl atması barəsində bütün məhkəmə instansiyaları xəbardardır. Nəzərinizə çatdırım ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, mənim əmlakımı Azərbaycan Beynəlxalq Bankına girov qoyaraq, 50000 AZN pul vəsaiti götürüb, bu günə kimidə ödəmir. Bank mənim mənzilimi hərraca çıxartdı. Binəqədi rayon Məhkəməsi (Günel Abbasova). İddiaçı və X54 ilə əlbir olaraq, mənə aid ola hər mülkiyyətimi satıb Azərbaycandan getməkdir niyyətindədirlər. Ali Məhkəmənin qərarlarından narazı qalaraq, bu hərəkətlər edirlər, qətnamələrin və sübutların surətləri sizə göndərirəm. İndi isə Alidə iş yekunlaşan kimi yenidən dolayı yollarla məhkəmələrə müraciət edir ki, vicadlı alıcıların mülkiyyətlərinə həbs qoyulsun. Ali Məhkəmə qərar verən kimi İddiaçı tez yenidən İnzibati Məhkəməyə və eyni zamanda Binəqədi rayonu məhkəməsinədə bu torpaq və üzərində olan tikili ilə mübahisələr yaradır ki, hər dəfə mülk həbsə girsin. Vicdanlı alıcıya narahatçılıqlar yaratsınlar. Əlavə olaraq bildirirəm ki, İddiaçı vəkili olmuş Rizvan Xəlilovun səs CD təqdim edirəm ki, özünüz də şahid olasınız ki, nə cür vasitələrə əl atıblar və 6 ildir ki, mənə bu qədər problemlər yaradıblar. Bu barədə mən artıq lazım olan orqanlara müraciət etmişəm. Xahiş edirəm ki, bu mülki iş mahiyyəti üzrə Ali Məhkəmədə baxıldığına görə İddiaçı iddiasını əsasız sayasınız və mənim daxmamda qanunsuz yerləşdirilən X21 xaric edəsiniz. İddiaçı bu qanunsuzluğuna son qoymağınızı xahiş edirəm. Sizdən xahiş edirəm ki, İddiaçı iddiasını rədd edəsininiz. Bu mülki işə mahiyyəti və predmeti üzrə artıq baxılmışdır. Məhkəmə iclasında üçüncü şəxs X23 və onun nümayəndəsi X37 iştirak etmiş, iddia ərəzisinə etiraza uyğun izahat vermişlər. Uçüncü şəxs X16 nümayındəsi X37 əlavə olaraq bildirmişdir ki, Torpaq sahəsi anam X19 Masazır Bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 saylı qərarı ilə satılıb. 2016cı ildə anam həmin torpaq sahəsini mənə bağışlayıb. 2019-cu ildə məndə həmin torpaq sahəsini Süleyman Rəhimova satmışam. Atam torpağın birini özünə, digərini isə anama almışdır.Hazırda torpaq sahəsi Süleyman Rəhimovun istifadəsindədir. Yan yana olan torpaq sahələridir. Hər iki torpaqda eyni formada ev olub. Balaca evlər, eyni formada tikilmişdir hər torpaqda. Torpaqda mənim olubdur. Torpaq sahəsi 2004-cü ildə alınıb. Həmin torpaq sahəsinin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Öz torpaq sahəsində olan evi söküb. Anamın torpaq sahəsində olan evdə yaşlı adamı yerləşdirib və iddia edir ki, həmin torpaq sahəsi onundur. Bütün məhkəmə işlərini uduzduqları üçün yenidən əsassız iddialar qaldırırlar. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının subyektiv hüququnun olması yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq hüququnun olması ilə bağlı sübyektiv hüququnun olması təqdim edilmiş sənədlər əsasında müəyyən edilmir. Beləki iddiaçı ona ayrılmış torpaq sahəsi barədə cavabdeh bələdiyyə tərəfindən mübahisələndirilən qərar verildiyini iddia edir. Lakin həmin torpaq sahələrinin eyni olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı torpaq sahəsi üzərindəki evin onun oğluna aid olduğunu bildirir. Lakin bununlada bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən Abşeron rayonu, Masazır Bələdiyyəsinin 03.05.2004-cü il tarixli, 28 nömrəli qərarı ilə X3 torpaq sahəsinə dair çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surətlərinin verilməsi ilə bağlı sorğu edilmiş, İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi bununla əlaqədar bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.10,2011-ci il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, həmin torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş 23.02.2016-cı il tarixli, 4Ə-315 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X28 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X22 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.03.2016-cı il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, həmin torpaq sahəsi Sumqayıt “ASAN xidmət" mərkəzinin notariat kontorunda təsdiq edilmiş 22.02.2019-cı il tarixli, 4Ə-645 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28.02.2019-cu il tarixdə **********01 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, həmin torpaq sahəsi üzərinə Abşeron rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli 2(012)-1907/2019 nömrəli qərardadına əsasən qadağa qoyulmuşdur. Həmçinin üzərində müvəqqəti nəzarət var. Sorğuda qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri Sizə göndərilir. Eyni zamanda həmin ərazidə iddiaçının adına torpaq sahəsinin və evin olması ilə əlaqədar müvafiq sorğu edilmiş və cavab olaraq bildirilmişdir ki, sorğuda qeyd olunan torpaq sahəsinin hüquqi rejimi və həmin torpaq sahəsinə dair arxiv sənədlərin təsdiq olunmuş surətinin verilməsi ilə bağlı Sumqayıt inzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0992 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.10.2011-ci ıl tarixdə **********00 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Masazır bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə 03.05.2004-cü il tarixli 28 nömrəli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 09.09.2011-ci il tarixli A№367286 torpaq sahəsinin planı və ölçüsü: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 22.08.2011-ci il tarixli 2079/11 nömrəli bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı əsasında) alınmışdır. Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X55 tərəfindən təsdiq edilmiş 28 03.2019-cıı il tarixli 4Ə-375 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsi X15 adına özgənınkiləşdırilmişdır. 02.04.2019-cu il tarixdə sözügedən torpaq sahəsi üzərində X15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət' reyestrində ********** qeydiyyat və **********00 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3464/2019 saylı bildirişinə əsasən torpaq sahəsi üzərin müvəqqəti nəzarət qoyulmuşdur. Nəzərinizə çatdırırıq kı, sorğuya əlavə edilmiş 37096 reyestr nömrəli qeydiyyat vəsiqəsinin mövcudluğu barəsində arxiv əsaslarında və reyestr kitabında məlumat aşkar edilməmişdir. **********00 reyestr nömrəli torpaq sahəsinə dair sənədlərin təsdiq olunmuş surətlərini. Sizə göndəririk. Yuxarıda qeyd edilən sənədlər ilə müəyyən edilir ki, iddiaçının və üçüncü şəxsə eyni bələdiyyənin eyni tarixli qərarı əsasında ayrılmış torpaq sahələri hazırda digər şəxslərin mülkiyyətindədir. Eyni zamanda qeyd edilən sorğu əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşayış evinin mülkiyyət sənədi olduğunu iddia etdiyi 37096 reyestr nömrəli qeydiyyat vəsiqəsinin mövcudluğu barəsində arxiv əsaslarında və reyestr kitabında məlumat aşkar edilməmişdir. Beləliklə təqdim edilən sənədlər əsasında iddiaçının hazırkı iddia ilə bağlı sübyektiv hüququnun olması müəyyən edilmir. İş materiallarından görsənir ki, iddiaçı ilə üçüncü şəxsin tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Eyni zamanda hazırkı mübahisənin predmeti olan torpaq sahəsi ilə əlaqəli məhkəmə mübahisələri olmuş, iddiaçının müvafiq hüquqlarının olması müəyyən edilməmişdir. Beləki hazırkı iş üzrə iddiaçının arvadı olmuş X42 cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin X20 ayrılması barədə cavabdehin 03.05.2004-cü il tarixli 28 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-134/2020 nömrəli 17.09.2020ci il tarixli qərarında qeyd edilmişdir ki, qaldırılmış iddianın mahiyyətindən görünür ki, iddiaçı, inzibati orqan olan bələdiyyənin qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edirlər. Həmin qərar isə torpaq sahəsinin hazırki iş üzrə üçüncü şəxsə satılması barədədir. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarı ləğv etmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır kəndində 0,10 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 16,4 kv.m, köməkçi sahəsi 10 kv m olan yaşayış evi 2005-ci ilin mart ayında onun azyaşlı oğlu X6 adına qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, Abşeron rayonu Masazır bələdiyyəsi 03.05.2004-cü il tarixdə 28 nömrəli qərarı ilə oğlunun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi onun ögey qaynanası X16 adına qanunsuz əsaslarla ayrılmışdır. Deməli, iddiaçı mübahisəsi gedən torpaq sahəsində oğlunun mülkiyyətində olan evin yerləşdiyini əsas gətirərək, həmin torpağın qaynanasına satılmasına dair bələdiyyə qərarının qanuniliyini mübahisələndirmişdir. İddiaçı tələbinin əsasını təşkil edən hüquqmüəyyənedici sənəd kimi həmin yaşayış sahəsinə dair tərtib olunmuş Qeydiyyat vəsiqəsini təqdim etmişdir. İş materiallarında olan Abşeron rayonu X18, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndi küçəsində yerləşən yaşayış sahəsi 16,4 m2 , köməkçi sahəsi 10,0 m2 olan bir otaqdan ibarət yaşayış sahəsi İsmayılov MirTofiq İbrahim oğlunun adına mülkiyyət hüququ əsasında Abşeron rayon Masazır Bələdiyyə sədrinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alınmışdır. Qeydiyyat vəsiqəsindən göründüyü kimi yaşayış sahəsi İsmayılov MirTofiq İbrahim oğlunun adına Abşeron rayon Masazır Bələdiyyəsinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alınmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi ƏMDK-nin yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinə sorğu verərək Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində yerləşən 26.4 kv.m yaşayış sahəsinə dair X6 adına qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərin surətinin verilməsini xahiş etmişdir. Həmin İdarə tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində yerləşən 26.4 kv.m yaşayış sahəsinə dair X6 adına qeydiyyat vəsiqəsi arxivdə aşkar olunmadığı üçün sənədlərin surətlərinin göndərilməsi qeyri-mümkündür. (İ cild, i.v.91) Qeydiyyat vəsiqəsində evin Abşeron rayon Masazır Bələdiyyə sədrinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı əsasında qeydə alındığı göstərildiyindən məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Dövlət Arxivinə sorğu verilərək Abşeron rayon Masazır Bələdiyyəsinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamının və sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim olunması xahiş edilmişdir. Abşeron Rayon Dövlət Arxivi məhkəmənin sorğusuna cavab olaraq 16 sentyabr 2020-ci il tarixli məktubunda bildirmişdir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin 06 avqust 2004-cü il tarixli, 28 saylı qərarı Abşeron Rayon Dövlət Arxivində aşkar edilmədi. Masazır Bələdiyyəsinin 28 saylı qərarı 17 may 2004-cü il tarixdə verilmişdir. Həmin qərar sorğuya cavaba əlavə edilmişdir. X9 2004-cü il qərarlarında X17 ilə bağlı heç bir məlumat yoxdur. Sorğuya əlavə edilmiş Masazır Bələdiyyəsinin 28 saylı qərarından görünür ki,həmin qərar 17 may 2004-cü ildə Məmmədova (Salahova) Dilarə Aslan qızına torpaq sahəsinin satılması barədədir. Beləliklə də müəyyən olunur ki, iddiaçı, hazırki iddianı oğlunun adına qeydə alınmış evin yerləşdiyi torpaq sahəsinin qaynanasına satıldığı üçün qaldırmış və iddiası ilə bağlı hüquqmüəyyənedici sənəd kimi həmin evə dair tərtib olunmuş Qeydiyyat vəsiqəsini təqdim etmişdir. Lakin həmin Qeydiyyat vəsiqəsi nə ƏMDK-nin yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinin arxivində aşkar edilmiş, nə də qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Abşeron rayon Masazır Bələdiyyəsinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı Abşeron Rayon Dövlət Arxivində tapılmışdır. Arxivdən verilən məlumata görə Masazır Bələdiyyəsinin 28 saylı qərarı başqa tarixdə başqa adamın adına qəbul olunmuşdur və Masazır Bələdiyyəsinin 2004-cü il qərarlarında X17 ilə bağlı heç bir məlumat yoxdur. Kollegiya bir məqama da münasibət bildirir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X17 21 oktyabr 2003-cü il tarixdə doğulmuşdur. 2004-cü ildə, yəni qeydiyyat vəsiqəsində qeyd edildiyi kimi Abşeron rayon Masazır Bələdiyyəsinin 06 avqust 2004-cü il tarixli, 28 saylı sərəncamı verilərkən X6 1 yaşı olmuşdur. Mülki qanunvericiliyə görə isə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o,yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyətiyoxdur. (28.2.; 28.3.)Beləliklə hazırki iddia iddiaçının azyaşlı oğlunun mülkiyyət hüququnun müdafiəsi naminə qaldırılmış olsa da, iddiaçı həqiqətən də oğlunun adına qeydə alınmış evin X16 adına ayrılmış torpaq sahəsində tikilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilədə öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar