Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1273/2020 06.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, İbrahimov Vüsal Eldar oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdehnə qarşı üçüncü şəxsBəşirov İsrafil Əzizulla oğlu olmaqla “Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi və həmin ərazidə yerləşən 300 kv m torpaq sahəsi ilə bağlı müvafiq rəyin, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi və torpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında yoxlayaraq,məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Sumqayıt bələdiyyəsi Cavabdehnə qarşı üçüncü şəxsBəşirov İsrafil Əzizulla oğlu olmaqla “Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi və həmin ərazidə yerləşən 300 kv m torpaq sahəsi ilə bağlı müvafiq rəyin, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi və torpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı Sumqayıt bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsininin geri qaytarılmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia ərizəsininin geri qaytarılmaqla iş üzrə icraata xitam verilməsinə dair ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçıSumqayıt bələdiyyəsinin Cavabdehnə qarşı üçüncü şəxsBəşirov İsrafil Əzizulla oğlu olmaqla “Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi və həmin ərazidə yerləşən 300 kv m torpaq sahəsi ilə bağlı müvafiq rəyin, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi və torpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1273/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1273/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver