Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1274/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ cavabdehin üzərinə ata adının əmisinin adından çıxarılaraq öz atası X9 adı qeyd olunması öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X10 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “İddiaçı xx.xx.1957-ci ildə Qubadlı rayonu, Göyərcik kəndində anadan olmuşam. Hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayıram. Ailəmizdə 3 uşaq olmuşuq- Mən- İddiaçı, qardaşım 1958-ci il təvəllüdlü X2 və bacım xx.xx.1963- cü il təvəllüdlü X6. X1 1965-ci ildə rəhmətə getmişdir. Bu səbəbdən biz atam- X7 himayəsində qalmışıq. Atam isə 1971-ci ildə rəhmətə getmişdir. Atamın vəfatından sonra biz - İddiaçı , X2 və X6 valideyn himayəsindən məhrum olmuşuq. Biz dövlət tərəfindən əmim- X5 himayəsinə verilmişik. Bu barədə 25 dekabr 1973-cü il tarixdə Cavabdehndə 06 saylı övladlığa götürmə haqqında akt qeydi tərtib olunmuşdur. Övladlığa götürüldükdən sonra yuxarıda bizim ata adımız dəyişdirilərək əmimin adı qeyd olunmuşdur. Əmim bizi himayəyə götürən zaman atamızın adının əvəzinə öz adının verilməsinə razılıq verməmişdir. Sənəddə isə ata adları dəyişdirilərək əmimin adı qeyd olunub. Mənim şəxsiyyət vəsiqəmi dəyişdirərkən mənim atamın adı hissəsində əmimin adı qeyd olunduğu üçün mənə problem yaranmışdı. Bunula bağlı Cavabdehnə müraciət etmiş, lakin onlardan isə xx.xx.2022-ci il tarixli 05/Q-369/15 saylı imtina cavabı gəlmişdir. İmtina cavabı aşağıdakı kimidir: Sizin Cavabdeh tərəfindən tərtib edilmiş 6 saylı xx.xx.1973-cü il tarixli övladlığa götürmə haqqında akt qeydinin ləğvi ilə əlaqədar şöbəyə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 iştirak etmiş, izahatında bildirmişdir ki, qardaşı rəhmətə gedəndə 3 uşaqları qalmışdır. Uşaqlar onun himayəsinə verilmişdir. İcra nümayəndəsi uşaqların vəziyyətini maraqlanırdı.Uşaqların ata adın dəyişdirilməsinə razılıq verməmişdir. Uşaqlara onsuzda onlar baxmışdır. İndi sənədlərdə problem yaranıb. İddiaya etirazı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, ata adının əmisinin adından çıxarılaraq, öz atası “X9” olaraq qeyd olunmasını istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası öldükdən sonra onun əmisi X10 tərəfindən övladlığa götürülməsi 6 saylı xx.xx.1973-cü il tarixli övladlığa götürmə haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində ata adı dəyişilməmiş, lakin övladlığa götürmə haqqında akt qeydi ilə uyğunsuzluq olduğu üçün iddiaçı elektron qaydada müraciətləri zamanı problemlərlə qarşılaşmışdır. İddiaçı niyyəti övladlığa götürmənin və bununla bağlı akt qeydinin ləğv edilməsinə yönəlmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etməli olduğu halda, cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, övladlığa götürmə iddiaçı ilə üçüncü şəxs arasında olan ailə hüquq münasibətlərinin müəyyən olunması baxımından mülki məhkəmə icraatı qaydasında ləğv edilə bilər və bunun əsasındada müvafiq qeyd inzibati orqan tərəfindən aparılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqnın övladlığa götürmənin ləğv edilməsi səlahiyyəti olmadığına görə iddia mümkün hesab edilə bilməz. İddiaçıya izah edilsin ki, müvafiq umumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-1274/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1274/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver