Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1276/2022 24.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ona məxsus 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona məxsus 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 26 fevral 2021-ci il tarixli, **********83 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Abşeron rayon Mehdiabad Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı Fərdi yaşayış evi tikmək üçün 2006-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Mehdiabad Bələdiyyəsindən alqı-saqı yolu ilə 0,06 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə müvafiq orqana, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron idarəsinə, cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********83 saylı “Bildiriş” lə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki,
1. Aparılan araşdırma zamanı Mehdiabad Bələdiyyəsi tərəfindən 0,06 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixdə, 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 04 aprel 2018-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizəsinə əlavə edilmədiyi müəyyən edilməmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvaiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir.
2. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafıq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Cavabdehin imtinası əsasız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçı 2005-ci il iyun ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ərizə ilə müvafiq bələdiyyə orqanına müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, "Torpaq İslahatı haqqında”, “Torpaq Bazarı haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 qərarına müvafiq olaraq Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 27 may 2006-cı il tarixli 07 saylı qərarı ilə ona Abşeron rayonu X1 Fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi ev tikmək məqsədilə 0,06 hektar torpaq sahəsi satılmışdır. Torpağın dəyərini Mehdiabad Bələdiyyəsinin xüsusi hesabına ödəmişdir (ödəniş qəbzini işə əlavə etmişdir). Alqı-satqı predmeti olan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində "Torpaqların alqı-satqısına dair" Akt tərtib edilmişdir, Həmin Akta əsasən 600 kv.m torpaq sahəsi ölçülərək ona ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş, nişangahlar qoyularaq təhvil verilmiş və cizgi planı müəyyən edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsini həmin dövr üçün qüvvədə olan qanunlara uyğun olaraq, alqı-satqı yolu ilə almışdır. Cavabdehin imtinasına əsas olmuş ”0.06 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixdə, 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 04 aprel 2018-ci il tarixdə verilməsi’’nə dair dəlilinə gəlincə bildirir ki, 2018-ci ildə həmin torpaq sahəsinin özəlləşdirmək məqsədilə sənədləri toplamış, eyni zamanda Mehdİabad Bələdiyyəsinə ərizə ilə müraciət edərək torpaqların alqı-satqısına dair Aktı almışdır. Həmin Aktda da göstərildiyi kimi mübahisəli torpaq sahəsi ona 2018-ci ildə deyil, 27 may 2006-cı ildə Abşeron rayon Mehdİabad Bələdiyyəsinin 07 saylı Qərarı İlə satılmışdır. Lakin həmin vaxt müəyyən subyektiv səbəblərdən sənədləri aidiyyatı üzrə, özəlləşdirmək üçün təqdim etməmişdir. Həmin dəlillə bağlı onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin Mehdİabad Bələdiyyəsinin Sədrinin 20 levimi 2006-cı il tarixli, A/33 saylı məktubuna cavabda onunla eyni zamanda Mehdİabad Bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarından alqı-satqı yolu ilə torpaq əldə etmiş vətəndaşların siyahısı göstərilmişdir. Həmin siyahıda adını ikinci səhifənin on üçüncü sırasında yerləşdirilmişdir. Siyahıda gösərilənlərin əksəriyyəti aldıqları torpaq sahələrinə dair mülkiyyət hüququ əldə etmişlər. İnzibati İcraat Haqqında Qanunun 12.1-ci maddəsinin tələblərinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin qanununun 12.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdehin icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilməməsinə dair dəlilinə gəlincə təqdim etdiyim "Abşeron Rayonu Mediahad Bələdiyуəsinin уerquruluşu planından çıxarışdan göründüyü kimi alınmış torpaq sahəsinin cizgi planının çəkilməsi və torpağın satılması Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmışdır. Cavabdehin ərizənin təmin edilməsinə görə göstərdiyi digər dəlil isə ondan ibarətdir ki, Abşeron Rayonu Mediahad Bələdiyəsinin уerquruluşu planından Çıxarış qanuna müvafiq qaydada (ləğv edilmiş Dİ və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmişdir. Cavabdehin bu dəlili də əsassızdır ona görə ki, ləğv edilmiş DT və XK-nm Abşeron rayon şöbəsinin iştirakı və razılığı ilə torpağın təhvil verilməsinə dair Akt tərtib edilmiş və yeni sahibinə təhvil verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 02 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Mehdiabad Bələdiyyəsi tərəfindən iddiaçıya 0.06 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixdə, 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 04 aprel 2018-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eləcə də, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 02 fevral 2021-ci il tarixli müraciətinə imtina bildirişi 26 fevral 2021-ci il tarixində verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Abşeron rayon Mehdiabad Bələdiyyəsi məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, “ Mehdiabad Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması vətəndaşların xahişi əsasında həyata keçirilir, hərbir qərar kollegial qaydada qəbul edildiyindən, iclas protokolunda vətəndaşın adı və soyadı qeyd edilməklə aparılmalı, göstərilən ərazinin yüklü olub-olmamasına dair rəy alınmaqla vətəndaşla Bələdiyyə arasında alqı-satqı prosesi həyata keçirilməsi üçün qərar qəbul edilir, vətəndaş tərəfindən müəyyən edilmiş məbləğ bələdiyyənin büdcəsinə ödənildikdə, protokolda qeyd edilən torpaq sahəsi bələdiyyə qərarına əsasən vətəndaşın mülkiyyətinə verilir.” İddiaçı mülkiyyətində 0.06 ha torpaq sahəsi mövcudur, torpaq vergisi tərəfindən ödənilmişdir. Ona görədə gələcəkdə toplanmış sənədlərə hüquqi qiymət verilməklə qanuna müvafiq tədbir görülməsi məhkəmənin mülahizəsinə əsasən müəyyən edilməklə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ona məxsus 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Aparılan araşdırma zamanı Mehdiabad Bələdiyyəsi tərəfindən iddiaçıya 0.06 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixdə, 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 04 aprel 2018-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir və qeyd edir ki, Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 27 may 2006-cı il tarixli 07 saylı qərarı ilə vətəndaşların mənzil şəraitini ödəmək məqsədilə qəsəbənin perspektiv inkişafı üçün ayrılmış Bələdiyyəyə məxsus olan Binəqədi-Novxanı Şossesinin sağ hissəsində “Siyanşor” istiqamətində olan ərazidən İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. 34 saylı, 04 avqust 2006-cı il tarixli qəbzdən görünür ki, sözügedən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Torpaqların alqı-satqısına dair akt 04 aprel 2018-ci il tarixdə tərtib edilməklə 10 №li qeydə alınmış, Abşeron rayon Mehdiabad Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Sözügedən torpaq sahəsinin yerquruluşu planından çıxarış da mövcuddur. Üçüncü şəxs Abşeron rayon Mehdiabad Bələdiyyəsi yazılı izahatında qeyd etmişdir ki, Mehdiabad Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması vətəndaşların xahişi əsasında həyata keçirilir, hərbir qərar kollegial qaydada qəbul edildiyindən, iclas protokolunda vətəndaşın adı və soyadı qeyd edilməklə aparılmalı, göstərilən ərazinin yüklü olub-olmamasına dair rəy alınmaqla vətəndaşla Bələdiyyə arasında alqı-satqı prosesi həyata keçirilməsi üçün qərar qəbul edilir, vətəndaş tərəfindən müəyyən edilmiş məbləğ bələdiyyənin büdcəsinə ödənildikdə, protokolda qeyd edilən torpaq sahəsi bələdiyyə qərarına əsasən vətəndaşın mülkiyyətinə verilir. İddiaçı mülkiyyətində 0.06 ha torpaq sahəsi mövcudur, torpaq vergisi tərəfindən ödənilmişdir. Habelə məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kəndin persektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Həmçinin müayinə aktının surəti və Ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 14 iyun 2022-ci il tarixli, **********05 saylı məktubu) Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Məhkəmə hesab edir ki, Mehdiabad Bələdiyyəsi tərəfindən iddiaçıya 0.06 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixdə, 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 04 aprel 2018-ci il tarixdə verilməsi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilməməsi səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh inzibati orqanın imtina üçün digər bir dəlili ondan ibarətdir ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyini qeyd etsə də, bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Göründüyü kimi torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, İddiaçı məxsus 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev