Məhkəmə qərarları › İş №2-1(118)-1280/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1280/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1280/2022 04.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsinə qarşı “iddiaçıya 52 yaşı tamam olduğu tarixdən yəni, xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Dəvəçi şəhər 110 saylı Texniki peşə məktəbində təhsilini və xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu dövlərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2016-cı il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanması və qərarın icra olunmasına qədər hesablanmış məbləğin iddiaçıya birdəfəlik ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsinə qarşı “iddiaçıya 52 yaşı tamam olduğu tarixdən yəni, xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Dəvəçi şəhər 110 saylı Texniki peşə məktəbində təhsilini və xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu dövlərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2016-cı il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanması və qərarın icra olunmasına qədər hesablanmış məbləğin iddiaçıya birdəfəlik ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının ərizənin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar