Məhkəmə qərarları › İş №2-1(118)-1282/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1282/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1282/2022 23.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 6-cı mikrorayon ev 11, mənzil 77-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 “əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqında xx.xx.2022-ci il tarixli, 455 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 “əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqında xx.xx.2022-ci il tarixli, 455 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏƏSMN-nin tableyində DSMF-nin X5 “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması” haqqında xx.xx.2022-cİ İl tarixli, 55 №-li qərarı ilə ailəyə təyin edilmiş, ÜDSY xx.xx.2021 -ci ildən dayandırılmışdır. Ünvanlı Dövlət Sosial Yardım müavinətinin dayandırılmasına səbəb kmi Qaydaların 4.2-ci bəndinə uyğun olaraq “Ərizə bəyannamə”də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzluğun aşkar olunması göstərilmişdir. Qərara görə artıq ödənilmiş 4841,48 manat vəsait iddiaçıdan tələb edilir. Belə ki, ünvanlı sosial yardım almaq məqsədilə cavabdehə təqdim etdiyi “Ərizə bəyannamə”də o, ailənin yaşayış yeri kimi Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən 11 saylı evin, 77-ci mənzilini göstərmişdir. Həmin evin mülkiyyətçisi Tural adlı şəxsdir. O, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. O, həmin mənzili tərk edəndən 2 gün sonra cavabdeh orqan tərəfindən monitorinq keçirilmiş və onun həmin nüvanda yaşamadığım məlum olmuşdur. O, yeni mənzil axtarmaq məcburiyyətində qalmışdır. Lakinonun ünvanlı sosial yardım almaq hüququ saxlanmışdır. Belə ki , onun ayrıca mənzili yoxdur. Nikahına xitam verilmiş və üç uşağı onun himayəsindədir. Cavabdeh tərəfındən ona münahisələndirilən qərar təqdim edilməmişdir. O, qərarın alınması üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. Lakin cavabdeh qərarı təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, X9 Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron- X15 tərəfindən xx.xx.2020-ci il tarixdən 01,06.2021-ci il tarixədək 345.82 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddiməişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin ərizə- bəyannamədə qeyd olunan ünvanda yaşamadığı aşkar edildiyi üçün X9 təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Beləliklə, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək aylar üzrə 345.82 manat olmaqla, 4841.48 manat məbləğində ünvanlı dövlət sosial yardımın artıq ödənildiyi müəyyən edilmişdir. “Ərizə bəyannamə”də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzluq aşkar olunmuş və X9 ödənilən ÜDSY xx.xx.2021-ci ildən dayandırılmışdır.X9 təyin edilmiş sosial yardım xx.xx.2021-ci il tarixdən dayandırıldığından heç bir əsas olmadan aylar üzrə 345.82 manat olmaqla cəmi 4841.48 manat məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 daxil omuş xx.xx.2022-ci il tarixli müraciətiniz tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, sizə ünvanlanmış **********9 nömrəli xx.xx.2021-ci il tarixli artıq ödənilmiş ünvanlı dövlət sosial yardımın geri ödənilməsi barədə bildiriş VEMTAS-da qeyd olunmuş faktiki yaşadığınız ünvana göndərilmişdir. - cavabdehin məktubundan görünür ki, iddiaçının ailəsinə X13 və X16 (VEMTAS) tərəfindən xx.xx.2020-ci il tarixdən 345.82 ( üç yüz qırx beş manat səksən iki qəpik ) Ünvanlı Sosial Yardım təyin olunmuşdur.Keçirilmiş monitorinq zamanı ünvanlı sosial yardımın təyin edilməsi, təyin edilməsindən imtina edilməsi Qaydalarının 4.2 ( sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 5 ( beş) iş günü müddətində məlumat verməlidir) bəndinə uyğun olaraq “Ərizə bəyannamə’’də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzluq aşkar olunmuş və təyin olunmuş ÜDSY 01,06.2021-ci ildən dayandırılmışdır. Artıq ödənilmiş 4841.48 vəsait könüllü surətdə dövlət büdcəsinə qaytarmaq tövsiyyə olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən DSMF-nin X5 tərəfindən qəbul edilmiş əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 55 nömrəli xx.xx.2022ci il tarixli qərarı 2022-ci ilin fevral ayında əldə etmiş və xx.xx.2022-ci ildə həmin qərarın ləğv edilməsinə görə məhkəmədə iddia qaldırmış və bununla da nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Cavabdeh tərəfindən qərarın iddiaçıya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadı. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş sosial yardımın ödənişi 2021-ci ilin sentyabr ayında dayandırılmışdır. Daha sonra cavabdeh təşkilat iddiaçıya ödədiyi ümumilikdə 4841,487 məbləğin geri qaytarılmasını haqqında 55 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul xx.xx.2022-ci il tarixli 55 saylı qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsi əsassız olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli 55 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 əsassız ödənilmiş ünvanlı sosial yardımın geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli, 55 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar