Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1282/2023 13.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən 68 nömrəli mənzilin özəlləşdirmə aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar ilkin olaraq məhkəməyə müraciət edib Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 68 nömrəli mənzilin özəliəşdirilmə aktını, həmin mənzilin mərhum İddiaçı2 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, buna uyğun olaraq xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışları ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 68 nömrəli mənzilin özəlləşdirmə aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 68 nömrəli mənzilin özəlləşdirilmə aktını, həmin mənzilin mərhum İddiaçı2 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, buna uyğun olaraq xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışları ləğv edilməsi barədə müraciət olunmuşdur. Cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsi **********94 saylı 14 oktyabr 2022-ci il tarixli məktubu ilə müraciətin müsbət həll edilməsindən imtina edilmiş və mövcud mübahisənin məhkəmə qaydasında həll edilməsi bildirilmişdir. Odur ki, sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət edir. Belə ki, 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli arayışda bildirilir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 68 nömrəli mənzil Sumqayıt Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 12/267 saylı order və 10 saylı-Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 202 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal- məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzil özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı2 Əzizağa oğlunun adma qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı2 Əzizağa oğlu - babası 25 mart 2018-ci ildə dünyasını dəyişib. Bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsində ölüm haqqında 22 may 2018-ci il tarixli 118 nömrəli akt qeydi tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə dövlət əmlakını ələ keçirmiş X2 iddiası təmin edilərək onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. Mənzil özəlləşdirilərkən həmin mənzildə qeydiyyatda olmuşlar və həmin mənzil istifadəsində olan yeganə yaşayış sahəsidir. Həmin mənzil sağlığında mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirilməsi barədə müraciət etməmiş mərhum İddiaçı2 Əzizağa oğlunun adına qanunsuz özəlləşdirildikdən sonra mərhumun miras aktivinə daxil edilmiş, nəticədə X3 qanunsuz yolla qeyd edilən daşınmaz əmlaka mülkiyyət hüququ əldə etmişdir. Mənzilin dövlət reyestrindən çıxarışının ləğv edilməsi ilə İddiaçı2, eləcə də İddiaçı1 dövlət mənzil fondundan yaşayış sahəsi kimi istifadə etmək hüquqları bərpa edilə bilər.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçıların nüamyəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 68 nömrəli mənzilin özəlləşdirilmə aktını, həmin mənzilin mərhum İddiaçı2 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışı, buna uyğun olaraq xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışları ləğv edilməsinə dair ərizə ilə İdarəyə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə Bununla əlaqədar olaraq İddiaçı1 bildirilmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 68 nömrəli mənzilə dair İddiaçı2 Əzizağa oğlunun adına verilmiş çıxarışın, habelə buna uyğun olaraq digər çıxarışların ləğv edilməsi ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır və işlə əlaqədar **********94 saylı 14 oktyabr 2022-ci il tarixli cavab məktubu göndərilmişdir.Sözügedən daşınmaz əmlak üzərində İddiaçı2 Əzizağa oğlunun mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır.Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddia tələbinin mümkün sayılmaması bərədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması bərədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında çox saylı məhkəmə mübahisələri olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək hazırkı işdə iddiaçıların mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1051/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış və iddiaçılar İddiaçı2, İddiaçı1 mübahisəli mənzilə istifadə hüququna xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1051/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçıların mənzilə istifadə hüquqları itirilmişdir. Belə olan halda iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqları yoxdur. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən 68 nömrəli mənzilin özəlləşdirmə aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1282/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1282/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver