Məhkəmə qərarları › İş №2-1(118)-1283/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1283/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1283/2022 15.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, XN Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, N30 b ünvanında məskunlaşan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mühairbə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə ona müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 22.08.N968-ci ildə Zəngilan şəhərində anadan olmuşdur. 29.05.N987-ci ildə hərbi xidmətə çağrılımışdır. N989-N990-cı illlərdə SSRİ Silahlı Qüvvələri sırasından təxris olunmuşdur. Ordudan təxris olunduqdan sonra Zəngilan rayon Hərbi Komissarlığına çağrılmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sürücü-mexanik kimi N №-li hərbi hissə komandirinin 26.0N.N-cü il tarixli 2N №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin 0N.02.Ncü il tarixli 26 №-li əmrində sürücü-mexanik kimi kimyəvi müdafiə tağımının şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. Yaralandıqdan sonra N №-li hərbi hissə komandirinin N8.05.N-cü il tarixli N24 №-li əmrinin N-ci taborun hərbi qulluqçusu kimi hospital və xəstəxanalarında müalicədə olaraq şəxsi heyətin tərkibindən çıxarılmaqla alayda ştatdan kənər saxlanılaraq təminatlardan istifadə edən hərbi qulluqçuların siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N992-cilin oktyabr-dekabr, N-cü ilin iyundekabr aylarının nizami hissə üzrə əmrlərində və N №-ii hərbi hissənin sentyabr-oktyabr Ncü il tarixli əsgər heyətində pul təminatının ödənilməsi cədvəlində onun xidməti və pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar edilməmişdir. Yuxarıda sadaladıqlarını Azərbaycan Respubikası Müdafəi Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxinin ona ünvanladığı 03.09.202N-ci il tarixli 4\2-564 saylı arxiv arayışında da öz əksini tapmışdır.Döyüşlərdə iştirak etsə də, bu vaxta kimi ona veteran vəsiqəsi verilməmişdir. O, veteranlıq vəsiqəsinin verilməsi üçün sənədlərlə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Naziriyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının N2.NN,202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 4/2-564 nömrəli arayışına əsasən N8.05.N-cü il tarixdən sonra xidməti barədə məlumat və hərbi biletin müvafiq səhifələrində heç bir qeydiyyat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 03 sentyabr 202N-ci il tarixli 4/2-564 nömrəli arayışına əsasən İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixdən sonra nizami hissə üzrə əmrlərində xidməti, yaralanması və ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N may N-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İş materiallarında olan : - İddiaçının adına olan НЗ №54N2230 seriyalı hərbi biletdən görünür ki, o, N987- N989-cu illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 0N.09.202N-ci il tarixli arxiv arayışından görünür ki, Zəngilan RHK-dan göndərilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 26.0N.N-cü il tarixli 2N №-li əmri ilə (əsas: §N0, sıra-N, səh-25) kimyəvi müdafiə tağımmın şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin 0N.02.N-cü il tarixli 26 №-li əmrində (əsas: §N, sıra-24, səh-30) Kimyəvi müdafiə tağımının şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin avqust N-cü ii tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə məlumat aşkar edilməmişdir. -Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 03.09.202N-ci il tarixli arxiv arayışından görünür ki,İddiaçı N989-N990-cı illərdə SSRİ Silahlı Qüvvələri sıralarından tərxis olunmuş və Zəngilan RHK-dan çağırılmış, sürücü-mexanik, sıravi İddiaçı N №~li hərbi hissə komandirinin N yanvar N-cü il tarixli 2N №-li əmrilə {əsas: § N0, sıra N, səh 25) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.N №li hərbi hissə komandirinin 0N fevral N-cü il tarixli 26 №-li əmrində sürücü-mexanik İddiaçı (əsas: § N, sıra 24, səh 30. əmrdə hərbi rütbəsi göstərilməyib) Kimyəvi müdafiə tağımının şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur.865 №-Ni hərbi hissə komandirinin N may N-cü il tarixli N24 №-li əmrində N-ci taburun hərbi qulluqçusu İddiaçı (əsas: § 4, sıra 9, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hospital və xəstəxanalarda müalicədə olan və şəxsi heyətin tərkibindən çıxarılmaqla alayda ştatdan kənar saxlanılaraq təminatlardan istifadə edən hərbi qulluqçuların siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N992-ci ii, iyun- dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissənin sentyabr-dekabr N-cü il tarixli əsgər heyətinə pul təminatının ödənüməsi cədvəllərində İddiaçı xidməti və pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı Gülməmmən oğlunun barəsində N may N-cü il tarixdən sonra hər hansı əmr aşkar edilmədiyindən və onun hərbi xidmətdən qanunauyöun şəkildə təxris edilməsi öz təsdiqini tapmadığından iddia əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar