Məhkəmə qərarları › İş №2-1(118)-1284/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1284/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1284/2020 11.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh vergi orqanına müraciət edərək xx.xx.2020-ci il tarixli ərizəsinə təcili cavab verilməsini və məlumat üçün şəxsi vərəqəsindən çıxarışın təcili olaraq ona göndərilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Bununla bağlı onun hüquqlarının pozulmasına yol verilmişdir. Həmin müraciətlə bağlı cavab xx.xx.2020-ci il tarixdə poçta verilmiş, zərfin içərisinə isə xx.xx.2020-ci il tarixli məktub qoyulmuşdur. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizəsində 2020-ci ilin l rübünə görə sadələşdirilmiş vergi hesabatını, o cümlədən DSMF-yə əvvəllər verilməli hesabatın sistemdə aşağıdakı kimi qeyd edilməsi göstərilmişdir : yanvar -0, fevral – 0, mart – 0, cımi l rüb – 04 2020-ci ilin l rübündə muzdlu işçi nəzərdə tutulmamışdır və olmayıb. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsi vergi hesabatı ilə, xx.xx.2020-ci il tarixli ərizəsi isə həmin hesabatln qəbul edilməsi və şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi aormada və yerdə vergi orqanına verməlidirlər. İddiaçı tərəfindən qanunun qeyd edilən tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada deyil, vergi orqanına ərizə ilə müraciət edilərək hesabat rəqəmlərinin sistemə işlənməsi tələb edilmişdir. Vergi Məcəlləsinin 72.7-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndəriıməsi vergi orqanının vəzifəsi kimi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq həmin ərizədə göstərilən hesabat rəqəmləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə 2020-ci ilin l rübünə görə vergi hesabatını təqdim etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək xx.xx.2020-ci il tarixli ərizəyə cavab verilməsini və şəxsi hesab vərəqindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia tələbi xx.xx.2020-ci il tarixli ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və bununla bağıı ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2.5-ci maddəsinə əsasən 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdehin iddiaçının vergi hesabatının qəbul edilməsi ilə bağlı ərizəsinə cavab verməməsinin qanunpozuntusu kimi tanınmasına dair iddia tələbi əsassızdır. Belə ki, göstərilən tələb İPM-nin 2.2.5-ci maddəsinin əhatə dairəsinə daxil deyildir və həmin tələbə mahiyyəti üzrə baxılması tərəflər üçün hər hansı hüquqi müəyyənlik yaratmayacaqdır. Bundan başqa məhkəmə qeyd edir ki, vergi qanunvericiliyində yalnız vergi hesabatında dəqiqsizliklər aşkar edildiyi halda 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə bildiriş göndərilməsi nəzərdə tutulmuşdur. Hesabatın qəbul edilməsi və şəxsi hesab vərəqinə işlənməsi barədə hər hansı məlumatın verilməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından vergi orqanı vergi ödəyicisi qarşısında belə bir öhdəlik daşımamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar