Məhkəmə qərarları › İş №2-1(118)-1285/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1285/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1285/2021 20.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil itirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 7-8-12-ci birləşmiş məhəllə, 16 saylı evdə yerləşən 17 saylı mənzilin özəlləşdirilməsi və onun üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair X1 adına verilmiş RX seriyalı, ******* saylı, 12.07.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 7-8-12-ci birləşmiş məhəllə, 16 saylı evdə yerləşən 17 saylı mənzilin özəlləşdirilməsi və onun üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair X1 adına verilmiş RX seriyalı, ******* saylı, 12.07.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini, imtinanın əsaslarının ona aydın olduğunu, ərizənin vəkil tərəfindən tərtib olunub, ona izah edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə üçüncü şəxs arasındakı mübahisənin notarial qaydada bağlanmış barışıq sazişi ilə həll edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəlləni 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, 7-8-12-ci birləşmiş məhəllə, 16 saylı evdə yerləşən 17 saylı mənzilin özəlləşdirilməsi və onun üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair X1 adına verilmiş RX seriyalı, ******* saylı, 12.07.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar