Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1287/2022 13.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixdək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi ilə əlaqədar olaraq 5 il müddətinə əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Cəbrayıl və Qubadlı istiqamətlərində vətən müharibəsində iştirak etmişdir. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəbrayıl və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cəbrayıl rayonu istiqamətində Vətən Müharibəsi zamanı ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müalicə və müayinə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 23777 nömrəli şəhadətnamə ilə təmin edilmişdir. Bu barədə səhətində olan ağırlaşmalarla bağlı ona əlillik təyin edilməsi üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə 0329003AAPDL nömrəli göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 0329003AAPDL nömrəli göndərişə əsasən iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Beləliklə, cavabdehin 0329003AAPDL nömrəli göndərişə imtinasını iddiaçı əsassız hesab edir, çünki hesab edir ki, onun səhətində olan xəstəliklər, müalicə olunduğu tibb müəssisələrinin onun barəsində müalicə vaxtı tərtib edilmiş epiqrizlər və 0329003AAPDL nömrəli göndərişdə qeyd edilmiş tibbi qeydiyyatlar əsas verir ki, ona əlillik təyin edilsin. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il 0329003AAPDL saylı tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar X4: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, emosional pozuntu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0- F62.9,F45-F45.9.F48-F48.9).” səbəbi ilə 5 il müddətinə İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə xx.xx.2022-ci il tarixdə Agentlikdə baxılmışdır. Aparılan araşdırmalar çərçivəsində, iddiaçı Agentlikdə əyani müayinə olunmuş, hazırkı vəziyyətini əks etdirən tibbi sənədlər araşdırılmışdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-cİ il 0329003AAPDL nömrəli göndərişi Q7.Ö1 2022-ci i! tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Verilmiş qərardan narazı qalan İddiaçı təkrar olaraq əyani müayinə edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23777 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər. " diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Vertebroqen lumbalqiya, remissiya mərhələsində," diaqnozla xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx-07104.2022-ci il tarixli 3225/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (postkontuzion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 27.05-xx.xx.2022-ci il tarixli 417/22 nömrəli Stasionar tibbi; kartadan Çıxarışında diaqnoz "QK87 nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom, bir neçə dəfə suiqəsd cəhdləri ilə.” kimi müəyyənləşdirilmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ – konversion pozuntu” kimi müəyyənləşdirilmişdir. Nəticədə əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verərək və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Xaçmaz rayonu, Bay-Oba kəndində anadan olmuşdur. - SX № ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 01 iyul 2019-cu ildə Xaçmaz rayon (şəhər) çağırış komissiyası tərəfindən hərbi xidmətə çağırılmış və Cəbrayıl-Qubdalı istiqamətlərində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində N №-li h/h-də qurğu komandiri – manqa komandiri vəzifəsində xidmət etmiş, 01 iyul 2021-ci ildə MN-nin xx.xx.2021-ci il tarixli 250 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - 02 dekabr 2021-ci il tarixli, 23777 №-li “xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANDİ ALİNMİŞDİR” diaqnozu təyin edilmişdir. - Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 2061 saylı “TRAVMA HAQQİNDA ARAYİŞ”ının surətindən görünür ki, N №-li hərbi hissənin qulluqçusu, əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” zamanı Cəbrayıl rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarətini almışdır. Xəsarət (yaralanma,travma,kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0329003AAPDL saylı, xx.xx.2022-ci il tarixli (Forma 088) göndərişində, “a) Əsas diqanoz Y36.4: hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr QKBT-sı. Barotravma. b) Ağırlaşma F07.2: postkontuzion sindrom emosional pozuntu. F07.0: üzvü məşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyətin davamlı dəyişkənliyi, emosional pozuntularla. c) Yanaşı xəstəlik F45.3: vegetativ sinir sisteminin somatform disfunksiyası. Vegtetativ damar distonsiyası, nevrotik təzahürlər. Vertebrogen lumbalagiyası remissiya mərhələsində.” kimi qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavab məktubu ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0329003AAPDL №-li göndərişi üzrə “diaqnozun əlillik təyin etməməsi” əsası ilə əlilliyin təyin olunmasından imtina olunmuşdur. - TQS № 027, ******* saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində müayinə olunmuşdur. Əsas xəstəlik T90.5 : QKBT qalıq əlamətləri, boro travma; Yanaşı xəstəliklər F48.0: astenonevrotik sindrom; M54.1: radikulopotiyadır və xəstəliyin başlama tarixi xx.xx.2021ci ildir. - TQS № 027, 0214758/310 saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində müayinə olunmuşdur. Əsas xəstəlik T90.5 : QKBT qalıq əlamətləri, postravmatik ensofolopatiya, qıcolma tutulmaları, kəllədaxili hipatenziya; Yanaşı xəstəliklər F48.0: astenonevrotik sindrom; M54.1: radikulopatiya, traxeit J04.1. - TQS № 027 saylı, 075863 saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində müayinə olunmuşdur. Əsas xəstəlik F07.2 üzvü (postkontugion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tüz-tüz baş verən dekompensasiyalar və kaqnistik funksiyaların enməsi ilə F06.7, S06.0. - TQS № 027 saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunmuşdur. Əsas xəstəlik: S61.7 sağ əlin iç səthinin kəsilmiş yarası; əsas xəstəliyin ağırlaşması S64.1 sağ əlin orta səthinin zədələnməsidir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X2 10 noyabr 2021-ci il tarixli, 1963 saylı “Forma № 027/U” stasionar xəstənin tibb kartasından çıxarışından görünür ki, İddiaçı F07.0 üzvü məşəli şəxsiyyət pozuntuluğu, postkontrion sindrom müşahidə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X2 xx.xx.2022-ci il tarixli, 1107 saylı “Forma № 027/U” stasionar xəstənin tibb kartasından çıxarışından görünür ki, İddiaçı “daqinoz: QKBT nəticəsində üzvü məşəli şəxsiyyət pozuntusu. Postkontevzion sindrom, bir neçə dəfə sui-qəsd cəhdləri ilə” qoyulmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi İdarəetmə Birliyi” PHŞ “Xaçmaz rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən Quba rayonlararası X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 826 saylı məktubdan görünür ki, Xaçmaz şəhəri, X.Rza küçəsi, 25 saylı evin sakini 2001-ci il təvəllüdlü İddiaçı “QKBT nəticəsində üzvü mənşəli şəxsiyyət pozuntusu. Post kontuzion sindrom. Bir neçə dəfə suiqəst cəhdetmələri ilə.” Diaqnozu ilə müayinə olunmaq üçün göndərilir. - № İ-7740 və № İ-10560 saylı Azərbaycan Respublikası medallarının surətlərindən görünür ki, İddiaçı “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1287/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. - Cavabdeh orqan Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, İddiaçı 17 iyun 2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında əyani müayinə olunmuşdur. Şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndəriş və tibbi sənədlərində qeyd edilmiş diaqnoz və ağırlaşmalar – anamnestik və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irsəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəsi ilə xx.xx.2022-ci ildən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. - xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən 0329003AAPDL saylı, xx.xx.2022-ci il tarixli Forma 088 göndərişi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş zamanı iddiaçıya əsas diqanoz olaraq Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr QKBT-sı. Barotravma diaqnozu, ağırlaşma kimi F.07.2-Postkontuzion sindrom emosional pozuntu, F.07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla diaqnozu. yanaşı xəstəliklər kimi F.45.3-Vegetativ sinir sisteminin somatofom disfunksiyası Vegetativ damar distoniyası, nevrotik təzahürlər. Vertebrogen lumbalgiyası remissiya mərhələsində diaqnozu qoyulmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının 0329003AAPDL saylı göndərişə xx.xx.2022-ci il tarixli cavabı ilə müəyyən olunur ki, iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Buna əsas kimi diaqnozun əlillik əlaməti təyin etmədiyi qeyd edilmişdir. İş məhkəmənin icraatında olarkən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Cavabdeh orqan Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanalrının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəsi ilə xx.xx.2022-ci ildən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, lakin iddiaçı bu təyinatla razı deyil, hesab edir ki, ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik müddətsiz təyin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik müddətsiz təyin edilməsi ilə bağlı tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Məhkəmə cavabdeh tərəfindən iddiaçıya 5 illik müddətə üçüncü qrup əlilliyin təyin edilməsinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0329003AAPDL nömrəli göndərişdən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən göndərişi verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 (X4 10-cu baxış) əsasən : əsas diaqnoz - Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər odlu silah növləri ilə törədilmiş zədələnmələr QKBT-sı. Barotravma. Ağırlaşmaları - XBT 10-a uyğun olaraq – F07.2 Postkontuzion emosional pozuntu; F07.0 Üzvü mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Yanaşı xəstəlikləri - XBT 10-a uyğun olaraq – F45.3 vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distoniyası, nevrotik təzhürlər. Vertebrogen lumbalgiyası remissiya mərhələsində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilmə halları qeyd edilmişdir. Həmin maddənin 2.4.4-cü bəndinə əsasən emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79) göstərişləri olan hallarda ikinci qrup əlillik müddətsiz olaraq təyin edilir. Səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına və orada qeyd edilmiş XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü maddəsinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər qeyd edilməsinə, iddiaçının iş materiaları ilə öz təsdiqini tapan uzun müddət stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozundiaqnostik müayinələrdə təsdiq olunmasına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq, iddiaçıya 5 illik müddətə üçüncü qrup əlillik təyin edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda adı qeyd olunan forma 088-də əsas diaqnoz və ağırlaşma kimi göstərilmiş Y36.4, F.07.2 və F.07.0 kodları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanalarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya 2-ci qrup müddətdiz əlillik təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0329003AAPDL nömrəli göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, kodu XBT 10-a uyğun olaraq – F45.3 kodu olan “vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damarr distoniyası, nevrotik təzhürlər” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü maddəsində ikinci qrup əlilliyin müddətsiz olaraq təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən aparılan şəhadətnamələndirmə əsasında verilmiş 02 dekabr 2021-ci il tarixli, 23777 saylı “xəstəlik haqqında şəahdətnamə”də diqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər. Vertebrogen lumbalgiya, remissiya mərhələsində, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2061 saylı “travma haqqında arayış”ın surətində N №-li hərbi hissənin qulluqçusu, əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” zamanı Cəbrayıl rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarətini alması (əsasə zədələnmələrin (yaralanmaların) qeydiyyat kitabı (xx.xx.2020), xəsarəti döyüş tapşırığını yerinə yetirərərkən alması, iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0329003AAPDL nömrəli göndərişdə iddiaçının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində XBT 10-a uyğun olaraq Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələrlə müəssisəyə müraciət etməsi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1107 saylı “Forma № 027/U”da İddiaçı “daqinoz: QKBT nəticəsində üzvü məşəli şəxsiyyət pozuntusu. Postkontevzion sindrom, bir neçə dəfə suiqəsd cəhdləri ilə” , TQS № 027 saylı, ******* saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı əsas xəstəlik T90.5 : QKBT qalıq əlamətləri, boro travma; yanaşı xəstəliklər F48.0: astenonevrotik sindrom; M54.1: radikulopotiyadır və xəstəliyin başlama tarixi xx.xx.2021-ci ildir. TQS № 027 saylı, 0214758/310 saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı əsas xəstəlik T90.5 : QKBT qalıq əlamətləri, postravmatik ensofolopatiya, qıcolma tutulmaları, kəllədaxili hipatenziya; yanaşı xəstəliklər F48.0: astenonevrotik sindrom; M54.1: radikulopatiya, traxeit J04.1; TQS № 027 saylı, 075863 saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı əsas xəstəlik F07.2 üzvü (postkontugion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tüz-tüz baş verən dekompensasiyalar və kaqnistik funksiyaların enməsi ilə F06.7, S06.0; TQS № 027 saylı “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı əsas xəstəlik: S61.7 sağ əlin iç səthinin kəsilmiş yarası; əsas xəstəliyin ağırlaşması S64.1 sağ əlin orta səthinin zədələnməsi olması qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əlilliyini təsdiq edən tibb müsəssisəsi tərəfindən verilmiş Forma 88 arayışına və orada qeyd edilmiş XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü maddəsinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (XBT 10-a uyğun olaraq F45.3) mövcuddur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik müddətsiz təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci qrup Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci qrup Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi il əlaqədar olaraq müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnın üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1287/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1287/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver