Məhkəmə qərarları › İş №2-1(118)-1287/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1287/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1287/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 dekabr 2019-cu il tarixli 14/İ-1523/12-016/11 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 dekabr 2019-cu il tarixli 14/İ-1523/12-016/11 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarının icrasına köməklik edilməsi ilə əlaqədar cavabdehə müraciətlər etmiş, lakin onun müraciətləri cavabsız qaldığından, nazirliyin hərəkətsizliyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi ilə bağlı hərəkətsizliyi mövcud olmalıdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-4548 nömrəli, xx.xx.2020-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçının müraciətinə mahiyyəti üzrə cavab vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 dekabr 2019-cu il tarixli 14/İ-1523/12-016/11 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar