Məhkəmə qərarları › İş №2-1(118)-1288/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1288/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1288/2020 18.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 6-cı mikr-n, ev 29 mənzil 35-də yaşayan), Cavabdeh X1 (DƏDRX-nin 2 saylı X4 hüquqşünas işləyən) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı X3rşı Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi üçün ayrılmış Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi üçün ayrılmış Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi üçün Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı 300 kv m həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. O, torpağın ayrılması üçün hələ 2007-ci ilin ortalarında müraciət etmişdir, bələdiyyə tərəfindən müvafiq sənədləşdirmənin aparılması ilə bağlı qərarın verilməsi 2008-ci ilin aprel ayına kimi uzanmışdır. xx.xx.2008-ci il tarixdə iddiaçı bələdiyyənin hesabına 150 manat məbləğində pulu ödəmiş və xx.xx.2008-ci il tarixdə bələdiyyə tərəfindən qərar verilmişdir. Həmin vaxtdan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. O, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə cavabdeh idarəyə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd satıldığını və xx.xx.2007-ci il tarixdən sonra verilən qərarların qüvvədən düşdüyünü bildirmişdir. Bununla bağlı o,bələdiyyəyə müraciət etdikdə ona məlum olmuşdur ki, bələdiyyə öz qərarı ilə ona torpaq sahəsinini satılmasına dair qərarı ləğv etmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayət İnzibati Məhkəməsinin qərarı ilə onun iddiası təmin edilmiş və bələdiyyənin həmin qərarı ləğv edilmişdir. İddiaçı yenidən cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan torpaq sahəsi iddiaçıya satılmışdır. Tərəflər arasında xx xxx 2008-ci il tarixdə bilavasitə alqı-satqı aktı bağlanmışdır. Torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İş materiallarında olan : - Sumqayıt bələdiyyəsinin 10 saylı xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı 300 kv m həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. - torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli aktdan görünür ki, həmin akt Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 10 saylı qərarı ilə satılmış 300 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(118)-662/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddiası təmin edilərək ona torpaq sahəsinin satılmasına dair xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarının ləğv edilməsinə dair xx xxxx 2008-ci il tarixli 14 saylı qərarı ləğv edilmişdir. - DƏDRX-nin 2 saylı X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********14 saylı məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər hüquqların qeydiyyatı üçün əsas deyildir. Belə ki, torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadan xx.xx.2008-ci il tarixli alqı-satqı aktı ilə bilavasitə satılmışdır. Bununla bağlı ona imtina bildirişi verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinin xx xxxxxxx 2008-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən bələdiyyələr 10 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edir. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının xx xxxxxxx 2008-ci il tarixli Qanunu ilə dəyişiklik edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyytətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göstərilən normaların, o cümlədən “Torpaq islahatı haqqında” Qanunun mahiyyətindən görünür ki, faktiki olaraq sözügedən torpaq sahəsi bə hazırda qüvvədədir. Belə ki, onun ləğv edilməsinə dair bələdiyyənin qərarı məhkəmə qaydasında ləğv edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qərarında torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının dəlilləri formal xarakter daşıyır və iddiaçının orpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Sumqayıt bələdiyyəsinin 10 saylı xx xxxxx 2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 10 saylı xx xxxxx 2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı X5 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar