Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-129/2020 12.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X3 nümayənədəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X2rşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X6 tərəfindən qəbul edilmiş “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx xxxxxx 2018-ci il tarixli, **********245100 saylı və xx xxxxx 2019-cu il tarixli, **********324500 saylı qərarlarının və hesablanmış 265911,29 (iki yüz altmış min doqquz yüz on bir manat 29 qəpik) manat məbləğində vergi məsuliyyətinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X3 iddia müddətinin tətbiq edilməsi haqqında vəsatəti məhkəməyə daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli **********245100 nömrəli və xx.xx.2019- cu il tarixli **********324500 nömrəli “Vergilərin hesablanması barədə” qərarların mübahisələndirmə müddətini, yəni iddia müddətini buraxmışdır. Belə ki, 3 saylı X3 xx.xx.2018-ci il tarixli **********245100 nömrəli və xx.xx.2019-cu il tarixli **********324500 nömrəli “Vergilərin hesablanması barədə” qərarları ilə iddiaçı müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə tanış olmuşdur. İddiaçı ərizəsində mübahisələndirilən qərarları xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə oxunmuş, lakin qanunverciliyin tələblərini pozaraq 30 gün keçdikdən sonra mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddia hesab olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən İPM ilə başqa qayda müəyyən edilmədiyi və İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin olunmuş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdirsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 3 saylı X3 16.11,2018-ci il tarixli **********245100 nömrəli və xx.xx.2019-cu il tarixli **********324500 nömrəli “Vergilərin hesablanması barədə” qərarların vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə təqdim (elan) edilməsinə baxmayaraq, vergi ödəyicisi mübahisələndirmə haqqında iddia verərkən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməmiş və iddia müddəti buraxılmışdır. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, izahatında bildirmişdir ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə uyğunsuzluq aşkar olunub. Bununla bağlı vergi ödəyicisinə vergi məcəlləsində nəzərdə tutulmuş müddət ərzində zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi hər hansı bir sənəd təqdim etməyib. Bu səbəbdəndə vergi ödəyicisi barəsində xx.xx.2018-ci il tatixdə və xx.xx.2019-cu il tarixlərdə kameral hesablama aparılıb. xx.xx.2018-ci il tatixli qərar xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixli qərar isə xx.xx.2019-cu il tarixdə oxunubdur. Vergi ödəyicisi tərəfindən 30 gün müddətində həmin qərarın mübahisələndirilməsi müddəti ötürülübdür. Bundan başqa 3 ay müddətində yuxarı vergi orqanına şikayət də etməyibdir. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə vəsatətin təmin edilməklə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X6 tərəfindən qəbul edilmiş “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx xxxxxx 2018-ci il tarixli, **********245100 saylı və xx xxxxx 2019-cu il tarixli, **********324500 saylı qərarlarının və hesablanmış 265911,29 (iki yüz altmış min doqquz yüz on bir manat 29 qəpik) manat məbləğində vergi məsuliyyətinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPMnin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı xx xxxxxx 2018-ci il tarixli və xx xxxxx 2019-cu il tarixli qərarlarının ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin sözügedən qərarlarından məlumatlı olmuşdur. Buna baxmayaraq o, sözügedən qərarların ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə xx xxxxxx 2019cu il tarixdə məhkəmədə iddia qaldırmış, bununla belə məhkəmə iclaslarında iştirak etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X2rşı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X6 tərəfindən qəbul edilmiş “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx xxxxxx 2018-ci il tarixli, **********245100 saylı və xx xxxxx 2019-cu il tarixli, **********324500 saylı qərarlarının və hesablanmış 265911,29 (iki yüz altmış min doqquz yüz on bir manat 29 qəpik) manat məbləğində vergi məsuliyyətinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-129/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-129/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver