Məhkəmə qərarları › İş №2-1(118)-129/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-129/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-129/2022 08.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qanunsuz olaraq 808.767,89 manat və ona hesablanmış 50 % miqdarında 404.383,50 manat maliyyə sanksiyası, cəmi 1.213.150,48 manatın iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq 808.767,89 manat və ona hesablanmış 50 % 404.383,50 manat maliyyə sanksiyası, cəmi 1.213.150,48 manatın iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 11.06.2020-ci il tarixli qərarda əls olunan 808.767,89 manat və ona hesablanmış 50 % 404.383,50 manat maliyyə sanksiyası, cəmi 1.213.150,48 manat vergilər cəmiyyətin şəxsi hesab vərəqəsinə qaytarılmalıdır. Belə ki, səyyar vergi yoxlaması hesabat dövrü qurtardıqdan 3 il sonra həyata keçirilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndəsinin məhkəməiclasında iştiralını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikas İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayənəsi X2 izah etdi ki, iddiaçı MMX 2 saylı Ərazi Verilər Baş İdarəsində qeydiyyatda olduğundan Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçıya münasibətdə hər hansı qərarın qəbul edilməsi və ya şəxsi hesab vərəqəsinə müdaxilənin edilməsi mümkün deyildir. Bundan başqa iddiaçının istinad etdiyi 29.12.2019cu il tarixli **********195520 və 11.06.2020-ci il tarixli **********137139 nömrəli qərarlar 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Odur ki, iddia tələbinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi Dövlət Vergi Xidmətinin 29.12.2020-ci il tarixli **********195520 saylı qərarı ilə keçirilmiş yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3, 83.3-cü və 85.4-cü maddələrinin tələblərinin pozulması nəticəsində cəmiyyətdə 3 ildən artıq yoxlama aparmaqla mal-material üçün hesablanmış 808.767,89 manat və 404.383,50 manat maliiyə sanksiyas, cəmi 1.213.150,48 manatın cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədədir. Məhkəmə araşdırması zamanı müəyyən edidli ki, iddiaçının istinad etdiyi 29.12.2019-ci il tarixli **********195520 saylı qərar 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərardır. Həmin qərar əsasında keçirilmiş yoxlamanın nəticəsi üzrə səyyar vergi yoxlaması aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” 11.06.2020-ci il tarixli **********137139 nömrəli qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qanunsuz olaraq 808.767,89 manat və ona hesablanmış 50 % 404.383,50 manat maliyyə sanksiyası, cəmi 1.213.150,48 manatın iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qanunsuz olaraq 808.767,89 manat və ona hesablanmış 50 % 404.383,50 manat maliyyə sanksiyası, cəmi 1.213.150,48 manatın iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar