Məhkəmə qərarları › İş №2-1(118)-1290/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1290/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1290/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndələri Vəkil və X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçındə avqust 2018- ci il tarixdən oktyabr 2021-ci il tarixə kimi olan dövr üzrə tərtib edilmiş xx.xx.2022-cİ il tarixli **********154805 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi və həmin akta əsaşən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’ **********166321 nömrəli qərarın ləğv edilməsi barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçındə avqust 2018-ci il tarixdən oktyabr 2021ci il tarixə kimi olan dövr üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********54805 saylı səyyar vergi yoxlaması aktında hesablanmış 649914,30 manat ƏDV məbləği və həmin məbləğə tətbiq edilən 324957,20 manat maliyyə sanksiyası, 3,49 manat məbləğində mənfəət vergisi və həmin məbləğə tətbiq edilən 1,75 manat maliyyə sanksiyasına dair tərtib edilmiş aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçındə avqust 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixə kimi olan dövr üzrə tərtib edilmiş xx.xx.2022-cİ il tarixli **********154805 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi və həmin akta əsaşən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********166321 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-da cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149845 saylı qərarına əsasən “Səyyar vergi yoxlaması” keçirmiş, səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli **********154805 saylı akt tərtib edilmiş, tərtib edilmiş akt vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, qanunsuz olaraq vergi hesablanıldığından və qeyd edilən aktdakı məlumatların Vergi Məcəlləsinin müvafiq maddələrinə zidd olaraq hesablandığından ləğv edilməlidir. Yoxlama ilə əsassız olaraq MTK tərəfindən ƏDV üzrə 649914,39 manat azaldılma müəyyən edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş aktda MTK-ya ƏDV üzrə 649914,39 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 325461,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. xx.xx.2021-ci il tarixdə başlamalı və xx.xx.2021-ci il tarixə başa çatmalı olan səyyar vergi yoxlama xx.xx.2021-ci il tarixə kimi uzadılmış, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla uzadılmış, xx.xx.2021- ci il tarixə kimi başa çatmalı olan yoxlama, xx.xx.2021-ci il tarixli qərara əsasən isə xx.xx.2022-ci il tarixədək olan müddətə müvəqqəti dayandırlmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 16 gün sonra qəbul edilmişdir ki, bununla da yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir, qeyd edilən qərarlar barədə səyyar vergi yoxlaması aktında qeyd aparılmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə əlavə vaxt tələb olunduğu üçün vergi yoxlaması artırılmış, yoxlama qərara əsasən xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 16 gün sonra, xx.xx.2021 -cİ il tarixli qərarla yoxlama xx.xx.2022-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Belə olan halda, vergi orqanının əlavə vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Çünki səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərarda səyyar vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Bu həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı itdə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin müddəalarından irəli gəlir. Qeyd olunmaldır ki, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211643801 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixdə başlasa da, yoxlama müddəti 10 dəfə dayandırılmış (təxirə salınmışdır) və yalnız yoxlamanın başlanmasından 1 il bir ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022- ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlamanın keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı MTK-nın yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən ümumiyyətlə xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış edilməmiş, MTK-ya onun Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra MTK-ya onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir ki, bununla da iddiaçının hüquqları məhdudlaşdırımış və vergi organı tərəfindən kobud ganun pozuntusuna yol verilmişdir. Bundan başqa, ekspertizanı aparan “Azərekspertiza” Birliyinin ekspertinin xüsusi biliyinin olmasını təsdiq edən müvafiq sənədlər, ekspertiza ilə bağlanmış müqavilə və “Azərekspertiza” Birliyinin inşa edilən binanın ümumi və satışa yararlı sahəsinin müəyyənləşdirilməsi fəaliyyəti sahəsində ekspertiza aparmaq səlahiyyətinin olmasını təsdiq edən sənədlər nə ekspert rəyinə əlavə edilmiş, nə də ki MTK-ya yoxlama zamanı təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 21 oktyabr 2022-ci il tarixli **********154805 saylı “Səyyar vergi yoxlaması” aktı ilə büdcəyə ƏDV üzrə 649914,39 manat əlavə vəsait hesablamış və Azərbaycan Respublikası Vergi Məcələssinin 58.1-ci maddəsinə əsasən 324957,20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması vergilərin hesablanması üçün zəruri olan sənədlər (o cümlədən götürülmüş alqı-satqı müqavilələri və sair sənədlər) əsasında aparılmışdır. MTK tərəfindən təməl qoyma İİ rüb 2014-cü ilədək olmuşdur. Tikintinin ümumi yaşayış sahəsi 10537,71 kv m və 120 mənzildən ibarət olmuş, lakin “Səyyar vergi yoxlaması” aktında 144 mənzil, 11475 kv m sahədən ibarət olduğu göstərilmişdir. “Azərişıq” tərəfindən 127 sayğac quraşdırılmışdır. Quraşdırılan 127 sayğacdan 120 sayğac yaşayış mənzillərində, digər 7 sayğac qeyri-yaşayış sahələrində quraşdırılmışdır. Bu mənzillərdən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə MTK tərəfindən heç bir mənzil satılmamışdır. Ötən dövr üzrə yoxlama ilə əhatə olunan sahə 4000 kv m təşkil etmişdir. Beləliklə, VM-nin 67.16-cı maddəsinə əsasən 2021-ci ilin iyul ayı üçün mənzillər üzrə 7475 kv/m üzrə 569,83 manat=4259487,90 manat, ƏDV ilə, ƏDV- 649752,39 manat hesablanmış, əlavə hesablanmış məbləğə 324957,20 manat m/s tətbiq edilmişdir. MTK tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi avqust 2018-ci il tarixdən iyul 2021-cİ il tarixə kimi faktiki olaraq hər hansı bir mənzil satışı olmamışdır. Lakin vergi orqanı tərəfindən qanunsuz olaraq xx.xx.2018-ci il tarixə kimi satılmış 7475 kv m sahəyə 649752.39 manat ƏDV hesabanmışdır. Cavabdeh iddiaçı MTK barəsində vergi borcunu müəyyən edərkən inşa edilmişş bina üzrə 7475 kv m yaşayış sahələırini əsas görürmüş, həmin sahələrin hər kvadrat metrinə müqavilədə olan qiymətləri tətbiq edərək 649752.39 manat məbləğində ƏDV hesablamışdır. Bundan başqa vergi orqanı səyyar vergi yoxlamasının başlanması, yoxlama müddətinin uzadılması qərarlarından göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin və məhkəmə praktikasının tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparmışdır. Növbəti pozuntu isə Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri ilə bağlı olmuşdur. Belə ki, vergi orqanı tərəfindən MTK-ya 3 il müddət keçdikdən sonra vergi hesablamışdır. Hazırki səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 22 sentyabr 2021-ci il tarixdə, yəni yeni qanunvericilikdən sonra qəbul edildiyini nəzərə alaraq hazırki yoxlama üzrə də əlavə vergi öhdəliklərinini yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsindən asılı olmayaraq yoxlamanın keçirilməsi haqqında 22 sentyabr 2021-ci il tarixdən əvvəlki 3 illik müddət ərzində vergilərin hesablanamsı həyata keçirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul ediilməsini xahiş etdilər. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********149845 nömrəli qərarına əsasən iddiaçı MTK-da xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vergi dövrü əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və xx.xx.2021-ci il tarixli **********149969 saylı tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Lakin vergi yoxlamasının keçirilməsi üçün sənədlər heç bir əsaslı səbəblər göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina edilməsi faktı vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2021 -ci il tarixli aktla rəsmiləşdirilmiş və bir nüsxəsi xx.xx.2021 tarixli məktubla vergi ödəyicisinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 602.4 maddəsinə əsasən xx.xx.2021 -ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Vergi Cinayətlərinin İbtidadi Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********4505 nömrəli Qərarla "xxxx" MTK-nın fəaliyyət göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi ünvanında operativ vergi nəzarəti həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********4527 nömrəli Qərara əsasən İddiaçı MTK-ya məxsus müqavilə, akt, rəylər, elektron fayllar qablaşdırılaraq götürülmüşdür. Götürülmüş sənədlər xx.xx.2022-ci tarixdə Vienna-A MTK-nın baş mühasibi X4 iştirakı ilə xüsusi qablaşdırılmadan açılmış və müvafiq akt ilə rəsmiləşdirilmişdir (1 ədəd yaddaş qurğusu, və xüsusi qablaşdırılmış qutu). Vergi ödəyicisinin baş mühasibi X6 xx.xx.2022-ci il tarixdə təqdim etdiyi izahatda OVN nəticəsində götürülən sənədlərin səyyar vergi yoxlaması zamanı istifadə ediləcəyi barədə etirazının olmadığını bildirmişdir. Həmin sənədlərin İddiaçı MTK-ya məxsus olduğunu təsdiq etmişdir. İddiaçı MTK-ya Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 285 saylı Sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi 12-ci km ünvanda yerləşən 0.38 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. "xxxx" MTK (VÖEN **********) tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında inşa edilən çoxmərtəbəli binaların ümumi və satışa yararlı sahəsinin müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssis rəyinin verilməsi üçün Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyininə müraciət edilmiş və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi (AVİS xx.xx.2022-ci il tarixli **********349000) alınmışdır və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********977900 saylı məktubla göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye palatası “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə (AVİS xx.xx.2022-ci il tarixli **********349000) əsasən "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında 1 ədəd 4 girişli 6+mansard mərtəbəli, 144 mənzilli binanın ümumi sahəsi - 20010.44 m2, o cümələdən zirzəminin ümumi sahəsi 2448.84 m2 (qaraja yararlı sahə - 58 ədəd avtomobil dayanacağı üçün - 1044.0 m2, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayışa yararlı sahə - 2268.34 m2, təkrarlanan mərtəbələrin sahəsi (mənzillərin) - 9562.5 m2, mansard sahəsi (yaşayışa yararlı) - 1912.5 m2, pilləkən, dəhliz, lift sahəsi isə - 3818.26 m2 müəyyənləşdirilmişdir. Beləliklə, İddiaçı MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesi ünvanında inşa edilən 1 ədəd, 4 girişli, 6+mansard mərtəbəli binanın ümumi sahəsi - 20010.44 m2, satışa yararlı sahəsi isə - 14787.34 m2 (o cümələdən zirzəminin qaraja yararlı sahəsi - 1044.0 nn2, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayışa yararlı sahə - 2268.34 m2, təkrarlanan mərtəbələrin sahəsi (mənzillərin) - 9562.5 m2, mansard sahəsi (yaşayışa yararlı) - 1912.5 m2) müəyyənləşdirilmişdir. İddiaçının 14787.34 m2 satışa yararlı sahəsindən 4000.0 m2-i əvvəlki yoxlama ilə əhatə edilmiş, qalan 10787.34 m2 sahəsinin 7475.0 m2-i hazırkı yoxlama ilə əhatə edilmişdir. Yoxlama ilə əhatə edilməyən açıq qalan satışa yararlı sahəsi isə - 3312.34 m2-dir (o cümlədən, zirzəminin qaraja yararlı sahəsi - 1044.0 m2, 1-ci mərtəbədə yerləşən qeyri- yaşayışa yararlı sahə - 2268.34 m2). İddiaçı MTK tərəfindən inşa edilmiş 1 ədəd 4 girişli binanın təməlqoyma işləri 2013-cu il İV rübdən 2014-cü ilin İİ rübünədək olmuş və həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bəyannaməsini Vergi Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi əmsal (1.8) tətbiq edilməklə vergilər hesablanmışdır. ƏDV Üzrə-Vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən xx.xx.2021- ci il tarixədək 11475.0 kv.m sahə olmaqla 144 mənzilin satıldığı müəyyən edilmişdir. Əvvəlki yoxlama ilə 4000 kv.m sahənin bağlandığını nəzərə alsaq, cari yoxlama ilə 7475.0 kv.m sahə əhatə edildi. Təqdim edilmiş müqavilələrə əsasən satılmış 7475.0 kv.m sahənin dəyəri 4259487.9 manat (ƏDV ilə) təşkil edir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən nbna tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Qeyd edilənləri nəzərə alaraq Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.8-ci maddəsinə əsasən məlumatlar təqdim edilmədiyindən 4259487.9 manat (ƏDV ilə) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilmişdir. Nəticədə ƏDV üzrə 649752.39 manat verginin (4259487.9 / 1,18 X 18%) azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisinə məxsus Abşeron rayonu Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesində yerləşən binanın qeyri yaşayış sahəsinin 130 kv m olan hissəsini “Tekno Crusher" MMC-yə (VÖEN **********) xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ƏDV-siz 550.00 manata icarəyə vermişdir. xx.xx.2018-ci il tarixdə həmin icarə müqaviləsinə dəyişiklik edilərək icarəyə verilən sahə 210 kv m, icarə müqaviləsi isə ƏDVsiz 900.00 manat müəyyən edilmişdir . Bundan başqa, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə 1250 kv m sahə ƏDV daxil 9440 manat məbləğində "xxxx" MMC-yə icarəyə verilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi orqanında olan uçot-baza məlumatlarında vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar, elektron vergi hesab fakturalar, həmçinin banklardan sorğular əsasında alınmış çıxarışlar əsasında əlavə dəyər vergisinin hesablanması vəziyyəti yoxlanıldı. Nəticədə, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən əlavə dəyər vergisinin 5751.68 manat artıq hesabladığı, 162.0 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə ümumilikdə 649914.39 manat azaldılması, 5751.68 manat artıq hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin azaldılmasına görə azaldılmış verginin 50%-i, yəni 324957.20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Mənfəət üzrə-"xxxx" MTK tərəfindən təməlqoyma işləri xx.xx.2016-cı il tarixədək aparıldığından həmin tarixə qüvvədə olan Vergi Məcəlləsinin 219.6-cı maddəsinin tələblərinə əsasən bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi bu fəaliyyəti üzrə mənfəət vergisinin ödəyicisi deyildir. Cəmiyyətin 2018-ci ildə daşınan daşınmaz əmlakın icarəyə verilməsindən gəlirləri 8 700 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri isə 19 428.65 manat olmaqla, 2018-ci ildə 10728.65 manat zərər ilə cari bəyannamə təqdim edilmişdir. Kameral vergi yoxlaması ilə 2018-ci il üzrə mənfəət vergisi bəyənnaməsində daşınan daşınmaz əmlakın icarayə verilməsindən gəlir 8700.00 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri isə 8700.00 manat olmaqla, vergiyə cəlb edilən mənfəəti müəyyən edilməmiş, həmçinin 10728.65 manat zərəri kameral qaydada azaldılmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesablarından çıxarışlar, vergi orqanın uçot-baza məlumatlarında olan elektron qaimə-fakturalar, elektron vergi hesab fakturaları məlumatlarından istifadə edilməklə cəmiyyətin 2018-ci ildə daşınmaz əmlakın icarəyə verilməsindən cəmi gəlirləri 7800.00 manat, cəmi xərcləri isə 12355.89 manat (əmək haqqı xərci 9180 manat,sosial sığorta haqları 2 693.29 manat, bank xidmətləri üzrə xərcləri 87.58 manat, sığorta xərcləri 91.02 manat, torpaq vergisi 304 manat) müəyyən edildi. Nəticədə Vergi Məcəlləsinin 104cü,108-ci,132-ci və 133-cü maddələrinə əsasən səyyar vergi yoxlaması ilə 2018-ci il üzrə 4555.89 manat zərər müəyyən edilmişdir. Cəmiyyətin vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyənnaməsinə əsasən 2019-ci ildə daşınan daşınmaz əmlakın icarəyə verilməsindən gəlirləri 32 220.00 manat, topdan satışdan gəlirləri 45 505.96 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri isə 60 086.94 manat olmaqla, 17639.02 manat mənfəətdən Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən üzrə 13229.26 manat azadolma və güzəşti və Vergi Məcəlləsinin 121-ci maddəsinə əsasən keçmiş illərin 4409.76 manat zərəri nəzərə alınmaqla cəmiyyətin mənfəəti müəyyən edilməmişdir. Kameral vergi yoxlaması ilə işlərin görülməsi xidmətlərin göstərilməsindən 12 783.97 manat, daşınan daşınmaz əmlakın icarəyə verilməsindən gəlirləri 63500 manat olmaqla ümumilikdə 76 283.97 manat gəlir müəyyən edilmişdir, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri isə 47 193.32 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 11207.65 manat olmaqla vergiyə cəlb edilən mənfəəti 17820 manat müəyyən edilmişdir ki, yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********154805 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli Qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********149845 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçındə avqust 2018-iyul 2021-ci illər üzrə növbədən kənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli vahid məlumat reyetrindən çıxarışdan görünür ki, İddiaçındə aparılacaq yoxlama Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. -xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçındən səyyar vergi yoxlaması üçün zəruri olan sənədlərin 15 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçındə növbədən kənar səyyar vergi yoxlamasının müddəti artırılmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il qərarlarından görünür ki, İddiaçındə növbədən kənar səyyar vergi yoxlamasının dayandıırlması (təxirə salınması) qərara alınmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il xx.xx.2022-ci il qərarlarından görünür ki, İddiaçındə dayandıırlmış növbədən kənar səyyar vergi yoxlamasının bərpa edilməsi qərara alınmışdır. -Ticarət və Sənaye Palatası “Azrəekspertiza” Bilriyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “VİENNA-A» MTK (VÖEN **********) tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı - Sumqayıt şossesi ünvanında inşa edilən binaların ümumi sahəsi - 20010,44m2, satışa yararlı sahəsi isə - 14787,34m2 müəyyənləşdirilmişdir. - xx.xx.2022-ci il tarixli **********154805 aktdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2018-2021-ci illər üzrə İddiaçındə səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmişdir. -xx.xx.2022-ci il tarixli **********166321 nömrəli qərardan görünür ki, vergi orqanı tərəfindən İddiaçı MTK-ya 2020-ci il üçün mənfətt vergisi üzrə 3.49 manat, 2021-ci il üçün ƏDV üzrə 551.469.80 manat, cəmi 551.473,29 manat əlavə vergi borcu və onun 50 % məbləğində 276.482.62 manat maliyyə sanksiyası hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, idida tələbinin səyyar vergi yoxlama aktının etibarsız hesab edilməsinə dair hissəsi məhkəmənin ayrıca qərardadı ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Hazırki iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********149845 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinəəsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki,növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edənhalları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki,diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan özmülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgünhəyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergiorqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətinuzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin fərdi işlər üzrə çıxardığı məhkəmə qərarlarında da yoxlamanın iş günləri ilə deyil, təqvim günləri ilə aparılmalı olması ilə bağlı hüquqi mövqe bəyan edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göstərilən Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211643801 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021, sona çatma tarixi xx.xx.2021 tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixdə başlasa da, yoxlama müddəti 10 dəfə dayandırılmış (təxirə salınmışdır), 2 dəfə uzadılmış və yalnız yoxlamanın başlanmasından 1 il 2 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Göstərilənlərdən aydın olur ki, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021ci il, göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Bundan başqa yoxlamanın müddətinin 30 gün müddətinə artırılmasına dair xx.xx.2022-ci il tarixli **********161746 saylı qərar ümumiyyətlə reyestrdə qeydə alınmamış, yoxlama müddətindən isə 20 gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Beləliklə, göstərilən məlumatların reyestrdə qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanınnəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlamaüçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında inşa edilən 1 ədəd 4 girişli, 6+1 mansard mərtəbəli binanın ümumi sahəsi – 20010.44 kv m, satışa yararlı sahəsi isə 14787.34 kv m müəyyənləşdirilmişdir. 14787,34 kv m satışa yararlı sahəsindən 4000 kv m əvvəlki yoxlama ilə əahtə edilmiş, qalan 10787,34 kv m sahəsinin 7475.0 kv m hazırki yoxlama ilə əhatə edilir. Yoxlama ilə əhatə edilməyən açıq qalan satışa yararlı sahəsi isə 3312.34 kv m, MTK tərəfindən inşa edilmiş 1 ədəd 4 girişli binanın təməlqoymaları 2013-cü ilin lV rübündən 2014-cü ilin ll rübünədək olmuş və həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bəyannaməsini Vergi Məcəlləsinin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kv m üçün 10 manat məbləğində ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ımsal (1.8) tətbiq edilməklə vergilər hesablanmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrə əsasən xx.xx.2021-ci il tarixədək 11475.0 kv m sahə olmaqla 144 mənzilin satıldığı müəyyən edilmişdir. əvvəlki yoxlama ilə 4000 kv m sahənin bağlandığınl nəzərə alaraq, cari yoxlama ilə 7475.0 kv m sahə əhatə edilmişdir. Təqdim edilmiş müqavilələrə əsasən satılmış 7475.0 kv m sahənin dəyəri 4259487.9 manat (ƏDV ilə) təşkil etdiyini və nəticədə ƏDV üzrə 649752.398 manat verginin (4259487.9 / 1.8 x 18%) azaldıldığını müəyyən etmişdir. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, hətta, qanunvericiliyin tələbləri əsasında iddiaçı tərəfindən əlavə dəyər vergisini inşa edilmiş binaların real bazar qiyməti əsasında müəyyən edilməsi mümkün olsa idi belə, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssi rəyi mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazarqiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapanqiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətininəzərə alınmasının qanuni əsasları sadalanmışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan RespublikasıQanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunanqiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunanqiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindəntənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallardaonlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklifetdiyi və satıcıya sərf edən qiymətdir. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi)əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasındahəyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinslimallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı)dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı haldahəyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, bazar qiyməti haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni,ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapanqiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2021-ci il tarixdəsəyyar vergi yoxlamasına başlamış, xx.xx.2021-ci il tarixdə isə mütəxəssis rəyinin alınması üçün müraciət etmişdir. Lakin cavabdeh buna qədər yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni parametrlərlə bina tikən, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-yaşayış və qeyri-yaşayış sahələrinin satıldığı gündən 30 gün ərzində hansı oxşar sahələrin daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Beləliklə, məhkəmə mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin əsassız olması ilə bağlı belə nəticəyə gəlir ki, mütəxəssis oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Bundan başqa, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda mürtəxəssisin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, «Azəekspertiza» Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətlədirilməməlidir. Məhkəmə zamanı cavabdeh səyyar vergi yoxlaması ilə əhatə edilən avqust 2018- iyul 2021-ci illərə aid dövrə aid mənzillərin alqı-satqısına dair müqavilələri təqdim edə bilmədi ki, bu da bir daha həmin mənzillərin yoxlama ilə əhatə edilən hesabat dövrlərində satılmasına dəlalət edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdeh vergi orqanı mənzillərin alqı-satqı əməliyyatlarından Vergi Məcəlləsinin 56.1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddəti ötürdüyü üçün həmin mənzillərə görə iddiaçıya əlavə vergi öhdəlikləri yarada bilməz və iddiaçının məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Bununla bağlı qeyd edilməlidir ki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən əgər vergi ödəyicisi hər hansı dövr üzrə vergi öhdəliklərini yerinə yetirməyibsə və bu qanun pozuntusu vergi orqanı tərəfindən aşkar edilmişdirsə, həmin vergi öhdəliklərinin yerinə yetirilməsinin aid edildiyi hesabat dövründən 3 illik müddətin axımı vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edildiyi tarixədək hesablanırdı. Başqa sözlə desək, məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Başqa sözlə desək, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2021-ci il tarixdə, yəni yeni qanunvericilikdən sonra qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsindən asılı olmayaraq yoxlamanın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixdən əvvəlki 3 illik müddət ərzində vergilərin hesablanması həyata keçirilməlidir. Çünki, məlumdur ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid ediə bilər. Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonar tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin, Məcəllənin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun tərədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 3 il müddəti keçdikdən sonra məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, bu isə yuxarıda istinad edilmiş Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Bundan başqa, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh vergi orqanı iddiaçıya yoxlamadan əvvəlki dövrlərdə satılmış mənzillərə görə Vergi Məcəlləsinin 67.16-cı maddəsini tətbiq etməklə vergiləri hesablayarkən maddi hüquqnormaların tətbiqində kobud nöqsana yol vermişdir. Belə ki, qeyd olunmalıdır ki, cavabdeh vergi orqanın istinad etdiyi 67.16-cı maddə isə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və həmin qanun yalnız 1 yanvar 2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Həmin normada isə təsbit edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Qeyd olunmalıdır ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə edilən yeni 67.16-cı maddəsi yalnız həmin tarixdən sonra olan yaşayış və qeyriyaşayış sahələrin təqdim edilməsi əməliyyatlarına tətbiq edilə bilər. İddiaçı isə 2020-ci ilin 1 yanvar tarixindən sonra hər hansı yaşayış və qeyri-yaşayış sahələri təqdim etmədiyi üçün bu barədə vergi orqanına hər hansı məlumat təqdim etməmişdir. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə görə əvvəl satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən normanı tətbiq etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə ki, qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149cumaddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh vergi orqanı maddi hüquq normaları düzgün tətbiq etməmiş, yeni normanın qüvvəyə minən tarixədək baş vermis əməliyyatlara sonradan qanunvericiliyə əlavə edilən normanı tətqbiq etməklə iddiaçını əlavə vergi yükünə məruz qoymuşdur ki, bununla da iddiaçının qanunla nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Ümumiyyətlə yeni qəbul edilən norma qəbul edildiyi tarixdən yalnız sonrakı əməliyyatlara şamil edilməsi qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğundur. İstisna hal kimi yalnız şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırıldığı təqdirdə həmin normanın geriyə şamil edilməsi məsələsinə baxıla bilər. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının satdığı mənzillərə görə ƏDV-nin tətbiq edilməsi ümumiyyətlə vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə nəzər yetirildikdə görünür ki, iddiaçı 1oktyabr 2013-cü il tarixdə inşa etdiyi binalar üzrə ümumi sahəsinə görə həmin anda qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi öhdəliyini (8 rübə bölməklə) hesablayaraq vergi orqanına hesabat verərək bəyan etmiş və ümumilikdə 8 rüb üzrə 318264 manat məbləğində MTFSV hesablamış və vaxtı çatdıqca həmin vergi öhdəliyini tam olaraq yerinə yetirmişdir. Həmin zaman vergi qanunvericiliyinə görə inşa edilən binanın tikinti-quraşdırma işləri başlandığı rübdə ümumi sahəsinə görə MTFSV və mənzillərin satışı zamanı isə ƏDV hesablanırdı. Həmin vaxtda qüvvədə olan 159.9-ci maddəsinə görə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il 1704-VQD nömrəli Qanunun keçid müddəaların 2.2-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikintiquraşdırmaişlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergiödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. Sadalanan normalardan göründüyü kimi, MTFSV ödəyicisi olmuş vergi ödəyicisinə mənzillər satılarkən ƏDV yalnız həmin vaxtda qüvvədə olmuş 159.9-cu maddəsində nəzərədə tutulmuş qaydada hesablana bilərdi. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019cu il 1704-VQD nömrəli Qanunla qanunverici bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisinə əvvəlki qaydada vergilərin ödənilməsi hüququnu vermiş və onun 1 yanvar 2020-ci il tarixdən sonra təqdim etdiyi yaşayış və qeyri-yaşayış sahələrə görə isə ƏDV və gəlir (mənfəət) vergisinin hesablanmasını qadağan etmişdir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının MTFSV ödəyicisi olmasını (MTFSV üzrə vergiləri hesablayaraq ödənilməsini) nəzərə almayaraq və vergi qanunvericiliyinin normalarını düzgün tətbiq etməyərək iddiaçıya ƏDV hesablamaqla onu əlavə vergi yükünə məruz qoymuşdur ki, bununla da kobud qanun pozntusuna yol vermişdir. Beləliklə, cavabdeh vergi orqanı iddiaçıya inşa etdiyi binalar üzrə həm MTFSV, həm də ki satılan mənzillərə görə yeni qayda ilə ƏDV-ni hesablamaqla vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Çünki, əgər iddiaçı inşa etdiyi binalar üzrə MTFSV üzrə hesabat verərək həmin vergiləri ödəmişdirsə, ona satdığı mənzillər üzrə yalnız hazırda qüvvədən düşmüş 159.9-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada ƏDV hesablana bilərdi. Məhkəmə mübahisələndirilən qərar əsasında iddiaçı barəsində hesablanmış mənfəət vergisinə və maliyyə sanksiyasına münasibətdə hesab edir ki, həmin hissədə məbləğlərin düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə prosessual pozuntulara yol verildiyindən və ən əsası aparılan yoxlama üzrə müvafiq reyestrdə zəruri qeydiyyat aparılmadığından (qərarlar əlavə olunmamış), yoxlamanın hüquqi nəticəsi olmamış, bununla da iddiaçı hüquqi nəticəsi olmayan səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş qərar üzrə hesablanmış vergi borcunu ödəməmək hüququna malikdir. Məhkəmənin qənaətinə görə, iş üzrə aparılmış araşdırma nəticəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərarı üzrə hesablanmış ƏDV və mənfəət vergisi əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı ”VİENNA-A” MTK barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli **********166321 nömrəli qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar