Məhkəmə qərarları › İş №2-1(118)-1292/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1292/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1292/2025 31.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: sülhməramlı əməliyyatlarda iştirak zamanı həlak olmuş mərhum şəxsə münasibətdə şəhid statusu ilə bağlı arayışın verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X18, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə qarşı “şəhid statusu ilə bağlı arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 yanvar 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli, 153 nömrəli əmrinin çıxarışdan görünür ki, İraq dövlətində keçirən Sülhməramlı Əməliyyatlarda iştirak edən şəxsi heyətin qismən əvəz edilməsi haqqındakı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N iyun N-ci il tarixli, 339 saylı əmrinə əsasən əsgər X19 tutduğu vəzifədən azad edilmiş, 2-ci SMQB-də göstərilən vəzifəyə təyin olunmuş, 8 iyul N-ci il tarixdən hərbi hissənin qazan təminatından çıxarılmış, 2 günlük quru yeməklə təmin olunaraq, İraq dövlətinə ezam edilmişdir.

2. N saylı hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 155 nömrəli əmrinin çıxarışdan görünür ki, X8 1-ci sülhməramlı qüvvələr bölüyünün 3-cü tağım 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi əsgər X19, Sülhməramlı Qüvvələr taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində Sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından vəfat etdiyi üçün 25 iyun N8-ci il tarixdən ezamiyyət qrafasından, şəxsi heyətin siyahısından, pul və əşya təminatından çıxarılmış, sənədləri Xaçmaz RHK-nın sərəncamına qeydiyyata alınması üçün göndərilmişdir.

3. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1 avqust N8-ci il tarixli, 210 saylı sərəncamından çıxarışdan görünür ki, Xaçmaz rayonu, Qalağan İƏV-nin İlxıçı- Məmmədxanlı kənd məktəbinə şəhid X6 adı verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xaçmaz rayon Hərbi Komissarlığının 3 noyabr 2010-cu il tarixli, 4/2190 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli, 5 mart 1999-cu il tarixli 35 nömrəli, 2 iyun N3cü il 73 nömrəli və 15 iyul N9-cu il tarixli, 107 saylı Qərarlarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olmuş və Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üçün xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissənin N saylı, N oktyabr 2010-cu il tarixli məktubunda X7 Sülhməramlı Qüvvələr bölüyü tərkibində İraq dövlətinə ezam olunmuş və 1 ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olduğu göstərilmişdir. Qanunun və qərarların tələbinə, həmçinində hərbi hissədən daxil olmuş məlumata əsasən X7 şəhid hesab edilməsinə qanuni əsas yoxdur.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 yanvar 2014-cü il tarixli, 375 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, X20 yanvar N-ci ildə Xaçmaz rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissə komandirinin N iyun N5-ci il tarixli, N4 nömrəli bildirişinə əsasən Xaçmaz rayon İlxıçı-Məmmədxanlı kənd sakini X1 Qüvvələr taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində aldığı güllə yarasından vəfat etmişdir. Bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul N9-cu il tarixli, 107 nömrəli Qərarının tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” şəhid hesab edilir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri mərhum X10 “şəhid” adının verilməsinə əsas vermir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N aprel 2014-cü il tarixli, 1320 nömrəli məktubu ilə göndərilmiş arayışdan görünür ki, hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 155 saylı əmrindən çıxarışına əsasən əsgər X19 N-ci ildə N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə çağırılmış və sonradan xidmətini davam etdirmək üçün İraq Respublikasına göndərilmiş, 25 iyun N8-ci il tarixdə orada Sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından həlak olmuşdur.

7. 11 mart 2021-ci il tarixli, AZ-İİ seriyalı, 159794 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 ölüm səbəbi 25 iyun N8-ci il tarixdə “başından güllə yarası” göstərilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24 dekabr 2021-ci il tarixli, 1/A-20984 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, zərurətlə əlaqədar R.Ağayevin ölüm şəraitinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və mərhumun xidmət etdiyi N nömrəli hərbi hissəyə sorğular göndərilmiş və müvafiq cavablar alınmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsi rəisinin 10 dekabr 2021-ci il tarixli, HP-xx/xx-12760 nömrəli məktubunda X6 ölümü ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və tabe hərbi prokurorluqlarda cinayət işinin istintaq olunmadığı və materialın araşdırılmadığı bildirilmişdir. N nömrəli hərbi hissədən daxil olmuş N noyabr 2021-ci il tarixli məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli əmrinin surətində əsgər X6 Azərbaycan Respublikası müdafiə nazirinin N iyun N-ci il tarixli müvafiq əmrinə əsasən İraq Respublikasına ezam edildiyi, N iyun N8-ci il tarixli əmrinin surətində isə əsgər R.Ağayevin İraq Respublikasında sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından vəfat etdiyi barədə məlumatlar vardır. Qeyd edilənlərdən əlavə R.Ağayevin ölüm şəraiti ilə bağlı digər məlumatlar əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, əsgər X6 ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqədə olmadığından ona “şəhid” adının verilməsi qanunvericilik tələblərinə uyğun gəlmir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 7 sentyabr 2023-cü il tarixli, 1071 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Təkilat Səfərbərlik İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş 7 yanvar N8 – 31 dekabr N8ci il tarixli “Qaytarılmaz İtkilər haqqında məlumatlar” kitabında (əsas: səh-40, sıra-1, məlumatda subay olması, atası-Seyidbala Ağayevin ünvanı: ünvan 3şin gəlməsi qeyd olunmuşdur) yazılmış “N saylı hərbi hissənin şəxsi heyətinin qaytarılmaz itginlərin (1 iyun N8-ci il tarixdən N iyun N8-ci il tarixədək) adlı siyahısında” Xaçmaz rayonunda 15 noyabr 1988-ci il tarixdə anadan olmuş, 3 yanvar N-ci il tarixdə Xaçmaz RHK-dan çağırılmış, hərbi hissənin Sülhməramlı Qüvvələr bölüyünün hərbi qulluqçusu, atmı, əsgər X6 X8 tərkibində ezamı olunduğu İraq dövlətində aldığı güllə yarasından vəfat etməsi, Xaçmaz rayonu Qoloqon-İlxıçı kənd qəbirstanlığında dəfn olunması barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissənin N-N8-ci il və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N-N8-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 23 noyabr 2024-cü il tarixli, 3-17-1/2- 285883/2024 nömrəli məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “a” bəndinə əsasən sığortaolunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi sığorta hadisəsi hesab olunur və Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11.000 manat məbləğində sığorta edilir. Bildirilir ki, "xxxx" ASC-nin Nazirliyə ünvanladığı 6 yanvar 2022-ci il tarixli, 01/01 nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən X7 vərəsəsinə (vərəsələrinə) 26 sentyabr N8-ci il tarixdə 11.000 manat məbləğində dövlət icbari şəxsi sığorta ödənişi verilmişdir.

11. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin 10 dekabr 2024-cü il tarixli, 3-43-27/2-1924/24 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N oktyabr 2010-cu il tarixli, N nömrəli məktubundan görünür ki, Xaçmaz RHK tərəfindən N-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış X20, 15 yanvar N-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N ay hərbi hissədə xidmət etdikdən sonra Sülhməramlı Əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı Qüvvələr bölüyü tərkibində İraq dövlətinə ezam olunmuş və 1 ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğunun 13 oktyabr 2010-cu il tarixli, HP-İİ/4537 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmiş və Sülhməramlı qüvvələrin taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində aldığı güllə yarasından N iyun N8-ci il tarixdə vəfat etməsi barədə Bakı Hərbi Prokurorluğunda məlumat yoxdur. - N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli, 153 nömrəli əmrindən çıxarış (§1); - N saylı hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 155 nömrəli əmrindən çıxarış (§2).

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə X16 Sülhməramlıların tərkibində xidmətini davam etdirmək üçün İraq dövlətinə göndərilən və Sülhməramlıların tərkibində bir il xidmət etdiyi zaman Sülhməramlı əməliyyatlarda iştirakı zamanı baş nahiyəsindən aldığı güllə yarasından həlak olmuş oğlu X11 şəhid statusunun verilməsi üçün müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X19 N-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çaöırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən xidmətə çağırılmış, N saylı hərbi hissədə N ay xidmət etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə beynəxalq müqaviləyə əsasən Sülhməramlıların tərkibində xidmətini davam etdirmək üçün İraq dövlətinə göndərilmiş, xidməti dövründə 25 iyun N8-ci il il tarixdə baş nahiyyəsindən aldığı güllə yarasından həlak olmuşdur. Cənazəsi dəfn olunmaq üçün kəndlərinə gətirildikdən sonra atası X15 buna dözə bilməyib həmin gündən iki tərəfli iflic olaraq, birinci qrup əlil olmuşdur. X2 dəfnində həm Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, həm X13 səfirliyinin əməkdaşları, həm Xaçmaz rayon icra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, həm də hərbçilərin iştirakı ilə Xaçmaz rayonunun İlıxçı-Məmmədxanı kənd qəbirstanlığının şəhidlər üçün ayrılmış hissəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qarnizon və qaravul xidmətləri nizamnaməsinə uyğun qaydada dəfn olunmuşdur. Kənd məktəbinə onun adı verilmiş, məktəbin giriş qapısının yaxınlığında adını göstərən lövhə qoyulmuşdur. X2 dəfn olunmasından bir neçə ay keçdikdən sonra onlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi tərəfindən lazımi sənədlər verilərək Xaçmaz rayonunda yerləşən DSMF-nin filialına getməli olduqları bildirilmişdir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanunun tələblərinə uyğun olaraq sığorta ödənişi almaq hüququ olan şəxsin vərəsələri qismində ailəyə 11.000 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Xaçmaz rayon Hərbi Komissarlığının 4-cü şöbəsinin məktubundan görünür ki, X2 döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olmuşdur. Hazırki tələblə məhkəməyə müraciət etməsində məqsədi dövlətin müstəqil xarici hərbi siyasət yeridilməsi uğrunda həlak olmuş oğlu X2 şəhid adının tanıdılmasıdır.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 1, 2, 95, 130, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Repsublikasının Qanununun 3.0.1, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

15. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə, daha sonra üçüncü şəxsə təqdim edilmişdir.

17. Məhkəmənin 5 noyabr 2024-cü il tarixli, 2-1(118)-4331/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) icraata cəlb edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

18. Cavabdeh tərəfindən etiraz daxil edilməmişdir.

Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iş üzrə etirazı

19. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində göstərilməsi hissəsini qəbul etmir. İddia ərizəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə mümkün hesab edilməməlidir. X6 hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində olduğu üçün bu iş üzrə cavabdeh Xidmətin Xaçmaz rayon şöbəsi olmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N nömrəli məktubunda qeyd edilmişdir ki, Xaçmaz RHK tərəfindən N-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış mərhum X19 15 yanvar Nci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N ay hərbi hissədə xidmət etdikdən sonra Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı Qüvvələr bölüyünün tərkibində İraq dövlətinə ezam olunmuş və bir ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olmuşdur. Həmçinin, X2 vəfatı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqədar olmadığından ona “şəhid” adının verilməsi qeyd olunan qanunvericilik aktının tələblərinə uyğun gəlmir.

21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6, 4.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust N-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-1.1, 4-1.1.1-ci yarımbəndlərinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1, 35.3-cü maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş idarəsinin nümayəndəsi mərhum qardaşı X6 dəfn mərasimində iştirak etmiş, cənab Prezidentin adından baş sağlığı vermişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, 27 yanvar 2023-cü il tarixdə Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində qətlə yetirilmiş mühafizə xidmətinin rəisi Orxan Əsgərova “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarında bu hadisə ilə bağlı heç bir maddə olmadığı halda şəhid statusu verilmişdir. Odur ki, bu kimi müxtəlif halların ölkədə baş verməsi şəhid statusunun verilməsi ilə əlaqədar müsbət vahid məhkəmə təcrübəsi yaranmışdır. Eyni zamanda, mərhum X19 dövlət tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə düşmən torpağına yardım məqsədi ilə xalqımızın nümayəndəsi olaraq göndərilmiş, dövlətin suverenliyini uğrunda həlak olmuşdur. Həmçinin, Xaçmaz rayonunda ibtidai məktəbə onun adı verilmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil olunmamışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

27. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

28. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Məhkəmənin 11 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş şahid X21 ifadəsində bildirmişdir ki, mərhum X19 ilə birlikdə hərbi hissədə olmuşdur, altı aylıq xidmət etmişdir. Barəsində qeyd etmişdir ki, o, məsuliyyətli, səliqəli, nümunəvi əsgər olub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müvafiq əmri ilə, qısa müddət xidmət etməsinə baxmayaraq, nizam-intizamı, silahla davranmaq bacarıqları nəzərə alınmaqla hərbi hissədə olan əsgərlər arasında seçilərək İraq dövlətinə göndərilmişdir. Göndərilməsindən sonra onunla əlaqə saxlamamışdır. Hərbi hissədə olaraq məlumat almışdır ki, mərhum X19 güllə yarasından vəfat etmişdir.

30. Məhkəmənin 11 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş şahid X12 öz ifadəsində bildirmişdir ki, mərhum X19 onunla birlikdə çilingər işləmiş, məsuliyyətli və bacarıqlı şəxs olmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Dəfndə komandirlər, rütbəli şəxslər, hərbi komissarlığın nümayəndələri, rayon icra başçısı iştirak etmiş, prezidentin adından baş sağlığı verilmişdir. Həmçinin, kəndlərində olan ibtidai məktəbə onun adı verilmişdir.

31. Məhkəmənin 11 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş şahid X25 ifadəsində bildrimişdir ki, ev ustası olaraq N4-cü ildə mərhum X19 ilə birgə işləmişdir. Həmçinin, dəfn mərasimində iştirak etməsini, həmin mərasimdə hərbçilər, vəzifəli şəxslər, icra hakimiyyətinin nümayəndəsinin iştiraklarını, prezident adından baş sağlığının verilməsini qeyd etmişdir. Xaçmaz rayonunda ibtidai məktəbə onun adının verilməsini, qəbiristanlıqda şəhidlər üçün nəzərə tutulan yerdə ən başda dəfn edilməsini əlavə etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

32. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

33. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

34. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

36. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; (-) - ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. (-)

M a d d ə 2 5 . Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. (-)

38. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-)

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. (-)

M a d d ə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. (-)

3. Dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə hərbi qulluqçu statusu şamil edilmir.https://eqanun.az/framework/6998 (-) M a d d ə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

M a d d ə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası

1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.

2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.

3. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlar barəsində hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən hakimiyyət nümayəndələri sayılırlar. Bu şəraitdə onlara tabe olmamaq və qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

39. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. (-)

M a d d ə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın müvafiq müddəalarında aşağıdalıar nəzərdə tutulmuşdur:

1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: (-) 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X4 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; (-)

4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X4 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X5 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X17 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X17 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

41. “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Bu Qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir. (-) Bu Qanunun müddəaları BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq silahlı hücumun dəf edilməsi məqsədi ilə Azərbaycan Respublikasının ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququnu, həmçinin beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi üçün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla hərbi sahədə əməkdaşlıq hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil surətdə müəyyən edir.

Maddə 3. Bu Qanunda istifadə edilən əsas anlayışlar 3.0. Bu Qanunda istifadə edilən əsas anlayışların mənası aşağıdakı kimidir: 3.0.1. sülhməramlı əməliyyatlar - dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən hərbi və mülki heyətin iştirakı ilə, BMT-nin Nizamnaməsinə, beynəlxalq regional təşkilatların qərarlarına uyğun olaraq, yaxud beynəlxalq regional təşkilatlar və ya müqavilələr çərçivəsində, yaxud ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr əsasında lokal və regional münaqişələrin qarşısının alınması və ya onların dayandırılması və nizamlanması məqsədi ilə həmin münaqişələrə müdaxilə üzrə sistemləşdirilmiş mütəşəkkil fəaliyyətidir. Sülhməramlı əməliyyatlar sülhün qorunması, sülhün (məcburi surətdə) bərqərar edilməsi və münaqişədən sonra sülhün bərpası (sülh quruculuğu) üzrə əməliyyatları əhatə edir; 3.0.2. sülhün qorunması üzrə əməliyyatlar - BMT Nizamnaməsinin Vİ fəslinin müddəalarına əsasən münaqişə edən tərəflərin razılığı ilə, beynəlxalq xarakter daşımayan silahlı münaqişə baş verdikdə isə ərazisində münaqişə gedən dövlətin qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan sülhməramlı əməliyyatlardır. Bu əməliyyatlar BMT-nin və ya beynəlxalq regional təşkilatların mandatına əsasən, yaxud beynəlxalq regional təşkilatlar və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində, yaxud ərazisində münaqişə gedən dövlətlə Azərbaycan Respublikasının bağladığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Sülhün qorunması üzrə əməliyyatlar, bir qayda olaraq atəşkəs, yaxud münaqişə edən tərəflər arasında zorakılıq hərəkətlərinin dayandırılması haqqında beynəlxalq müqavilə mövcud olduqda aparılır və artıq əldə olunmuş sülhün qorunmasına və möhkəmləndirilməsinə və ya gələcək münaqişələrin qarşısının alınmasına xidmət edir; (-)

Maddə 7. Sülhməramlı əməliyyatların iştirakçıları 7.1. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi heyətin tərkibinə ayrı-ayrı hərbi qulluqçular, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hüquq mühafizə orqanlarının və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə digər dövlət orqanlarının hərbi və hərbiləşdirilmiş birləşmələri (müvafiq silahlara və texnikaya, yardım və təminat vasitələrinə malik olan hissə və bölmələr) daxil edilə bilər. (-) 7.4. Sülhməramlı əməliyyatların iştirakçılarının və onların ailə üzvlərinin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir. Azərbaycan Respublikası sülhməramlı əməliyyatların iştirakçıları və onların ailə üzvləri üçün əlavə təminatlar, imtiyazlar və kompensasiyalar müəyyən edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə sülhməramlı əməliyyatların iştirakçılarının sosial müdafiəsinin milli qanunvericiliyə nisbətən daha yüksək təminatı nəzərdə tutulmuşdursa, o zaman müvafiq beynəlxalq müqavilənin normaları tətbiq edilir.

Maddə 8. Hərbi heyətin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilməsi və geri çağırılması haqqında qərarların qəbul edilmə qaydası 8.1. Azərbaycan Respublikasının hərbi heyətinin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün respublika ərazisindən kənara göndərilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və həmin qərar hərbi heyətin hər bir konkret halda respublika ərazisindən kənarda istifadə edilməsinin hüquqi əsasını təşkil edir. 8.2. Müvafiq icra hakimiyyəti orqanının sülhməramlı əməliyyatlarda iştirak etmək üçün hərbi heyətin respublika ərazisindən kənara göndərilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlanan təqdimatına qeyd edilən hərbi heyətin fəaliyyət rayonu, onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət müddəti və onun uzadılma qaydası, onların əvəz edilməsi və çıxarılması şərtləri, silahların növü və tərkibi, həmçinin hərbi heyət və onların ailə üzvləri üçün müəyyən olunan əlavə təminatlar, imtiyazlar və kompensasiyalar haqqında məlumatlar daxildir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının bu Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş rəyi əlavə olunur. 8.3. Azərbaycan Respublikasının hərbi heyətinin hər bir konkret halda respublika ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirakının mümkünlüyü barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı yalnız bu Qanunun 5.1-ci maddəsində göstərilən əsaslardan ən azı biri mövcud olduqda qəbul edilə bilər. 8.4. Azərbaycan Respublikası Milli Məclisinin qərarında respublika ərazisindən kənara göndərilən hərbi heyətin fəaliyyət rayonu, onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət müddəti və onun uzadılma qaydası, onların əvəz edilməsi və çıxarılması şərtləri, silahların növü və tərkibi, həmçinin hərbi heyət və onların ailə üzvləri üçün müəyyən olunan əlavə təminatlar, imtiyazlar və kompensasiyalar haqqında məlumatlar göstərilir. 8.5. Beynəlxalq hərbi-siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının hərbi heyətinin sülhməramlı əməliyyatda gələcək iştirakı məqsədəuyğun olmazsa, yaxud iştiraka əsas verən hallar aradan qalxarsa, hərbi heyətin və ya ayrı-ayrı hərbi qulluqçuların geri çağırılması haqqında qərar müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən və ya Azərbaycan Respublikası Milli Məclisinin öz təşəbbüsü ilə qəbul edilir. Azərbaycan Respublikasının Milli Məclisi belə bir təşəbbüs və onun əsasları barədə müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verməlidir.

Maddə 11. Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi və mülki heyətin statusu 11.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər şərtlər nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərdiyi hərbi və mülki heyətin hüquqi vəziyyəti bu Qanunla, əməliyyat aparmaq hüququ verən mandatla, göndərən və qəbul edən dövlətlərin əməliyyat iştirakçılarının statusuna (o cümlədən, yurisdiksiya və hüquqi yardım məsələlərinə) dair imzaladıqları beynəlxalq müqavilə ilə müəyyən edilir. (-)

42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə tərəflərin mövqelərini, məhkəmə prosesində iştirak etmiş şəxslərin izahat və ifadələrini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

44. Belə ki, cavabdehin şəhid statusuna dair arayışın verilməsindən imtinası əsaslı olmamışdır. Çünki, şəhid Azərbaycan Respublikasının: - azadlığı; - suverenliyi; - ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

45. Hazırki işdə şəhid statusu ilə bağlı arayışın verilib-verilməməli olmasını araşdırmaqdan ötrü ilk növbədə “suverenlik” məfhumuna aydınlıq gətirmək lazımdır.

46. X2 Sülhməramlı Qüvvələr taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində Sülhməramlı əməliyyatlarda iştirakı zamanı aldığı güllə yarasından vəfat etməsi işin mübahisəsiz halıdır.

47. Azərbaycan Respublikası Milli X23 Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin 4 dekabr 2023-cü il tarixli, 1-6/04-1/2-321/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “... Dövlətin suverenliyi dedikdə dövlətin elə bir əlaməti başa düşülür ki, onun köməyilə dövlət öz funksiyalarını hər hansı digər hakimiyyətdən müstəqil və sərbəst olaraq həm öz ərazisi daxilində, həm də digər dövlətlərlə münasibətlərdə həyata keçirir. Ölkəmizin suveren dövlət kimi hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Konstitusiyanın 11-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir, yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Konstitusiyanın 7-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Həmçinin Azərbaycan Respublikasının N oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir. Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir. Konstitusiyanın 7-ci maddəsinin tələblərinə uyğun olaraq, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququnun tərkib hissələri kimi qeyd edilmişdir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 3-cü maddəsinə görə Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Həmin maddənin ikinci hissəsilə yalnız referendum ilə həll edilməli olan, üçüncü hissəsilə isə referendum keçirilə bilinməyən məsələlər müəyyən edilmişdir. Qeyd edirik ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin suverenliyi tanınaraq işğal altında olan torpaqlardan erməni qoşunlarının çıxarılması barədə 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilmişdir. 10 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”na əsasən Azərbaycan Respublikası işğal altında olan torpaqların azad edilməsinə və həmin ərazilərdə dövlət suverenliyinin bərpa edilməsinə nail olmuşdur. Əlavə olaraq, 12 avqust 2018-ci il tarixli “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” ilə Xəzər dənizinin sahilində yerləşən dövlətlərin yəni Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın Xəzər dənizinə və onun resurslarına münasibətdə Xəzər dənizində suverenliklərini, suveren və müstəsna hüquqlarını, eləcə də yurisdiksiyalarını həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, dövlətlərin suverenliyinin təmin olunmasında sülhməramlı missiyaların əsas rolu münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verməkdir. Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir. Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi sülhməramlı missiyanın başlıca vəzifəsi hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən, 10 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nın 3-cü maddəsinə uyğun olaraq, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdir.”

48. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 25 yanvar 2024-cü il tarixli, 3-25- 4/2-450/24 nömrəli məktubunda göstərilmişdir ki, “... BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarın tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı kontingenti X9 tərkibində sülhməramlı əməliyyatlarda iştirak etmişdir.”

49. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Sosial Qanunvericilik Şöbəsinin 15 sentyabr 2023-cü il tarixli, 1-6/06-1/2-297/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar, 11 dekabr 1988-ci il tarixdə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər, Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X4 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bildirilir ki, həmin qaydaların 1.2 6-cı bəndinin məzmununa görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Çoxsaylı müraciətlərinin mövzusuna uyğun olaraq bildirilir ki, suverenlik anlayışı dövlətin öz xarici və daxili siyasətinin aparmasında müstəqil olduğunu ehtiva edir. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində xarici dövlətlərin ərazisində müxtəlif əməliyyatlar (antiterror, sülhməramlı, xilasetmə və s.) aparması dövlətlərin ümumqəbulolunmuş suverenlik hüququndan irəli gələn müstəqil xarici siyasətinin aparmasıdır. Hesab edilir ki, Azərbaycan Respublikasının xarici dövlətlərin ərazisində dövlətlərin ümumqəbulolunmuş suverenlik hüququ əsasında xarici siyasətinin aparması uğrunda həyatlarını itirmiş şəxslər şəhid hesab edilirlər.”

50. Göründüyü kimi, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin X9 tərkibində sülhməramlı əməliyyatlarda iştirak etməsi onun xarici dövlətlərin ərazisində ümumqəbulolunmuş suverenlik hüququ əsasında xarici siyasət aparmasının nəticəsi olması ilə bağlı da hər hansı bir fikir ayrılığı mövcud deyildir.

51. Hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iş üzrə etirazında həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N nömrəli məktubunda qeyd edilmişdir ki, Xaçmaz RHK tərəfindən N-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış mərhum X19 15 yanvar N-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N ay hərbi hissədə xidmət etdikdən sonra Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı Qüvvələr bölüyünün tərkibində İraq dövlətinə ezam olunmuş və bir ilə qədər İraq dövlətində xidmət etdikdən sonra döyüş postunda xidmət apararkən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olmuşdur.

52. Məhkəmə etirazın dəlili ilə razılaşmır. Ona görə ki, yalnız bir məktubda qeyd edilən silahla ehtiyatsız davrandığına görə aldığı güllə yarasından həlak olması halını təsdiq edən sübutu cavabdeh inzibati orqan məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq, iş materialında olan və məhkəmə sorğusu əsasında əldə edilmiş orqanlar tərəfindən təqdim edilmiş digər məktublarda bu hala toxunulmamış, X2 Sülhməramlı əməliyyatlarda iştirakı zamanı döyüş postunda xidmət apararkən aldığı güllə yarasından həlak olması qeyd edilmişdir.

53. Bundan əlavə, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğunun məktubundan görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmiş və Sülhməramlı qüvvələrin taboru tərkibində ezamiyyətdə olduğu İraq dövlətində aldığı güllə yarasından N iyun N8-ci il tarixdə vəfat etməsi barədə Bakı Hərbi Prokurorluğunda məlumat yoxdur.

54. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 4.1-ci bəndi (sığortaolunan 11.000 manat məbləğində sığorta edilir) əsasında "xxxx" ASC-nin Nazirliyə ünvanladığı 6 yanvar 2022-ci il tarixli, 01/01 nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən X7 vərəsəsinə (vərəsələrinə) 26 sentyabr N8-ci il tarixdə 11.000 manat məbləğində dövlət icbari şəxsi sığorta ödənişi verilmişdir.

55. Bu hissədə məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1673/2023 saylı qərarında qeyd edilmiş əsaslara görə araşdırma aparmışdır

56. Habelə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Xaçmaz rayonu, Qalağan İƏV-nin İlxıçı-Məmmədxanlı kənd məktəbinə şəhid X6 adı verilməsi qərara alınmışdır.

57. Məhkəmə prosesində ifadələri dinlənilmiş şahidlər bildirmişdirlər ki, X2 dəfni zamanı komandirlər, rütbəli şəxslər, hərbi komissarlığın nümayəndələri, rayon icra başçısı iştirak etmiş, prezidentin adından baş sağlığı verilmişdir.

58. Bununla da, bütün yuxarıda qeyd edilən halları ümumi şəkildə təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, mərhum X19 Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak omuşdur. Bunun əksini təsdiq edən hər hansı bir sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yalnız bir məktubu (hansı ki, hər hansı bir sənədlə təsdiq olunmur) isə məhkəmə yetərli, əsaslı dəlil kimi qəbul edə bilmir. Belə olan halda isə Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak omuş şəxs “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhid sayılır.

59. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

60. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

61. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum X11 şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulsunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

62. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N iyun N-ci il tarixli, 339 saylı əmri ilə X16 sülhməramlıların tərkibində xidmətini davam etdirmək üçün İraq dövlətinə göndərilən və sülhməramlı əməliyyatlarda iştirakı zamanı baş nahiyəsindən aldığı güllə yarasından həlak olduğu üçün mərhum X11 şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar