Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1294/2023 21.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üxərində inşa edilmiş ümumi sahəsi 280 kv m ikimərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0,10 ha torpaq sahəsi üzərində və həmin 0,10 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 280 kv m, 1 girişli, 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********0 saylı aktı ləğv edilərək Abşeron rayonu Xırdalan qəsəbə XDS İcraiyyə komitəsinin 31 avqust 1990-cı il tarixli, 69-6 saylı qərarına əsasən ona Abşeron rayonu, Masazır qəsəbəsində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində və həmin 0,10 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 280 kv m, 1 girişli, 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 280 kv m ikimərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən iddiaçıya 1989-cu ildə Abşeron rayonu Masazır kəndi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron rayonu Xırdalan qəsəbə XDS İcraiyyə komitəsinin 31 avqust 1990-cu il tarixli 69-6 saylı qərarına əsasən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin RİK-in memarlıq şöbəsi tərəfindən naturada bölgüsü aparılmaqla təhkim aktı tərtib edilmiş və layihə üzrə fərdi ev tikilməsinə icazə verilmişdir. 1995-ci ildə iddiaçı tərəfindən ümumi sahəsi 280 kv m, 1 girişli, 2 mərtəbəli, hündürlüyü 8 metr olan fərdi yaşayış evi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilmişdir. İddiaçı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 14 noyabr 2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçının nümayənəsi izah etdi ki, torpaq sahəsindən 150 m məktəb ərazisinə düşdüyü üçün torpaq sahəsinin faktiki sahəsi 0.0845 təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin (ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının) ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciətə əlavə edilmiş Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 31 avqust 1990-cı il tarixli 69-6 saylı qərarının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan müraciət ünvanlanmışdır. Həmçinin sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin bir hissəsinin **********26-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarından görünür ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK–nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış torpaq sahəsində fərdi yaşayış evinini tikintisinə icazə verilmişdir. -Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki,həmin sənəd İddiaçı ayrılmış 0.10 torpaq sahəsi barəsindədir. - -AAF Construction tərəfindən 2018-ci ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin sənəd İddiaçı məxsus 2 mərtəbəli yaşayış evi barəsindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları faktiki göstərdiyi torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Elektron məlumat bazasına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fəqdı yaşayış evi tam olaraq 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. - X1 Agentliyini Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Ağ hotel"ın arxasından keçən 110 kV-luq hava elektrik verilişi xətti 220/110 kV-luq “Sənaye Qovşağı” yarımstansiyasından çəkilmiş 110 kVluq 2 dövrəli “Poladəritmə” hava xətti 1999-2000-ci illərdə çəkilib istismara verilmişdir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Poladəritmə müəssisəsinin balansında olan 1999-cu ildə istismara verilmiş 110-kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna mövcud olan Xırdalan Südçülük tərəvəzçilik sovxozunun və Xırdalan XDS İK-nın sənədlərində sorğunuzda qeyd etdiyiniz tarixli və nömrəli qərarlar aşkar edilməmişdir, belə ki, arxiv fondunda mövcud olan qərar nömrələri ilə tarixlər arasında ziddiyət yarandığından sorğunun icrasının təmin edilməsi mükün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Beləliklə, cavabdehin iddiaçıya verdiyi imtina cavabı dörd dəildən ibarətdir : 1)Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilməsi; 2) sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyət hüququ qeydə alınmadan müraciət edilməsi; 3) fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (110kVt) mühafizə zolağında yerləşməsi; 4) sözgüdən torpaq sahəsinin bir hissəsi başqa fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi. Cavabdehin birinci dəlilinə münaisbətdə məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin tikintisinə icazə barədə Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1990-cı il tarixli 69-6 saylı qərarında qeyd edilmişdir ki, Xərdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatalrı tərəfindən sovxozun fəhlə və qulluqçularına 20 mart, 26 noyabr 1989-cu il tarixli 2 və 19, 18 iyul 1990-cı il tarixli 7 N-li birgə qərar və 23 mart 1989-cu il tarixli 25Nli, 28 noyabr 1989-cu il tarixli 108 a N-li, 23 avqust 1990-cı il tarixli 65 N-li əmrlə Masazır kəndi ərazisindən həyətyanı torpaq sahəsi ayrılmışdır. Göstərilən qərar və məktublar Abşeron rayon Dövlət Arixivndə aşkar olunmamışıdr. Lakin bu hal iddiaçınnı məsuliyyət sferasına aid olan məsələ deyildir, yəni həmin sənədlərin arxivə təhvil verilməməsi və ya hazırda arxivdə aşkar edilməməsinə görə iddiaçınnı mülkiyyət hüququnun məhdudlaşdırılmamalıdır. Cavabdehin ikinci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı eyni zamanda fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, bu tələb hüququna malikdir və bunula bağlı hər hansə məhdudiyyət mövcud deyildir. Cavabdehin üçüncü dəlili ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, sözügedən yüksək gərginlikli eleltrik xətti 1999-2000-ci illərdə çəkilib istismara verilmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evi isə 1995-ci ildə inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanının 1-ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə görə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisə obyekti olan fərdi yaşayış evini qanunvericiliklə müəyən edilmş icazə əsasında 1990-cı ildə inşa etməsi, həmin ərazidə yüksək gərginlikli eleltrik xəttinin isə 1999-2000-ci illərdə çəkilməsi nəzərə alınmaqla əmlakın həmin elektrik xəttinin mühafizə zolağına füşmsəi mülkiyyət hüququnun qeydə alınması üçün maneə olmamalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. Cavabdehin torpaq sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlili mütəxəssis rəyi ilə təkzib edilmiş, yəni başqa şəxsin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının qanunvericiliklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alınması üçün tələb hüququ mövcuddur və cavabdehin imtina cavabı verməsi üçün göstərdiyi dəlillər əsaslı hesab edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0845 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 280 kv m ikimərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1294/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1294/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver