Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1295/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “İnşallah” müəssisəsinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İnşallah” müəssisəsinin 2013-2019-cu illər üçün yaranmış 1633.17 manat dövlət büdcəsinə və 463.1 manat Dövlət Sosial Müdafiə Fonduna, ümumilikdə 2096.27 manat borcyn silinməsi və müəssisənin direktoru İddiaçı barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İnşallah” müəssisəsinin 2013-2019-cu illər üçün yarabmış 1633.17 manat dövlət büdcəsinə və 463.1 manat Dövlət Sosial Müdafiə Fonduna, ümumilikdə 2096.27 manat borcyn silinməsi və müəssisənin direktoru İddiaçı barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddiaçı əsl iddiaçı “İnşallah” müəssisəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisənin direktoru İddiaçı xx.xx.2023+-cü il tarixdə Sankt-Peterburqa uçmaq istəyərkən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsasında barəsində Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(121)-2310/2021 saylı qətnaməsi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırma tətbiq edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermək müddəti keçdiyinə görə o, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək əlavə araşdırma aparılmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin vergi orqanı tərəfindən ərizəsi təmin edilməmişdir. Qətnamənin qəbul edilməsinə əsas isə vergi orqanları tərəfindən təhrif olunmuş məlumatların məhkəməyə təqdim edilməsi olmuşdur. Belə ki, 2013-cü ildə müəssisə saxta sənədlər əsasında X6 adına keçirilmişdir. X1 və nümayəndəsi dəfələrlə vergi orqanına müracət edərək hüquqlarının bərpa edilməsini xahiş etsələr də, müraciətləri təmin olunmamışdır. Sonunda onlar Sumqayıt şəhər Prokurorluöuna müracət etmişlər və aparılmış araşdırma nəticəsində müəsissənin saxta yolla A.Hüseynovun adına keçməsi öz təsdiqini tapmışdır. Həmin qərar vergi orqanına təqdim edildikdən sonra əsl X1nun hüquqları bərpa edilmiş və müəssisə yenidən onun adına qeydiyyata alınmış və İddiaçı oölu xx.xx.2020-ci il tarixdə direktor təyin edilmişdir. Beləliklə, müəssisə 2013-2019-cu illər ərzində qanunsuz olaraq X6 mülkiyyətində və istifadəsində olmuş və bu döpvrdə 2096.27 manat borc yaranmışdır. hazırda iddiaçı həmin borcun silinməsini və direktorun barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, “İnşallah” kiçik müəssisənin mülkiyyətində və ya istifadəsində sənaye, tikinti təyinatlı 6400.0 kv m torpaq sahəsinin olmasına baxmayaraq müvafiq dövrlər üzrə bəyannamələr təqdim edilməmişdir. Bu səbəbdən hə həmin vəsaitlər üzrə kameral hesablamaların aparılmasına zərurət yaranmışdır. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2017-ci il üzrə xx.xx.2017-ci il tarixdə, 2018-ci il üzrə xx.xx.2018-ci il tarixdə və 2019-cu il üzrə xx.xx.2019-cu il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” mətublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktublara münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə hər bir ilə 512 manat toepaq vergisi hesablanmışdır. Hər il üçün müvafiq olaraq qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Həmçinin sosial sığorta və işsizlikdın sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər hissəsində olan 463.10 manat (412.50 manat əsas, 50.60 manat faiz) borc məbləği xx.xx.2019-cu il tarixə saldo olaraq Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Vergi borcuna görə məsuliyyəti müəssisə özü daşımışdır və rəhbərin kimliyindən asılı olmayaraq ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən borc “İnşallah” müəssisəsinə 2017-2019-cu illərdə müvafiq qərarlar əsasında hesablanmışdır və hazıradək mübahisələndirilməmişdir. İddiaçı müəssisənin rəhbərinin həmin dövrlərə saxta sənədlər əsasında dəyişdiyini bildirərək borcun ləğv edilməsini və direktoru barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi öhdəliyin icrası növündə deyil, mübahisələndirmə növündə qaldırılmalıdır. Lakin mübahisələndirmə növündə baxılan iddialar üçün inzibati prosessual qanunvericilikdə 30 günlük müddət müəyyən edildiyindən həmin qərarların mübahisələndirilməsi üçün iddia müddəti ötürülmüşdür. Bununla bağlı məhkəmə iddia növünün dəyişdirilməsi və iddia müddətinin bərpa edilməsi məqsədi ilə hüquqi yardımın göstərilməsinə zərurət görməmişdir. Müəssisənin direktorunun barəsində tətbiq edilmiş ölkədən getmə hüququnun müvəqqəti məhdudlaışdırılmasının ləğv edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin məhdudiyyət məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qoyulmuş və yalnız apellyasiya şikayəti vermək yolu ilə qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1295/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1295/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver