Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1297/2021 26.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxs Şamaxı rayon Ovçulu bələdiyyəsinin sədri iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı hərrac yolu ilə əldə etdiyi torpaq sahəsinə icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərrac yolu ilə əldə etdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hərrac yolu ilə əldə etdiyi torpaq sahəsinə icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmsını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət Şamaxı rayon Ovçulu bələdiyyəsində işləmiş, lakin bələdiyyə onun əmək haqqını ödəməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmiş və Şamaxı rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiası təmin edilmişdir. İcra sənədi icraya yönəldikdən sonra məcburi icra tədbirləri nəticəsində cavabdeh bələdiyyəyə məxsus torpaq sahəsi hərraca çıxarılmış və 7.0 ha torpaq sahəsi "xxxx" MMC-nin 20 noyabr 2020-ci il tarixli 42/01 saylı prookoluna əsasən iddiaşı tərəfindən əldə etmişdir. O, əldə etdiyi torpaq sahəsinə hüququnun qeydə alınması üçün müraciət etdikdə aldığı torpaq sahəsinin əkin təyinatlı olması səbəbindən ona imtina cavabı verilmişdir. Budan sonra iddiaçı Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nın nümayəndəsi İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtə və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Şamaxı rayon Ovçulu bələdiyyəsinin sədri iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair əvvəllər onunla icarə müqaviləsi bağlanmışdır. Lakin hazırda bələdiyyə ərazisində ehtiyatda olan torpaqların azlığı ucbatından vətəndaşlar arasında narazılıq yaranmışdır və torpaqların çatışmamazlığı səbəbindən iddiaçı ilə yenidən icarə müqaviləsinin bağlanması mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-37/2019 saylı 17 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən 4542 manat ödənilməmiş əmək haqqı borclu Şamaxı rayon Ovçulu bələdiyyəsindən alınaraq tələbkar İddiaçı verilməlidir. İcra sənəsdi 03.09.2019-cu il tarixdə icra üçün Şamaxı rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İcra tədbirləri nəticəsində borclu bələdiyyənin mülkiyyətində 7.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. Bununla bağlı icra məmuru tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş və həmin MMC tərəfindən keçirilmiş hərrac nəticəsində İddiaçı həmin torpaq sahəsini əldə etmişdir. Daha sonra iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etdikdə ona imtina cavabı verilmişdir. Əvvəla məhkəmə qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı sözügedən torpaq sahəsinə dair icarə hüququnun qeyd olunmasını tələb edir. Bununla bağlı qeyd olunmalıdır ki, bu tələblə müraciət etmək üçün, yəni icarə hüququnun qeyd olunmasının tələb edilməsi üçün ilk növbədə icarə müqaviləsinin bağlanması zəruridir. Cavabdeh inzibati orqanın icarə hüququnun qeydə alması üçün faktiki olaraq əsası olmamışdır. Bundan başqa cavabdeh imtina orqanının iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, iddiaçı həmin orqana icarə deyil, mülkiyyət hüququnun qeyd olunması üçün müraciət etmişdir. İş materiallarında iddiaçının icarə hüququnun qeydə alınması üşün müracitə etməsi görünmür. Məhkəmə izah edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin onun icarəsinə verilməsini tələb edirsə bu münasibətlər mülki hüquqla tənzimləndiyindən inzibati məhkəmə icraatı tərəfindən baxılan iddia növlərinə aid deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı hərrac yolu ilə əldə etdiyi torpaq sahəsinə icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı hərrac yolu ilə əldə etdiyi torpaq sahəsinə icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova İş № 2-1(85)-139/2019 04 oktyabr 2019-cu il AZ 1022, Bakı şəhəri, Ak.Mirqasımov küçəsi 2 İddiaçı Svixnuşina Tatyana Aleksandrovnaya Cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-139/2019 saylı 23.09.2019-cu il tarixli qərardadı Sizə göndərilir. Qoşma: qərardad- 05 vərəqdə Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1297/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1297/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver