Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1297/2022 26.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi qarşı "Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və bu barədə DƏDRX tərəfindən, 28 sentyabr 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmiş, Siyəzən rayonu Qalaltı kəndində yerləşən 0.03 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün əsas olmuş,“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi və yaxud həmin sənəd mövcud deyilsə onun cavabdeh tərəfindən hazırlanaraq müvafiq qaydada təsdiq olunmuş surətinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi"-nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2ayır. O, Siyəzən rayonu Qalaaltı kənd sakini cavabdeh X7 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş, 14 sentyabr 2016-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında cavabdehə mülkiyyət hüququ ilə ona məxsus olan Siyəzən rayonu Qalaaltı kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,03 ha hissəsini 5150 (beş min yüz əlli) manata iddiaçıya satmışdır. Bundan sonra cavabdehdən aldığı həmin 0,03 ha torpaq sahəsinin mülkiyyətinə keçməsi barədə qanuna müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli, çıxarış almışdır. Bu yaxınlarda Dəsdəgül Əliyeva özünə məxsus olan 0.09 ha hissəsində tikili inşa etdirməyə başlayaraq, yavaş-yavaş iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinə girməyə başlamış və oranı zəbt etmişdir. İddiaçı ona bu barədə dəfələrlə xəbərdarlıq etsə də cavabdeh onun iradlarına məhəl qoymayaraq, özbaşnalıq edərək mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə, qanunsuz olaraq inşa etdirdiyi tikilinin bir hissəsini onun torpaq sahəsinin daxilində inşa etdirmişdir. Mülkiyyətçi olsa da cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində hal-hazırda öz mülkiyyətinin bir hissəsindən faktiki olaraq məhrum olunmuşdur, torpağının həmin hissəsindən istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Cavabdehlə aralarında yaranmış bu mübahisəni həll etməkdən ötrü ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin çox təəsüf ki, cavabdeh bundan sonra da onun zəbt olunmuş torpaq sahəsindən çıxmamışdır. Ona görə də nəhayət iddiaçı məcbur olub cavabdeh X6 qarşı “mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində,cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun tərəfindən və onun hesabına sökülməklə,zəbt olunmuş torpaq sahəmdə çıxarılması iddia tələbi ilə, 05 sentyabr 2019-cu il tarixli iddia ərizəsi ilə aidiyyəti üzrə Siyəzən rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə əlaqədar Siyəzən rayon Məhkəməsində 2(059)- 418/2019, (yeni nömrə 2(059)-33/2020 və 2(059)-3/2021 saylı mülki işlər üzrə məhkəmə araşdırılması zamanı bir neçə dəfə “məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları ləyin edilməklə,icra edilməsindən ötrü mülki iş materialları,müvafiq qərardadlarla birlikdə ƏN-i Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir( həmin qərardadlar ərizəyə əlavə olunur). Siyəzən rayon Məhkəməsinin “məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası” keçirilməsi barədə olan 04 noyabr 2019-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza nömrəsi 5005 olan, 30 sentyabr 2020-ci il tarixli 5005 tarixli ekspertiza rəyinin TƏHQİQATİN NƏTİCƏSİ adlanan 3-cü səhifədə qeyd edilir ki, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17.08.2020-ci il tarixli,**********45 № -li mütəxəssis rəyindən görünür ki, DƏDRX tərəfindən X11ma verilmiş **********76 reyestr nömrəli çıxarışa əsasən, 0,12 ha torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı ilə alqı-satqı olunmuşdur. Mübahisə predmeti olan 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsinə DƏDRX tərəfindən İddiaçı RX seriyalı, ******* nömrəli çıxarış 009 ha hissəsinə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin 0,03 ha və 0,09 ha torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədi hazırlanmadığından cavabdeh X8 tərəfindən inşa edilmiş tikintinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ əsasında kimə məxsus olmasını,üzərində tikinti aparılan torpaq sahəsinin RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşib-yerləşməməsini, RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra vəkil tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 05 yanvar 2021-ci il tarixli 34/59-2021 nömrəli rəsmi sorğu ilə müraciət edilərək " X4 adına verilmiş ünvan 3i ünvanında yerləşən **********76 reyestr nömrəli 0.12 ha torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədlərinin surətlərinin verilməsini xahiş etmişdir". Vəkilin sorğusuna DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 yanvar 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, "ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Ləğv edilmiş DTXK-nin tərtib etdiyi JN-309 (kod: ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına" əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində X5 tam mülkiyyət hüquqi ilə 29 iyul 2016-cı il tarixli ********** qeydiyyat, ********* 176 reyestr nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Siyəzən rayonu dövlət notariat kontorunun 4Ə-102 reyestr nömrəli 14 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,12 ha torpaq sahəsindən 0,03 ha hissə İddiaçı adına özgəninkiləşdirmişdir, yerdə qalan 0,09 ha hissə üzərində X5 tam mülkiyyət hüququ 28 sentyabr 2016-cı il tarixli ********** qeydiyyat. 30501301 1574 reyestr nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Siyəzən rayonu dövlət notariat kontorunun 4Ə-102 reyestr nömrəli 14 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4i ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququ 28 sentyabr 2016-cı il tarixli ********** qeydiyyat, **********75 reyestr nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sənədlərin surəti məhkəmə qərarı əsasında verilə bilər. " Bundan sonra Siyəzən rayon məhkəməsi həmin sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilməsi barədə müvafiq sorğunu DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin sorğusu əsasında Siyəzən rayon Məhkəməsinə göndərdiyi sənədlər mülki işə əlavə edilməklə mülki işlə birlikdə rəy verilməkdən ötrü ekspertiza mərkəzinə göndərilmiş və 300 manat məbləğində ekspertiza xərci ödənildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Siyəzən rayon məhkəməsinə daxil olmuş, ekspertiza nömrəsi 10/4604 olan, 28 oktyabr 2021-ci il tarixli ekspertiza rəyi Siyəzən rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Siyəzən rayon məhkəməsinə daxil olmuş, ekspertiza nömrəsi 10/4604 olan. 28 oktyabr 2021-ci il tarixli ekspertiza rəyinin TƏHQİQATİN NƏTİCƏSİ adlanan hissəsində əvvəlki ekspert rəylərində ekspert qarşısına qoyulmuş suallara; Mübahisə predmeti olan Siyəzən rayonu, Qalaaltı kəndində cavabdeh X7 tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında kimə məxsusdur ? Mübahisə predmeti olan Siyəzən rayonu. Qalaaltı kəndində cavabdeh X7 tərəfindən üzərində tikinti aparılan torpaq sahəsi RX seriyalı,0922728 nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşir ? 28 sentyabr 2016-cı il tarixdə İddiaçı adına (RX seriyalı.0922728 nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 0,03 ha torpaq sahəsi cavabdeh X7 tərəfindən zəbt olunmuşdurmu, əgər olunmuşdursa bu hansı ölçüdə zəbt olunmuşdur? Suallarına həmin ekspertiza rəyinin TƏDQİQATİN NƏTİCƏSİ: hissəsində aşağıdakılar kimi cavab verilmişdir; Qərardadın 1-ci sualı üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Lahiyə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərə əsasən DƏDRX tərəfindən X12ma verilmiş **********76 reyestr nömrəli çıxarışa əsasən 0,12 ha torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı ilə alqı- satqı olmuşdur. Mübahisə predmeti olan 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsinə DƏDRX tərəfindən İddiaçı RX seriyalı, ******* nömrəli çıxarış, 0.09 ha hissəsinə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin 0.03 ha və 0.09 ha torpaq sahələrinə işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ya bölgü sxemi iş materiallarına əlavə edilmədiyindən cavabdeh X7 tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ əsasında kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Lahiyə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən DƏDRX tərəfindən RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ya bölgü sxemi iş materiallarına əlavə edilmədiyindən mübahisə predmeti olan Siyəzən rayonu, Qalaltı kəndində yerləşən cavabdeh X7 tərəfindən üzərində tikinti aparılan torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşməsini müəyyən elmək mümkün deyildir. Qərardadın 3-cü sualı üzrə: Bu sualın cavabı 1-ci və 2-ci sualların cavablarında öz əksini tapmışdır. Mülki iş üzrə təyin edilmiş “məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları ləyin edilməsi barədə olan Qərardadlarla əalqəsar keçirilmiş ekspertizalar nəticəsində Qeyd olunan və bundan əvvəlki ekspertiza rəylərindən məlum olur ki,məhkəmə qərardadı ilə ekspert qarşısına qoyulmuş suallara ekspert tərəfindən aydınlıq gətirlə bilinməməsinin səbəbi İddiaçı və cavabdeh X6 mülkiyyət hüququ ilə məxsus olan və DƏDRX-tə qeydiyyata alınmaqla çıxarışlar verilmiş torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin mülki işin materiallarına əlavə edilməməsidir ((həmin ekspertiza rəyləri ərizəyə əlavə olunmuşdur). İddiaçı Siyəzən rayonu Qalaltı kəndində yerləşən xüsusi mülkiyyətində 0.03 ha torpaq sahəsinin olması barədə DƏDRX tərəfindən, 28 sentyabr 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarış verilərkən Azərbaycan Respublikası Dövlət Reyestr Xidməti Haqqında Qanununun əsasən digər müvafiq sənədlərlə birlikdə, ona məxsus olan torpaq sahəsinin planı və ölçüsü reyestr xidmətinə təqdim edilmişdir ki, iddiaçının hüququ tanınmaqla ona bu barədə çıxarış verilmiş, lakin reyestr xidməti ona mülkiyyət hüququ ilə məxsus olan həmin torpaq sahəsinin plan və ölçüsünü nə onlara nədə ki, məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 10-cu maddəsi '‘Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi”adlanır. Həmin Qanunun 10.2-ci maddəsində qeyd edilmişdir ki, “Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur; Maddə 10.2.1-ə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 10.2.2 -ə əsasən torpaq sahəsinin planı və ölçüsü; Maddə 10.2.3-ə görə torpaq sahəsində yerləşən bina qurğu.tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin)texniki pasportu.plan-cizgisi); Maddə 10.2.4-ə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qeyd olunan qanuna əsasən iddiaçının hüquqları dövlət tərəfindən tanınmaqla, dövlət qeydiyyatına alınaraq, ona müvafiq çıxarış verilərkən bunun üçün digər sənədlər, alqı-satqı barədə müqavilə, dövlət rüsumu və torpaq sahəsinin planı və ölçüsü reyestr xidmətinə təqdim edilməlidir. Cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan, dövlət tərəfindən tanınmaqla, qeydiyyata alınaraq bu barədə iddiaçıya **********75 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilən Siyəzən rayonu Qalaltı kəndində yerləşən xüsusi mülkiyyətində 0.03 ha torpaq sahəsinin ona mübahisənin baxıldığı Siyəzən rayon Məhkəməsinə verilməməsi hesab edir ki, onun tərəfindən yol verilmiş diqqətsizlik, anlaşılmamazlıq və yaxud səhvin nəticəsidir. Mülkiyyətində olan həmin torpaq sahəsinin plan və ölçüsünün mülki işin materiallarına əlavə edilməklə, mülki iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında qoyulmuş sualların cavablandırılmasında və bu barədə ekspert rəyinin alınmasında maraqlıdır və yuxarıda qeyd olunan Siyəzən rayon Məhkəməsində baxılan mülki iş üzrə cavabdehlə aralarında olan hüquqi münasibətin işin faktiki halı üçün həlledici olmaqla, onun hüquqlarına ciddi mənfi təsir göstərir. İddiaçı cavabdehlə aralarındakı münasibətlərin qısa müddətdə müəyyən edilməsində, gözlənilən hüquq pozuntularından qorunmaqda çox maraqlıdır. Hazır ki,iddia ərizəsi üzrə cavabdehin bu hərəkəti, yəni mülkiyyətində olan, dövlət tərəfindən tanınmaqla, dövlət qeydiyyatına alınan 0.03 ha "torpaq sahəsinin plan rə ölçüsü" sənədini, nə ona nədə ki, bu barədə ona rəsmi sorğu vermiş Siyəzən rayon Məhkəməsinə təqdim etmədiyi üçün, məhkəmə tərəfindən mülki iş üzrə təyin edilmiş ekspertiza zamanı ekspertin qarşısına qoyulmuş suallara aydınlıq gətirilə bilinmir, bunun nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulur (ərizəyə əlavə olunmuş sorğular və ekspertiza rəyləri). Belə ki, iddiaçının məcburetmə marağı həm hüquqi, həm də iqtisadi olmaqla eyni zamanda onun mülkiyyət hüququna toxunmaqla maddi xarakterlidir. Azərbaycan Respublikası İPM-nin 2.2-ci və 2.2.2.-Cİ maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci və 32.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair ( məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və bu barədə DƏDRX tərəfindən, 28 sentyabr 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmiş, Siyəzən rayonu Qalaltı kəndində yerləşən 0.03 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün əsas olmuş,“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi və yaxud həmin sənəd mövcud deyilsə onun cavabdeh tərəfindən hazırlanaraq müvafiq qaydada təsdiq olunmuş surətinin iddiaçıya verilməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti məlumat xarakterli olub, ilkin torpaq ayırma sənədlərinin surətinin verilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İş materiallarından görsənir ki, iddiaçı torpaq sahəsini satın alan zaman satın alınan torpaq sahəsinin bölgü sxemidə mövcud olmuşdur. İddiaçıya izah edilsin ki, torpaq sahəsinin bölgü sxemini cavabdeh inzibati orqana təkrar təqdim etməklə bölgü sxem əsasında torpaq sahəsinin plan-ölçü sənədinin verilməsini cavabdeh inzibati orqandan tələb edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya izah edilsin ki, torpaq sahəsinin bölgü sxemininin mövcud olması hazırkı iddiadan asılı olmayaraq, mülki məhkəmə icraatının davam etdirilməsi üçün əsas hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1297/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1297/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver