Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1299/2021 22.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Şamaxı rayon şöbəsinə qarşı “cavabdeh tərəfindən ona təyin olunmuş müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və müavinətin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF publik hüquqi şəxsinin Şamaxı rayon şöbəsi ona təyin olunmuş müavinəti 23 fevral 2021-ci il tarixdən dayandırmışdır. Əsas olaraq da onun vergi ödəyicisi kimi qeydiyyatda olduğunu göstərmişdir. Hesab edir ki, ona təyin olunmuş müavinətin dayandırılması qanunsuzdur. Çünki o heç bir ticari fəaliyyət göstərmir. Buna görə də vergi də ödəməmişdir. Ona 2016-cı ildə 2-ci dərəcəli əlillik pensiyası təyin olunub, 2018-ci ildə isə həmin pensiya yaşa görə pensiya ilə əvəzləşdirilib. Belə olan halda onun aktiv vergi ödəyicisi kimi qeydiyyatda saxlanmağı və buna görə də ona təyin olunan müavinətin dayandırılması onun hüquqlarının pozulmasıdır. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək İddiaçı 23.02.2021-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 11 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarına əsasən İddiaçıva 09.01.2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup əlillik təyinatı aparılmışdır. İddiaçı iddia ərizəsində ona 09.01.2016-cı il tarixdən əlilliyə görə sosial müavinət təyin edilib ödənildiyini, 2018-ci il tarixdən ona təyin edilmiş əlilliyə görə sosial müavinətin yaşa görə sosial müavinət ilə əvəzləndiyini iddia edir. İddiaçı ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb İddiaçı 04.10.2010-cu il tarixdə VÖEN uçotuna alındıqdan sonra aktiv vergi ödəyicisi kimi fəaliyyətinin 01.01.2018-ci il tarixdə bərpa edilməsi və həmin tarixdən etibarən İddiaçınm vergi orqanına aktiv fəaliyyətinin dayandırılması ilə bağlı müraciətinin daxil olmaması olmuşdur. Eyni zamanda Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçıva ünvanlanmış arayışda onun 01.01.2018-ci il tarixdən 30.03.2021-ci il tarixədək aktiv vergi ödəvicisi olması səbəbindən 21.05.2021-ci il tarixə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqı üzrə 3.72 manat borcunun olduğu bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə müvafiq olaraq əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yasa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yasa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçınm aktiv vergi ödəvicisi kimi vergi orqanında 01.01.2018- 25.02.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəvicisi olması səbəbivlə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. Qeyd etmək lazımdır ki, İddiaçı 01.01.2018-ci il tarixdən 25.02.2021- ci il tarixədək aktiv vergi ödəvicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2018-ci il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29.11.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yasa görə sosial müavinət ödənişi 23.02.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçınm hal-hazırda yaşa görə sosial müavinət hüququnun mövcud olub-olmadığına nəzər salsaq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə 29.11.2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçınm xx.xx.1961-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçıva “Sosial müavinətlər haqqında ” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə sosial müavinət təyin edilməsi üçün qanunun 62 yaşına çatmış və əmək fəaliyyəti ilə məşğul olmadıqda tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə izahat verərək, gələcəkdə məhkəmə qərarlarının icra edilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədi ilə cavabdeh DSMF-nun publik hüquqi şəxsin 11 saylı regional ərazi filialının əsl cavabdeh DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin imtina məktubu, etiraz ərizəsi, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayış, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya verilmiş 06.10.2021-ci il tarixli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun yaşa görə sosial müavinətin aldığı vaxtdan yaranmış olur. Dovlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 11 saylı regional ərazi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, sosial müavinatın ödənişi məhz 11 saylı regional ərazi filialı tərəfindən dayandırılmışdır. Ona görədə məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin gələcəkdə məhkəmə qərarlarının icra edilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədi ilə cavabdeh DSMF-nun publik hüquqi şəxsin 11 saylı regional ərazi filialının əsl cavabdeh DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsinə dair gətirdiyi arqumentlə razılaşmır. Ona görədə məhkəmə hesab edi rki, Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialına müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 21.12.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən 23.02.2021-ci il tarixdən iddiaçıya verilən yaşa görə sosial müvainətin verilməsi dayandırılmışdır. Sosial müavinatın dayandırılmasına səbəb kimi iddiaçının vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməsi olmuşdur. Cavabdehin hərəkətlərindən narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya verilmiş 06.10.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 16.02.2017-ci il tarixdən 02.04.2021-ci il tarixə kimi olan dövr ərzində dövriyyəsi və ödənişləri olmamışdır. Yəni bu halın olması onu deməyə əsas verir ki, iddiaçının aktiv əmək fəaliyyəti ilə məşğul olmadığına görə onun sosial müavinət almasının dayandırılması əsaslı hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, sosial müavinatın təyin edilməsinin məqsədi pensiya yaşına çatmamış işləməyən şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin maddi tələbatının həyata keçirilməsi üçün həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində müavinətin təyin edilməsi şərtləri, 11-ci maddəsində isə ödənişlərin dayandırılmasının əsasları göstərilmişdir. Belə ki, yaşa görə müavinətin dayandırılmasının əsaslarından biri də həmin şəxsin əmək fəaliyyətinə başlaması göstərilmişdir. Hesab olunur ki, şəxsin maddi təminat müqabilində əmək hüquqlarından irəli gələn funksiyaların həyata keçirilməsi onun əmək fəaliyyəti ilə məşğul olması anlamına gəlir. Başqa sözlə desək əmək fəaliyyəti özündə iki elementi: əmək funksiyalarını və əmək funksiyalarının müqabilində məvacibin əldə edilməsini birləşdirir. İddiaçının vergi orqanında qeydiyyata alınması onun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsi anlamına dəlalət edə bilməz. Belə ki, vergi orqanının İddiaçı ünvanladığı 06.10.2021-ci il tarixli məktubundan məlum olur ki, 16.02.2017-ci ildən 02.04.2021-ci ilədək olan dövr ərzində malların dövriyyəsi müəyyən edilməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, İddiaçı vergi obyekti qismində uçota aldırmış qeyri-yaşayış sahəsini 22.02.2019-cu ildə X2 alqı-satqı müqaviləsi əsasında satmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınması onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə edilməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində şəxsin sahibkarlıq fəlaiyyəti ilə məşğul olması ona təyin edilmiş müavinətin dayandırılması üçün birbaşa əsas kimi göstərilməmişdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən müavinətlərin ödənişlərinin dayandırılmasına səbəb olan hallardan biri də yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda həyata keçirilir. İşin araşdırılan hallarından da görünür ki, iddiaçı qeyd edilən dövrlərdə aktiv əmək fəaliyyəti ilə məşğul olmamışdır və buna görə də ona təyin edilmiş yaşa görə sosial müavinətin dayandırılması qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 23.02.2021-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 23.02.2021-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 11 saylı regional ərazi filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1299/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1299/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver