Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-13/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı Məmməbağır oğlunun (işləməyən, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayan) iştirakı ilə, İddiaçı Məmməbağır oğlunun cavabdeh DƏDRX-nin 5 saylı X8rşı Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə ayrılmış və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxx 2005-ci il tarixli JN N033A kod 30219088 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Məmməbağır oğlu cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.26 ha torpaq sahəsi ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin DƏDRX-nin 5 saylı X8rşı yönəldiyini bildirmiş və Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə ayrılmış və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxx 2005-ci il tarixli JN N033A kod 30219088 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə X3 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə iddiaçıya üç nəfər ailə üzvü ilə birlikdə 0.26 ha torpaq sahəsi ayrılmış və həmin qərara uyğun olaraq torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Hazırda həmin ölçüdə ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı şəhadətnaməyə uyğun olaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh arxiv sənədlərində həmin torpaq sahəsinin 0.12 ha qeyd olunduğunu bildirərək ona çıxarışın verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatları arasında uyğunsuzluqlaın mövcud olması müəyyən edilmişdir. Belə ki, torpağın mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.26 ha göstərilməsinə baxmayaraq, idarənin elektron baza məlumatlarında, ləğv edilmiş DTXK tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.12 ha ölçüdə öz əksini tapmışdır. İş materiallarında olan : -Xaçmaz rayon Xaçmaz bələdiyyəsi tərəfindən verilmiş 7 saylı, mart 2018-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə sahə ölçüsü 0.26 ha olan fərdi yaşayış evi üçün torpaq ayrılmış və arxiv sənədlərində göstərilən 0.12 ha əlavə olunan 0.13 ha onun öz pay torpağından kəsilib əvəzlənmişdir. -DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN N5xx xxx 30219088 saylı dövlət aktından görünür ki, həmin akt Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı oğıuna və qeyrilərinə ayrılmış 0.49 ha torpaq sahəsinə dair verilmişdir. -DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN 033A kod 30219088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin akt Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı və qeyrilərinə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.26 ha torpaq sahəsinə dair verilmişdir. -1988-ci ilin iyun aylnda tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı yaşayış evinin həyətyanı sahəsinin faktiki ölçüləri 2348,0 kv metrdir. -Xaçmaz rayon Arxivi tərəfindən verilmiş 427 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Xaçmaz rayonu AİK-nın “Müşkür” sovxozunun Köhnə Xaçmaz kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısına əsasən, X1 adına qaytanlanmış kitab üzrə 0.12 ha, faktiki 0.20 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. - DƏDRX-nin 5 saylı X12 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, torpağın mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.26 ha göstərilməsinə baxmayaraq, idarənin elektron baza məlumatlarında, ləğv edilmiş DTXK tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.12 ha ölçüdə öz əksini tapmışdır. Məhkəmənin xx xxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-trexniki ekspertizası təyin edilmişdir. Ekspertizanın 10/1295 saylı xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, vahid ekektron baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-0333 A saylı torpağa mülkiyyət verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətində 0.12 ha torpaq sahəsi göstərilmişdir. Qalan mübahisə predmeti olan 0.14 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə məxsusdur. İddiaçının faktiki olaraq istifadəsində 0.2534 ha torpaq sahəsi vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, iddiaçıya və ailə üzvlərinə 0.12 ha deyil, 0.26 ha torpaq sahəsnin ayrılması torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Lakin ekspertiza rəyi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin 0.2534 ha ölçüdə olması müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki,ekspert mübahisəli 0.14 ha torpaq ashəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu qeyd etsə də, həmin fikrini əsaslandıran xəritəni (sxemi) rəyə əlavə etməmişdir. Cavabdehin həmin şəhadətnaməni torpağın ayrılmasına dair hüquqmüəyyənedici sənəd kimi qəbul etməməsi əsassızdır. Belə ki, həmin şəhadətnamənin arxiv nüsxəsində və şəhadətnamələrin qeydiyyatı kitablarında torpağın 0.26 olması göstərilməsi iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz və bu uyğunsuzluğa görə iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.2534 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.2534 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı X10 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-13/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-13/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver