Məhkəmə qərarları › İş №2-1(118)-13/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-13/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-13/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11, 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı Mövlüd qızının cavabdeh Şabran rayonu Qəndov bələdiyyəsinə qarşı “xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Mövlüd qızı cavabdeh Şabran rayonu Qəndov bələdiyyəsinə qarşı xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarın və həmin qərarın əsasında Qəndov bələdiyyəsi ilə X7 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 1 saylı icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Şabran rayonu Qəndov bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Müvafiq ekspertin rəyi məhkəməyə daxil olduqdan sonra tərəflər məhkəmədə dinlənilmiş və müvafiq araşdırmalar aparılmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsi hazırki, iddia tələbi üzrə iddiaçının mərhum həyat yoldaşı X3 Şabran rayon X24 Komissiyasının qərarı əsasında ayrılmış, digər hissəsi isə digər torpaq sahələrinin payçılarından alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. X4 vəfat etdikdən sonra İddiaçı Şabran rayon Məhkəməsinə müraciət edərək mərhum ərindən miras qalmış torpaq sahəsinin qəbul edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Şabran rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(031)-316 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək miras əmlak hesab edilən Şabran rayon X21 kompleksinin və 4.90 ha torpaq sahəsinin İddiaçı Mövlüd qızı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və həmin əmlaklara çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamənin əsasında İddiaçı adına mülkiyyət hüquqna dair çıxarış və plan ölçü verilmişdir. Sonradan müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ərazisindən Gəndov bələdiyyəsi özünün xx xxxxxx 2007-ci il tarixli qərarı və icarə müqaviləsi əsasında 0,65 ha torpaq sahəsini X5 uzunmüddətli istifadəsinə vermişdir. Ona görədə iddiaçı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, xx xxxxxx 2007-ci il tarixli qərarı və icarə müqaviləsi əsasında X5 uzunmüddətli istifadəsinə verilmiş 0,65 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verlmiş torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarına əsasən Gəndab bələdiyyəsinin mülkiyyyətinə 1486.06 ha torpaq sahəsi verilmişdir. Həmin hüquqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN01-8, kod 30404018 saylı dövlət aktı əsasında qeydiyyata alınmışdır. X8 ayrılmış torpaq sahəsi məhs bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ayrılmışdır.Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə cavabdehin nümayəndəsinin iştrakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə 3-cü şəxs X10 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, onun icarəsinə verilmiş torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. X3 torpaq sahəsinin ayrılması barədə X23 Komissiyasının qərarı saxtadır və həmin qərarın heç bir təşkilatda kötüyü mövcud deyiıl. Belə ki, özüdə vaxtı ilə həmin komissiyanın üzvü olmuşdur və Nurulla İbrahimovun adına qeyd olunan torpaq sahəsinin ayrılmasından xəbərsiz olmuşdur. X6 xeyrinə çıxarılmış Şabran rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(031)-316 saylı qətanməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır.Ona görədə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair İddiaçı adına verilmiş çıxarışın hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən Dövlətdin Səlimov iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materillarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Gəldiyi nəticəni məhkəmə aşağıdakı kimi, əsaslandırır. Nəzərə alınmalıdır ki, mərhum Nurulla İbrahimovun adına ayrılmış əmlak kompleksinin və torpaq sahəsinin dövlət reyesterində qeyd alınmaması ucbatından İddiaçı həmin əmlakı notariat kontoruna müraciət edərək, vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək hüququndan məhrum olmuşdur. Buna görədə İddiaçı öz vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə Şabran rayon məhkəməsinə müraciət etmişdir. Şabran rayon Məhkəməsinin xüsusi icraat qaydasında baxdığı və qəbul etdiyi xx xxxx 2011-ci il tarixli qətnaməsinə görə X1 miras qalmış maldarlıq kompleksinin və 4.90 ha torpaq sahəsinin İddiaçı Mövlüd qızı tərəfindən qəbul etmə faktı müəyyən edilmişdir. Bundan başqa həmin qətnamə əsasında mərhum X16 rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında əldə etdiyi maldarlıq kompleksinə və 4.90 ha torpaq sahəsinə dair İddiaçı adına DƏDRX-nin Xaçmaz rayon şöbəsi tərəfindən mülkiyyət hüququna dair çıxarış və plan ölçü sənədi verilməsi öhdəliyi qoyulmuşdur. Hazır ki, iddia tələbi üzrə 3-cü şəxs olan Dövlətdin Səlimovun apellyasiya şikayəti əsasında Şabran rayon Məhkəməsinin xüsusi icraat qaydasında baxdığı və qəbul etdiyi xx xxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi baxılmamış saxlanılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı miras əmlakın qəbul edilməsi faktını müəyyən edən Şabran rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ləğv olunduğundan onun hazır ki, iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Bundan başqa iddia tərəfinin məhkəmədə verdiyi izahatdan və iş materiallarından məlum olmuşdur ki, mərhum X1 miras qalmış maldarlıq kompleksinə və 4.90 ha torpaq sahəsinə dair İddiaçı Mövlüd qızınən adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şabran rayonu Qəndov bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi barədə İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar