Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-130/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı ASC-nin vəkili və nümayəndəsi X5, Abşeron rayon Xırdalan bələdiyyəsinin nümayəndəsi X14, 3-cü şəxs ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi X7 və digər 3-cü şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncamının, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə xx.xx.2006-cı il tarixli aktın, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyatı, bu barədə ona verilmiş xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın və X11 ilə “xxxx” ASC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda yerləşən İddiaçı ASC-nin mülkiyyətində 16.958,3 kv.m. qeyriyaşayış, 3,72 ha torpaq sahəsi vardır. 1970-ci illərdə inşa edilib istismara verilmiş bu müəssisənin ərazisində 0,0375 ha (375 kv.m) torpaq sahəsində metaldan quraşdırılmış 6 nömrəli yeməkxana olmuşdur. Yeməkxana Əmlak məsələləri Dövət Komitəsinin İstehsal və Xidmət müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. 90-cı illərin sonunda metaldan quraşdırılmış həmin yeməkxana sökülmüşdür. Sonradan, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli sərəncamı ilə İddiaçı ASC-nin ərazisində və istifadəsindəki mövcud olmayan yeməkxananın altındakı 0,0375 ha torpaq sahəsinin üçüncü şəxs X4 qərara alınmışdır. Xırdalan Bələdiyyəsi ilə M.Dadaşovun arasında tərtib edilmiş xx.xx.2006-cı il tarixli aktla (alqı-satqı müqaviləsilə) bu torpaq sahəsi M.İ.Dadaşova satılmışdır. Mövcud sənədlərin əsasında həmin torpaq sahəsi Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsində **********81 nömrəli reyestrdə ********* nömrəsilə M.İ.Dadaşovun mülkiyyətinə qeydə alınıb, ona xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verilmişdir. Torpağı mülkiyyətinə qanunsuz almış M.Dadaşov xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən bu torpaq sahəsini “xxxx” ASC-də borcun təminatı üçün ipoteka ilə yüklü etmişdir. Bu əqdlər qanunsuz olduğuna görə aşağıdakı əsaslarla ləğv edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinin İİ hissəsinə əsasən, əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Həmin 0,0375 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindəki sahənin ərazisində yerləşdiyinə və əvvəldən müddəti göstərilmədən onun daimi istifadəsinə verildiyinə görə Torpaq Məcəlləsinin 60-cı maddəsinə müvafiq olaraq, İddiaçı ASC bu sahəni özəlləşdirmək hüququna malikdir. Torpaq sahəsinin ipoteka ilə yüklülüyünə xitam verilməsini qanunla müəyyən edilmiş qaydada "torpağın mülkiyyətçisi həll etməlidir. Azərbaycan Respublikası MM-in 149.2-ci maddəsinə əsasən: “Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa.., bunun nəticəsində daşınmaz əmlaka olan maraqlarına toxunulmuş şəxs qeydiyyatın çıxarılması haqqında iddia qaldıra bilər”. xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət .əmlakının özəlləşdirilməsinin” İİ Dövlət proqramının 2.3.2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektləri qrupuna daxil edilmiş və xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında” Əsasnamənin 2-ci bəndinə m ü v a f i q olaraq mübahisəli torpaq sahəsi registrdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, mövcud torpaq sahəsi dövlət əmlakı olduğu halda, Xırdalan Bələdiyyəsi onu satmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MM-in 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsız hesab edilir. Mülki Məcələnin 155.4cü maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunla nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər və bu Məcəllənin 203.4-cü maddəsində əksini tapmış normanın tələbinə görə isə dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilməlidir. Mülki Məcələnin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır. Deməli, Abşeron rayon Xırdalan Bələdiyyəsinin sərəncamına əsasən torpaq sahəsinin satılmasına dair X11 ilə həmin bələdiyyə arasında tərtib edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı aktı (əqd) qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmaqla bağlandığı üçün özlüyündə etibarsızdır. Və həmin akt və onun doğurduğu nəticələr də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MM-in 394-cü maddəsinin tələblərinə zidd olaraq alqı-satqı müqaviləsi notariusda təsdiq edilmədiyi və torpağın mülkiyyətçisinin torpaq sahəsini satmaq hüququ olub-olmadığını yoxlamadan Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi həmin 0,0375 ha torpaq sahəsini M.İ.Dadaşovun mülkiyyətinə qeydə alıb, bu barədə ona xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verməklə Daşınmaz əmlakın dövlət reyestri” Qanunun 15.1.5-ci və 14-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunaraq “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncamının, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə xx.xx.2006-cı il tarixli aktın, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyatı, bu barədə ona verilmiş xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın və X11 ilə “xxxx” ASC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, X10 Xırdalan Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi bələdiyyənin ehtiyyat fonduna daxil olan torpaqlara aid olduğuna görə bələdiyyə tərəfindən xx xxxxxx 2006-cı il tarixli 396 saylı sərəncam verilmişdir. Həmin sərəncama əsasən torpaq üçün nəzərdə tutulmuş 75 manat pul “xxxx”ASC-nin vasitəsi ilə bələdiyyənin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi X10 ayrılmamışdan öncə aidiyyatı qurumların rəyləri alınmışdır. İddia tələbi əsassızdır. Ona görədə cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edən 3-cü şəxs ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin Xırdalan bələdiyyəsinə aidiyyatı yoxdur. Belə ki, həmin torpaq sahəsi İddiaçı ASC-nin istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşir və həmin torpaq sahəsinin üzərində İddiaçı ASC-nin əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş 6 saylı yemakxana mövcud idi. Hal hazırda həmin yemıkxananın sökülməsinə baxmayaraq, yeməkxananın altında yerləşən torpaq sahəsi dövlət registirində onun təmsil etdiyi orqanın balansındadır. Ona görədə Xırdalan bələdiyyəsi tərəfindən onların balansında olan torpaq sahəsinin başqa şəxsə satılmasına etiraz edirlər. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edəndigər 3-cü şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, təmsil etdiyi qurumun mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında çıxarışın verilməsində təqsiri yoxdur. Belə ki, X11 ona torpaq sahəsinin ayrılması barədə Xırdalan Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarını, Xırdalan Bələdiyyəsi ilə bağlanmış alqı-satqı aktını və nəzərdə tutulmuş dövlət rüsumunu ödədiyinə görə həmin torpaq sahəsi üzrə X9 mülkiyyət hüquqları tanınmışdır. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin onlara aid olan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış digər 3-cü şəxslər X11 və Ləğetmə prosesində olan “xxxx” ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında təmsil edilməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ləğetmə prosesində olan “xxxx” ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X15 izahatında bildirmişdir ki, Dadaşv Məhərrəm İsmayıl oğlunun kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə onunla “xxxx” ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İddia tələbinə etiraz edərək, bildirmişdir ki, bakın həmin zaman qeyd olunan torpaq sahəsinin üzərində məhkəmə mübahisənin olmasından xəbəri yox idi. Qeyd olunanları nəzərə alaraq 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: X9 ona çayxananın altında yerləşən 375 kv.m torpaq sahəsinin ayrılması barədə ərizəsinin surəti, Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı aktı, X9 mülkiyyətində olan 0.0375 ha torpaq sahəsin dair DƏDRX-nin Abşeron ərazi idarəsinin verdiyi xx.xx.2007-ci il tarixli çıxarış, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan 3.72 kv.m torpaq sahəsinin çıxarışı, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə masən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir.Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və va icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km.ünvanında yerləşən İddiaçı ASC-nin mülkiyyətində 16.958,3 kv.m. qeyri-yaşayış,3,72 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi İddiaçı ASC-nin sələfi olan “Voljski” avtomobil zavoduna Bakı şəhər zəhmətkeşləri deputatları Sovetinin İcra Komitəsi tərəfindən ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin 0,0375 ha (375 kv.m) hissəsində İddiaçı ASC-nin istifadəsində olan və sonradan X19 Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan 6 nömrəli yeməkxana fəaliyyət göstərmiş və bir müddətdən sonra həmin yeməkxana sökülmüşdür. Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 saylı sərəncamı ilə vaxtı ilə yeməkxana kimi fəaliyyət göstərmiş tikilinin altında olan 0,375 ha torpaq sahəsininin X4 qərara alınmışdır. Bununla əlaqədar Xırdalan Bələdiyyəsi ilə X11 arasında xx.xx.2006-cı il tarixli akt (yəni alqı-satqı müqaviləsi) bağlanmış və həmin akta əsasən həmin torpaq sahəsi X1. Torpaq sahəsinin sahibi kimi M.Dadaşov DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək torpağa dair olan hüquqlarını qeydə aldırmış və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verlmişdir. Bir müddət sonra X11 “xxxx” ASC-dən kredit müqaviləsinə əsasən borca pul almış və həmin öhdəliyin təminatı olaraq mülkiyyətində olan 0,0375 ha torpaq sahəsini ipoteka ilə yüklü elətdirmişdir. İddia tələbinin məhkəmədə araşdırması zamanı Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X20 Xidmətinin təqdim etdiyi “dövlət əmlakının Registirindən” məlum olmuşdur ki, mübahisə predmeti olan 6 saylı yeməkxana binasının altında yerləşən 375 kv.m torpaq sahəsi dövlətin balansındadır. Hazır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı ASC mübahisə predmeti olan torpaq sahəsinin dövlətin balansında olmasını, o cümlədən onun həmin torpaq sahəsi üzrə gözlənti hüququnun olmasına istinad edərək, Xırdalan bələdiyyəsinin mülkiyyətində olmayan 0,0375 ha torpaq sahəsinin X2 qanunsuz hesab edir və Xırdalan Bələdiyyəsi tərəfindən verilən xx.xx.2006-cı il tarixli 396 saylı sərəncamın, həmin sərəncamın əsasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı satqı aktının, həmin sənədlərin əsasında verilən xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarış və X11 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki,qeyd olunan torpaq sahəsinin ayrılması barədə Xırdalan Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 396 saylı sərəncamı qanuni əsaslarla verilmişdir. Belə ki, həmin sərəncam verilməmişdən öncə Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsinin və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin rəyləri alınmış və həmin torpaq sahəsi ilə bağlı sonradan Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 saylı sərəncamı verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin ayrılması ilə bağlı X9 Xırdalan Bələdiyyəsinə ünvanladığı ərizəsindən bəlli olmuşdur ki, M.Dadaşov və Xırdalan Bələdiyyəsi mübahisə predmeti olan 375 kv.m torpaq sahəsinin “iaşə xidməti” göstərən obyektin altında yerləşən torpaq sahəsinin olmasından məlumatlı idilər. Lakin qeyd olunanlara, baxmayaraq həmin torpaq sahəsinin Xırdalan Bələdiyyəsi tərəfindən X10 ayrılması barədə xx.xx.2006-cı il tarixli 396 saylı sərəncam verilmişdir. Yaranmış məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə mübahisəli torpaq sahəsinin dövlətin və ya bələdiyyənin balansında olmasını müəyyən etmək üçün DƏDRX-nin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyester Xidmətinin mütəxəssiz rəyinin alınması ilə bağlı qərardad qəbul etmişdir. Qeyd olunan mütəxəssisin rəyi məhkəməyə daxil olduqdan sonra tərəflər məhkəməyə dəvət olunaraq yekun məhkəmə iclası keçirilmişdir. Beləliklə iddiaçı tərəfindən bir neçədə dəfə iddia tələbinə dəqiqləşdirilmə ərizəsi verilmiş və sonda iddia tələbi aşağıdakılardan ibarət olmuşdur: 1) Abşeron rayonu, Xırdalan şəhəri,Sumqayıt şossesi,16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin X3 dair Abşeron rayonu,Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncamının və alqı-satqı barədə xx.xx.2006-cı il tarixli aktının ləğv edilməsi 2) DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində həmin 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın ləğv edilməsi 3) X11 ilə “xxxx” ASC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi. İddia tələbinin 3-cü hissəsini məhkəmə özünün xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkün hesab etməmişdir.Qeyd olunan qərardadda bildirilmişdir ki, X11 ilə “xxxx” ASCnin arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əlavə (aksessor) müqavilə olmaqla yanaşı “xxxx” ASC ilə şəxs arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin mülki xarakterli olması səbəbindən həmin hissədə iddia tələbinə ümumi məhkəmədə baxılmalıdır. Ona görədə həmin hissədə iddia tələbi mümkün hesab edilməmişdir. İddia tələbinin 1-ci hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, DƏDRX-nin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyester Xidmətinin mütəxəssis, eləcədə məhkəmə texniki və tikinti ekpertinin rəyinə əsasən mübahisə predmeti olan 0,0375 ha torpaq sahəsi İddiaçı ASCnin mülkiyyətində olan 37547 ha torpaq sahəsinin daxilində yerləşir və 0,0375 ha torpaq sahəsi dövlətin mülkiyyətindədir. Həmin torpaq sahəsinin dövlətin mülkiyyətində olması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X20 Xidmətinin məhkəməyə ünvanladığı “dövlət əmlakının Registirində” də öz əksini tapmışdır. Belə ki, “dövlət əmlakının Registirində” sahəsi 225.8 kv.m olan 6 saylı yeməkxana binasının altında yerləşən 375 kv.m torpaq sahəsinin dövlətin, yəni X19 Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olması göstərilmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, Xırdalan Bələdiyyəsi tərəfindən verilən xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncamı qanunsuz əlverişsiz inzibati akt olması səbəbindən ləğv olunmalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX-ti tərəfindən verilmiş çıxarışın ləğv edilməsinin ümumi və ya inzibati məhkəmələr tərəfindən baxılmasına aydınlıq gətirmişdir. Qeyd olunan Qərardan məlum olur ki, DƏDRX-nin tərəfindən çıxarışın verilməsinə əmlak hüquqları, yəni mülki hüquqi əqdlər əsas olduğu tədqirdə həmin Çıxarışın ləğvinə ümumi məhkəmələr, DƏDRXti tərəfindən verilən Çıxarışın verilməsinə əsas inzibati akt olduğu tədqirdə inzibati məhkəmələr tərəfindən baxılır. Hazır ki, iddia tələbindən məlum olur ki, DƏDRX-nin 4 saylı ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyata alınmış Çıxarışın verilməsinə əsas Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncamı və alqı-satqı barədə xx.xx.2006-cı il tarixli aktı olmuşdur. Ona görədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 1 və 2-ci hissəsinə inzibati məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Lakin o da nəzərə alınmalıdır ki, iddia tələbinin birinci hissəsinin 2-ci bəndi Xırdalan Bələbiyyəsi ilə X11 arasında bağlanmış alqı-satqı aktının ləğv edilməsi ilə əlaqədardır. Həmin tələbin Konstitusiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən inzibati qərardan törəmə aktlar inzibati qərarın tərkib hissəsi olduğuna görə mövcud ola bilən mübahisəyə mübahisələndirilən aktla birlikdə inzibati icraat qaydasında baxılmamlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" ƏSASNAMƏ-nin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Həmin Əsanamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Yuxarıda qeyd olunan Əsasnamənin tələblərindən məlum olur ki, bələdiyyə tərəfindən torpağın ayrılması haqqında qərar qəbul edildikdən sonra həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti isə torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydə alarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8,9 və 23-cü maddələrini rəhbər tutaraq torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarından başqa həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı aktını (və ya müqavilə) da tələb edir. Başqa sözlə desək hazırki, iddia tələbi üzrə mübahisəli torpaq sahəsinə dair **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyata alınmasına dair Çıxarışın ləğv edilməsi zamanı Xırdalan Bələdiyyəsi ilə X11 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli “Torpağın alqı-satqısına dair akt” aralıq sənəd rolunu oynayır. Qeyd olunan “Torpağın alqı-satqısına dair akt”ın mülki mühakimə qaydasında baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli Qərarına zidd təşkil edəcək. Məhs bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin 1 və 2-ci tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Eyni zamanda inzibati qərarın ləğvi, onun tamlığını təmin etmək üçün tərtib edilmiş digər törəmə aktların da ləğvinə səbəb olur. Göründüyü kimi Xırdalan Bələdiyyəsi dövlətin balansında olan torpaq sahəsini ayırmaqla qanunsuz və hazır ki, iddia tələbi üzrə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. “İnzibati İcraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inizbati aktı hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. Ona görədə məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin X3 dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncam, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə xx.xx.2006-cı il tarixli akt, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin X3 dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 396 nömrəli sərəncamı, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə xx.xx.2006-cı il tarixli aktı, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X6 mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş xx.xx.2007-ci il tarixli 00076655 nömrəli çıxarış ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-130/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-130/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver