Məhkəmə qərarları › İş №2-1(118)-130/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-130/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-130/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qızı xx.xx.2013-cü il təvəllüdlü Şahmirzəyeva Fatimə Laçın qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qızı xx.xx.2013-cü il təvəllüdlü Şahmirzəyeva Fatimə Laçın qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı xx.xx.2013-cü il təvəllüdlü Faitmədə xx.xx.2015-ci il tarixdı sinir əzələ sindromu diaqnozu, xx.xx.2019-cu il tarixdə X3 müayinədən sonra uşaq serebral iflici, aşağı ətrafların paraparezi diaqnozu, Bakı şəhəri X1 verilən 645 saylı, xx.xx.2019-cu il tarixli çıxarışda isə əsas xəstəlik olaraq uşaq serebral iflici, aşağı ətrafların paraparezi, əsas xəstəliyin ağırlaşması halında isə spastik paraplegiya diaqnozu qoyulmuşdur. Həmin tarixdə o, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı müraciət etmiş, tibb müəssisəsində Forma - 88 adlı elektron sənədi doldurularaq Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmiş, lakin göndərişin natamam doldurulması səbəbindən ona imtina cavabı verilmişdir. Daha sonra uşaq komissiya tərəfindən müayinə olunmuş və yenidən həmin diaqnoz təsdiq edilmişdir. Epikriz əldə edildikdə sonra yenidən cavabdeh orqana müraiət olunmuş, bu dəfə isə mütəxəssislərinin rəylərinin ətraflı yazılması və instrumental müayinələrin dəqiqləşdirilməsi imtinaya səbəb kimi göstərilmişdir. Bununla bağlı iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli N 6DHFN1B0012 saylı sənəddən görünür ki, iddiaçının qızı xx.xx.2013-cü il təvəllüdlü Şahmirzəyeva Fatimə Laçın qızı xx.xx.2022-ci il tarixdən müddətsiz sağlamlıq imkanları məhdud hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və iddiaçının qızı sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qızı xx.xx.2013-cü il təvəllüdlü Şahmirzəyeva Fatimə Laçın qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar