Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1301/2020 17.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 3 saylı Regional ərazi filialına qarşı onun xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə kimi əmək stajını, xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilədək olan ali təhsil müddətinin əmək stajına daxil edilməsi, pensiyasının yenidən hesablanması və hesablanmış pensiyanın xx xxxx 2014-cü il tarixdən ona ödənilməsi, həmçinin Şabran rayonu, Padar kənd orta məktəbində əvəzçilik üzrə işlədiyi 4 aylıq sosial sığorta stajını hesablayaraq əmək pensiyasına əlavə edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 3 saylı Regional ərazi filialına qarşı (DSMF Şabran rayon şöbəsi) iddia qaldıraraq, onun xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə kimi əmək stajını, xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilədək olan ali təhsil müddətinin əmək stajına daxil edilməsi, pensiyasının yenidən hesablanması və hesablanmış pensiyanın xx xxxx 2014-cü il tarixdən ona ödənilməsi, həmçinin Şabran rayonu, Padar kənd orta məktəbində əvəzçilik üzrə işlədiyi 4 aylıq sosial sığorta stajını hesablayaraq əmək pensiyasına əlavə edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Şabran rayonu, Rəhimli kənd orta məktəbində lobarant vəzifəsinə işə qəbul edilmiş və xx xxxxxxxx 1969-cu il tarixə kimi həmin vəzifədə işləmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakultəsinin əyani şöbəsinə qəbul olunması ilə bağlı xx xxxxxxxx 1969-cu ildə işdən azad edilmiş və təhsilə başlamışdır. xx xxxx 1973-cü ildə ali məktəbin əyani şöbəsini bitirmiş və təyinatla Şabran rayon Təhsil şöbəsinə göndərilmişdir. xx xxxxxx 1973-cü ildə Şabran rayonu, Uzunboyad kənd səkkizillik məktəbində müəllimə vəzifəsinə işə qəbul edilmiş, daha sonra Rəhimli kənd orta məktəbinə göndərilmişdir. Daha sonra sovet sədri, məktəb direktoru və müəllim kimi vəzifələrdə işləmişdir. xx xxxx 2014-cü ildə 63 yaşının tamam olması ilə bağlı əmək pensiyasına çıxarılmışdır. \əmək pensiyasına çıxarıldıqdan sonra iki il Rəhimli kənd orta məktəbində müəllim kimi, 4 ay isə əvəzçilik qaydasında Padar kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. Ümumi əmək stajı 48 ildən çox olmuşdur. O, xx xxxx 2014-cü ildə əmək pensiyasına çıxarkən, onun Rəhimli kənd orta məktəbində lobarant vəzifəsində işlədiyi 1 illik müddət və ali məktəbdə təhsil aldığı 4 illik təhsil müddəti əmək stajına daxil edilməmiş və pensiyası hesablanarkən həmin müddətlər nəzərə alınmamışdır. Bundan başqa o əmək pensiyasına çıxarıldıqdan sonra Şabran rayonu, Padar kənd orta məktəbində əvəzçilik üzrə işlədiyi 4 aylıq sosial sığorta stajı hesablanıb onun əmək pensiyasına əlavə edilməmişdir. O,xx.xx.2020-ci il tarixli ərizə ilə DSMF-nin Şabran rayon şöbəsinə müraciət edərək, onun xx.xx.1968-ci ildən xx.xx.1969-cu il tarixə kimi olan əmək stajını, xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilədək olan Ali Təhsil müddətinin əmək stajına daxil edilməsi, pensiyasının yenidən hesablanması və hesablanmış pensiyanın 01iyul 2014-cü il tarixdən ona ödənilməsi ilə bağlı, həmçinin Şabran rayonu, Padar kənd orta məktəbində əvəzçilik üzrə işlədiyi 4 aylıq sosial sığorta stajının hesablanaraq əmək pensiyasına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. DSMF Şabran rayon şöbəsi xx.xx.2020-ci il tarixli cavab məktubunu ona göndərərək təhsil aldığı müddətin əmək stajına daxil edilməsini bildirmiş və hesablanmış pensiyanın xx.xx.2017-ci ildən hesablanmasını qeyd etmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, hesablamanın üç il müddətinə aparılmasına etiraz edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda bildirir ki, 2019-cu ildə pensiya təyinatı ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İyun 2020-ci il tarixli şöbənin pensiya məbləğinin dəyişdirilməsi haqqında müvafiq sərəncamına əsasən vətəndaşın sosial sığorta stajına daxil edilməsini tələb etdiyi dövrlər daxil edilərək əvvəlki üç il üzrə, yəni xx.xx.2017-ci ildən hesablanmaqla ödənişlər aparılmışdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən sığortaolunanların 2006-cı ilin yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapiatlına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 (il tamam olduqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənsaib olaraq hesablanmaqla) manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı ilin 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli qərardadına əsasən “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ xx xxxx 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də tətbiq olunmalıdır. Vətəndaşın pensiya hüququ xx.xx.2014-cü il tarixə yaranmış, xx.xx.2020-ci ildə pensiyanın yenidən hesablanması üçün müraciət etmişdir. Şabran rayon şöbəsi tərəfindən qanunamüvafiq və əsaslı formada tələb olunan illər sosial sığorta stajına daxil edilməklə əvvəlki 3 il üzrə ödəniş barədə qərar verilmişdir. Vətəndaşın ödəni.in 2014-cü ildən aparılmasını tələb etməsi əsassız və qanunun mövqeyinə ziddir. Cavabdehin nümayəndəsi X1 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümmkünsüz edən hər hansı bir hal müəyyən eidlmədiyindən iddia mümkün iddiadır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi onun xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə kimi əmək stajını, xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilədək olan ali təhsil müddətinin əmək stajına daxil edilməsi, pensiyasının yenidən hesablanması və hesablanmış pensiyanın xx xxxx 2014-cü il tarixdən ona ödənilməsi, həmçinin Şabran rayonu, Padar kənd orta məktəbində əvəzçilik üzrə işlədiyi 4 aylıq sosial sığorta stajını hesablayaraq əmək pensiyasına əlavə edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasını istədiyi dövrlər onun sosial sığorta stajına daxil edilmiş və əvvəlki üç il üzrə, yəni xx.xx.2017-ci ildən ödənişlər aparılmışdır. İdiaçı isə bununla razılaşmır, hesab edir ki, xx xxxx 2014-cü ildən aparılmalıdır. Məhkəmə hesab edir ki, iddia əsaslı deyil, inzibati orqan hesablamanı qanunvericiliyin tələblərinə uyğun olaraq aparmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qeyd edilən norma ilə pensiyanın ödənilməsində müddət məhdudiyyəti tətbiq edilərək, xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğu qərara alınmışdır. Beləliklə Ali məhkəmənin qeyd edilən qərardadındakı mövqeyinə görədə əmək pensiyası hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də əmək pensiyası müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusuna yol verilmədiyindən iddiaçının iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçının 2019-cu ildə pensiya təyinatı ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciəti ilə bağlı qeyd edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 1 saylı Regional ərazi filialı olduğundan (DSMF Şabran rayon şöbəsi) pensiyanın ödənilməsi zamanı əsas götürülən müraciət müddəti də həmin orqana edilən müraciət müddətidir. Buna görə də həmin müraciət cavabdeh inzibati orqana edilmiş müraciət kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1301/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1301/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver