Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1302/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/11 ünvanında yerləşən 5 saylı mənzildən yaşamayan və istifadə hüququ olmayan X5 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “ünvan 2 ünvanında yerləşən 5 saylı mənzildən X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 04 fevral 1987-ci il tarixli, 01/127 saylı orderə əsasən işlədiyi yer üzrə halal zəhmət haqqı hesabına Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/11 ünvanında yerləşən 2 otaqlı 5 saylı mənzil ona verilmişdir. Mənzilə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı olaraq övladları - X13, X10 və X3 adları qeyd olunmuşdur. X9 onun keçmiş gəlinidir, o hazırda sözügedən mənzildə yaşamır. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalır. Belə ki, oğlu X10 10 sentyabr 2004-cü il tarixdə X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 2 övladları anadan olmuşdur: 05 fevral 2005-ci il təvəllüdlü X11 və 10 may 2011-ci il təvəllüdlü X8. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən oğlu Seymur Xıdırov ilə Elnurə Muxtarova arasında bağlanmış nikah ləğv edilmiş və birgə nikahlarından olan 05 fevral 2005-ci il təvəllüdlü X11 və 10 may 2011ci il təvəllüdlü X4 ataları X7 himayəsinə verilməsi, Elnurə Muxtarovadan hər ay hər uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Oğlu ilə Muxtarova Elnurə arasında nikah rəsmi qaydada ləğv edilmişdir. Muxtarova Elnurə mübahisəli mənzilə istifadə hüququ olmamasına və həmin mənzildə yaşamamasına baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışdır. Bu faktı təsdiq edən qonşuların iştirakı ilə tərtib edilmiş aktı da ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 sentyabr 2020ci il tarixli qərarına əsasən X5 həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı bağlı Sumqayıt Şəhər Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq göndərilmiş məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədə uyğun olduğu qeyd olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, X5 həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və o mənzildən qeydiyyatdan çıxarılmalıdır. Çünki, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahatında bildirdi ki, iddiaçının oğlu X10 onun keçmiş əridir. Onların arasındakı nikah pozulmuş və uşaqları atalarının himayəsinə verilmişdir. Hal-hazırda iddiaçıya məxsus evdə yaşamır. Qeydiyyata düşmək üçün başqa yer olmadığından həmin evdən qeydiyyatdan çıxmaq istəmir. Sonda üçüncü şəxs X9 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddia ilə əlaqədar heç bir etirazı yoxdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 4 fevral 1987-ci il, 01/127 saylı orderdən görünür ki, ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilə dair İddiaçı order verilmişdir. -Sumqayıt şəhər Məhkəməsinin 2(060)-528/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, X10 ilə X9 arasında 10 sentyabr 2004-cü ildə Sumqayıt şəhər Nikah evində 970 № ilə qeyd olunmuş nikah pozulmuşdur. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 20.05.2021-ci il tarixli və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 birliyinin 1 saylı Mənzil Kommunal sahəsinin 2801 saylı, 13.07.2021 saylı arayışlarından görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/11 ünvanında yerləşən 5 saylı mənzildə İddiaçı və onun ailə üzvləri ilə yanaşı X9 da qeydiyyatdadır. -X6, X12, X17 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- X2 birliyinin 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş 27.05.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/11, mənzil 5də qeydiyyatda olan X9 2019-cu ildən həmin ünvanda yaşamır. -Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 23.02.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının X5 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilə dair İddiaçı order verilmişdir. Həmin mənzildə iddiaçı və onun ailə üzvləri ilə yanaşı keçmiş gəlini X9 da qeydiyyatdadır. Hazırki iş üzrə İddiaçı keçmiş gəlini X1 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 23.02.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs özüdə məhkəmə iclasında verdiyi izahatında mübahisəli mənzildə yaşamadığını bildirmişdir. Eyni zamanda o, müəyyən edilmiş halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/11 ünvanında yerləşən 5 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X5 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/11 ünvanında yerləşən 5 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1302/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1302/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver