Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1302/2022 13.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “X4 ilə Xızı rayonun Fındığan bələdiyyəsi arasında 48 ha torpaq sahəsi ilə bağlı 25 (iyirmi beş) il müdətinə 05 dekabr 2002-ci ildə bağlanmış icarə müqaviləsi əsasında X11 Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-3038 seriyalı (Kod ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon Fındığan Bələdiyyəsi ilə iddiaçının atası X5 arasında bağlanmış 05 dekabr 2002-ci il tarixli müqaviləyə əsasən 48 ha örüş sahəsi 25 il müddətinə atamın icarəsinə verilmişdir.Atam bu barədə 21 aprel 2013cü il tarixli Torpaqdan istifadə hüququna dair Şəhadətnamə almışdır ( JN- 3038 KOD ********) Atası 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda o atasının icarə hüquqlarına vərəsəlik hüquqlarını həyata keçirmək üçün müraciət edəndə məlum olmuşdur ki, şəhadətnamə verilərkən səhv olaraq icarə müddəti 25 il əvəzinə 15 il göstərilmişdir. O bu barədə olan texniki səhvin düzəldilməsi üçün Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdim. Həmin orqan mənim müraciətinə müsbət cavab vermədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Reyestrin nümayəndəsi bildirdi ki, bu səlahiyyət onlarda deyil, bunu yalnız Əmlak Komitəsi edə bilər. Qanunvericiliklə tanış olduqda məlum oldu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi barədə olan AR Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanının 2.1. maddəsinə əsasən, ləğv edilmiş Torpaq Komitəsinin bu səlahiyyətləri Əmlak Komitəsinə verilmişdir. Hazırda Əmlak Komitəsinin hüquqi varisi və onun funksiyalarını yerinə yetirən orqan cavabdehdir. Ona görə də cavabdehə bu barədə yazılı ərizə ilə cavab vermiş və cavabdehin ona xx.xx.2021-cı il tarixli məktub ünvanlayaraq icarə müddətinin bitdiyini bildirərək ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edir. Əvvəla o cavabdehdən atamla bağlanmış müqavilənin müddətinin uzadılmasını deyil, Torpaq Komitəsi tərəfindən verilmiş şəhadətnamədəki texniki səhvin düzəldilməsini xahiş etmiş, cavabdeh isə cavabında ona bildirir ki, icarə müddəti bitdiyi üçün qanunvericiliyə uyğun olaraq yenidən sənədləşdirmə aparmalıdır, Bu cavab təsdiq edir ki, cavabdeh onun ərizəsinin məzmununu düzgün başa düşməmiş, ya da bilərəkdən cavabdan yayınmışdır. Cavabdehin öz imtina məktubunda qanuna etdiyi istinad da səhv olmuşdur. Belə ki, məktubda istinad edilən AR TM-nin 16.4. maddəsində bu tip orpaqların icarə müddətinin adətən 15 il olması göstərilmişdir. Lakin həmin maddi norma icarə müqaviləsinin daha artıq olmasım istisna etməmişdir və bu torpağın mülkiyyətçisinin öz maraqlarına uyğun artırıla və ya azaldıla bilər. Onu da qeyd etdi ki, cavabdehin bu müqavilənin müddətinə hər hansı bir müdaxiləsi yolverilməzdir. Vaxtilə Torpaq Komitəsi səhvə yol verərək icarə müddəti 25 illik olmasına baxmayaraq, şəhadətnamədə bu müddəti 15 il göstərmişdir. İndi onun ərizəsi əsasında cavabdeh bu səhvi aradan qaldırmalı və icarə müddəti 25 il göstərilməklə ona yeni şəhadətnamə verməlidir. Bundan inıtian üçün isə heç bir hüquqi əsas mövcud olmamışdır. Vaxtı ilə Torpaq Komitəsində yol verilmiş bu texniki qüsur hazırda atasından qalma torpağa dair vərəsəlik hüquqlarının qeydə alınmasına maneçilik göstərir. Belə ki, 2002-ci ildə 25 il müddətinə verilmiş icarə torpağın şəhadətnaməsində səhvən icarə müddəti 15 il göstərildiyinə görə belə çıxır ki, guya atasının icarə hüquqlarının müddəti bitmişdır. Amma müqavilə 25 illik olduğu üçün bu icarə hüququnun əsl müddəti 2027-ci ilə qədərdir. Ona görə də onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün bu texniki səhv aradan qaldırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zaLQmodajəo-azı-bfs-il— müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4 maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Bundan əlavə, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3038 nömrəli şəhadətnamə ilə icarə müddəti başa çatdığından hərrac vəya müsabiqənin keçirilməsi üçün bələdiyyəyə müraciət etməyiniz tövsiyyə olunur. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti, DTXK-nin Xızı rayon şöbəsi tərəfindən verilmiş ”Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3038 saylı şəhadətnamənin surəti, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 16 may 2021-ci il tarixli, **********91 saylı imtinası, ünvan ünvanladığı 832 saylı 16 may 2019-cu il tarixli məktubun surəti, Fındığan bələdiyəsinin 05 dekabr 2002-ci il tarixli 12 saylı qərarının surəti, torpaq sahəsinin 25 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2002-ci il tarixli təhkim aktının surəti,DƏDRX-nin 2 saylı ərazi idarəsinin etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum atası X1 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciəti əsasında vərəsəlik işinin açıldığı gündən yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xızı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir: 1) Xızı rayonun Fındığan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin açıq hərrac keçirmədən X2 icarəsinə verilməsi 2) mübahisəli predmeti olan torpaq örüş sahəsi olduğuna görə Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən (yay və qış otlqları,habelə bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri) hüquqi və fiziki şəslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilməli olmasına. Sözügedən dəlillərin əsassızlığı aşağıdakılarla təsdiq olunur. İlk öncə nəzərə alınmalıdır ki, X6 ilə Xızı rayonunun Fındığan bələdiyyəsi arasında bağlanmış 05 dekabr 2002-ci il tarixli icarə müqaviləsi əsasında 48 ha torpaq sahəsi 25 il müddətinə Mövlüd Həmdulla oğlunun icarəsinə verilmişdir. 48 ha torpaq sahəsinə icarə hüquqlarının qeydiyyatdan keçirilməsinə dair ləğv edilmiş DTXK-nin Xızı rayon şöbəsinə müraciət olunmuş, lakin ləğv edilmiş DTXK-nin Xızı rayon şöbəsi tərəfindən Mövlüd Ağamalıyevə verilən ”Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3038 saylı şəhadətnamədə torpağın icarədə olma müddəti 25 il əvəzinə 15 il kimi göstərilmişdir. X5 vəfat etdikdən sonra vərəsəsi buraxılmış texniki səhvin aradan qaldırılması ilə bağlı ləğv edilmiş DTXK-nin hüquqi varisi olan DƏDRX-nə müraciət etmiş, lakin cavabdeh təşkilat yuxarıda qeyd olunan arqumentlərə əsaslanaraq iddiaçının müraciətini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh təşkilatın 1-ci arqumentinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki,hazır ki, iddia tələbin predmeti bağlanmış icarə müqaviləsinin müddətinin artırıması ilə deyil, artıq DƏDRX-nin hüquqi xələfi olmuş Dövlət və Torpaq Xəritəçəkmə Komitəsinin dövlət qeydiyyatına aldığı sənətdə buraxdığı texniki səhfin aradan qaldırılmasından ibarətdir. Belə ki, DƏKÜRX-nin 18 avqust 2021-ci il tarixli müşayət məktubu ilə məhkəməyə təqdim etdiyi xx.xx.2002-ci il tarixli təhkim aktından müəyyən olunur ki, 25 il müddətinə torpaq sahəsinin Mövlud Həmdulla oğluna icarəyə verilməsi ilə razılaşaraq həmin ərazini iddiaçının atasına təhvil vermişdir. Nəzərə alınmalıdır ki, DTXK, o cümlədən onun hüquqi sələfi olan DƏDRX qeydiyyat orqanlarıdır və həmin təşkilatların vəzifəsi yaranmış hüquqları qeydiyyata almaqdan ibarətdir. Başqa sözlə desək DTXK-nin yaranmış hüquqa müdaxilə etmək, yəni müqavilənin qüvvədə olma müddətinin azaltmaq və ya artırmaq hüquqna malik deyil. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqument ilə razılaşmaq olmaz. Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən (yay və qış otlqları,habelə bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri) hüquqi və fiziki şəslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək müəyyən oluna biləcəyi halda 25 il müddətinə icarəyə verilməsinin qanunsuz olduğu ilə bağlı cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, həmin bənddə torpaq sahəsinin bir qayda olaraq on ildən on beş il müddətinə verilə bilməsi öz əksini tapmışdır.Yəni qanunverici həmin müddətin artıq göstərilməsini torpaq icarə müqaviləsinin tərəflərinin iradə ifadəsindən asılı edir. Bununla da həmin normanın imperativ xarakterli olmaması müəyyən olunur. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - “Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin “Sənədlər - əsaslar” qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi qeyd olunan dəyişiklər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbu ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4 ilə Xızı rayonun Fındığan bələdiyyəsi arasında 48 ha torpaq sahəsi ilə bağlı 25 (iyirmi beş) il müdətinə 05 dekabr 2002-ci ildə bağlanmış icarə müqaviləsi əsasında X10 Komitəsi-nin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-3038 seriyalı (Kod ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1302/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1302/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver