Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1306/2022 12.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin X3 qarşı “onun əmək kitabçası üzrə bütün işlədiyi müddətlər nəzərə alınmaqla sosial sığorta stajının yenidən düzgün olaraq hesablanması və ona əmək pensiyasının təyin olunması öhdəliyinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 həvalə edilməsi”nə dair iddiasını inzibati məhkəmə icraatı qaydasında araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin X3 qarşı “onun əmək kitabçası üzrə bütün işlədiyi müddətlər nəzərə alınmaqla sosial sığorta stajının yenidən düzgün olaraq hesablanması və ona əmək pensiyasının təyin olunması öhdəliyinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 həvalə edilməsi”nə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 müvafiq sənədləri təqdim edərək bildirdi ki, iddiaçıya xx.xx.2006-cı il tarixinədək 21 il 9 ay 29 gün sığorta stajı və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2209.11 manat pensiya kapitalı əsasında xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində yaşa görə əmək pensiyasnın təyin edilmişdir, əlavə olaraq ötən dövr üzrə xx.xx.2022-ci il tarixindən hesablanmış fərq məbləği Qanunun 32.1-1-ci maddəsinə əsasən cari pensiyanın üzrəinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Cavabdehin ünamyəndəsi şifahi vəsatət verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarından görsənir ki, iddiaçının tələbi təmin edilmiş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin X3 qarşı “onun əmək kitabçası üzrə bütün işlədiyi müddətlər nəzərə alınmaqla sosial sığorta stajının yenidən düzgün olaraq hesablanması və ona əmək pensiyasının təyin olunması öhdəliyinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 həvalə edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1306/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1306/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver