Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1307/2023 24.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı ““Mercedes Benz 200" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşının rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı ““Mercedes Benz 200" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşının rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o etibarnamə ilə maşın sahibinin adından çıxış edərək «Mercedes Benz 200» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istəyərkən həmin maşına baxış keçirilmiş və 1997-ci il istehsalı olan bu maşının qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində olan ban nömrəsinin iki tərəfindən qaynaq işlərinin aparıldığı müəyyən olunmuşdur. Bu səbəbdən maşının rəsmiləşdirilməsi aparılmamış və həmin maşın rəy verilməsi üçün Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və müayinədən sonra xx.xx.2022-ci il tarixdə rəy verilmişdir ki,həmin maşının ban nömrəsində aparılan qaynaq işlərinin mənə hər hansı bir aidiyyəti yoxdur və maşının qeydiyyata alınması zamanı onun ban nömrəsində qaynaq işi aparılması da qeyd olunmalıdır. Lakin bu faktın araşdırılmasına və maşına dair qeydiyyat işlərinin aparılmasına rəylə icazə verildiyi halda yenə də o, problemlə qarşılaşmışdır və ona bildirilmişdir ki, həmin rəylə rəsmiləşdirməyə icazə verilsə də maşının onu satdığı şəxsin- V.Novruzovun adına sənədləşdirilməsi aparılmayacaqdır. Bu da onun bir vətəndaş kimi hüquqlarının pozulmasına xidmət etmiş və o rəsmi ərizə ilə cavabdehə müraciət edərək «Mercedes Benz 200» markalı 11BG245 dövlət qeydiyyat nişanlı avtomaşının onu satdığı şəxsin adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin ona ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda cavabdeh bundan imtina etmiş, yalnız məhkəmə qərarı olduqdan sonra bunun mümkün olması bildirilmişdir. O, həmin imtina ilə razı deyil və belə hesab edirəm ki, cavabdehin bu hərəkəti qanunsuz hesab olunmalı və onun üzərinə həmin rəsmiləşdirmənin aparılması vəzifə kimi qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı idda ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. - Azərbaycan Respublikası Baş X9 İdarəsinin 11 noyabr 2022-ci il tarixli, 144134- 1222 saylı məktubundan görünür ki, “Mercedes Benz C200 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. - AC № 429995 saylı, 25 avqust 2015-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz C200 minik” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. - 19 fevral 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndən görünür ki, “Mercedes Benz C200 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 tərəfindən X1. - “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” ƏN-Vİİİ 246709 saylı, xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamənin surətindən görünür ki, “Mercedes Benz C200 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən İddiaçı etibar edilmişdir. - 03 oktyabr 2022-ci il tarixli “Nqəliyyat vasitəsinin texniki müayinə aktı”nın surətindən görünür ki, “Mercedes Benz C200” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinə müdaxilə olunaraq qaynaq işlərinin aparılması aşkar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli rəydə qeyd olunmuşdur ki, avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “**********4724” rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. - 19 fevral 2022-ci il tarixli “nəqliyyat vasitəsinin uçot kartokçası”ndan görünür ki, “Mercedes Benz C200” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilin dövlət qeydiyyatına alınması səlahiyyəti BDYPİ-yə aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqanlar tərəfindən tələb təmin edilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu, Xırdalan şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Mercedes Benz C200 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 tərəfindən X1. Qeyd olunan avtomobil “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” ƏN-Vİİİ 246709 saylı, xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə ilə İddiaçı istifadəsinə verilmişdir və o, etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə edir. İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, “Mercedes Benz C200” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********4724 mühərrik nömrəli, WDB2020201A52806 ban nömrəli, şassi birkasız, gümüşü metallik rəngli, 1997-ci il buraxılışlı avtomobilin avtomobilin texniki müayinəsi zamanı ban nömrəsi ətrafında qaynaq işləri aparılması aşkar edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün BDYPİ tərəfindən üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilvasitə tabe olan YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından həmin avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması əsas kimi göstərilmişdir. Lakin yuxarıda adı qeyd olunan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 may 2022-ci il tarixli 22/833a nömrəli tədqiqat haqqında arayışından görünür ki, «Nissan Sünny» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «MDHBN7AD9JG635473» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin ban nömrəsinin ətrafında qaynaq işləri aparılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı avtomobildə aşkar edilmiş qüsur faktında, həmçinin avtomobildə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar edilməmişdir. Odur ki, toplanmış materialda cinayət tərkibi olmadığından qeyd edilən fakt üzrə cinayət işi başlanması rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda adı qeyd olunan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sözügedən nəqliyyat vasitəsini satan şəxsin, habelə həmin nəqliyyatı etibarnamə əsasında idarə edən şəxslərin əməllərində hər hansı cinayət tərkibinin olduğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Mercedes Benz 200" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılaraq rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Mercedes Benz 200" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılaraq rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1307/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1307/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver