Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1308/2023 02.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Corat qəsəbəsi, ev 273 ərazisində yerləşən ümumi sahəsi 88.1 kv metr olan fərdi yaşayış evinin **********02293 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Corat qəsəbəsi, ev 273 ərazisində yerləşən ümumi sahəsi 88.1 kv metr olan fərdi yaşayış evinin **********02293 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana rəsmi məktub ilə müraciət edərək xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 273 ərazisində yerləşən ümumi sahəsi 88,1 kv metr olan fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması, ondan öncəki mülkiyyətçinin abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehin yerli qurumlarına müraciət edilməsinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonentin iddiaçının adına rəsmiləşdirilmədiyi bildirilmişdir. Ona görə də iddiaçı mülkiyyətində olan həmin yaşayış evinin **********02293 saylı abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsi barədə rəsmi məlumat verməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, sözügedən ünvana məxsus **********02293 nömrəli abunə kodu üzrə istehlak edilmiş və dəyəri ödənilməmiş elektrik enerjisinin borcunun ödənişi təmin edildikdən sonra reqlamentə uyğun təqdim ediləcək sənədlər əsasında müraciətə yenidən baxılacaqdır. İddiaçı həmin imtinanı əsassız hesab edir. Belə ki, mənzilin mülkiyyətçisinin dəyişməsinə baxmayaraq həmin mənzilə verilmiş abonent kodunun keçmiş mülkiyyətçinin adından onun adına dəyişdirilməsi xahiş edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya məxsus **********02293 nömrəli abunə haqqında cədvəli təqdim edərək həmin abonent kodunun iddiaçının adına keçirildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (67.3.). Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi **********02293 nömrəli abunə haqqında cədvəldən müəyyən olunur ki, cavabdeh "xxxx" ASC iddiaçının müraciətini təmin etmiş, abonent kodunu onun adına rəsmiləşdirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi öz həllini tapdığından məhkəmədə baxıla bilməz. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Corat qəsəbəsi, ev 273 ərazisində yerləşən ümumi sahəsi 88.1 kv metr olan fərdi yaşayış evinin **********02293 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1308/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1308/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver