Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-131/2020 11.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X9 oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X4rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən B-2335 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən B-2335 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri idarəyə təqdim etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2019-cu il tarixli bildirşlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində müxtəlif, bir-biri ilə əlaqədar olmayan əsaslar gətirməklə qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Cavabdeh ilk növbədə bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərin sənədlərə uyğunluğunu yoxlamaq üçün torpaq sahəsinin müayinə edilməsi zamanı torpaq sahəsinin təyinatına uyğun istifadə edilmədiyi və orada qeyri-yaşayış binasının tikildiyi məyyən olunmuşdur. Bu halda cavabdeh qeyd etmişdir ki, torpaq sahəsi təyinatı üzrə istifadə olunmur. Sual olunur ki, torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün təqdim olunmuş və torpaq sahəsinin məqsədli təyinatı müəyyən olunmuş halda həmin torpaq sahəsində yerləşən tikilinin qeyri yaşayış sahəsi olubolmaması necə müəyyən olunur və yaxud bu müəyyən olunsa belə torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina üçün əsas hesab oluna bilərmi? Əlavə olaraq imtina bildirişində cavabdeh qeyd edir ki,torpaq sahəsi qonşu torpaq sahəsi ilə 0.0024 ha ölçüdə üst-üstə düşür və yekun olaraq bildirilir ki, torpaq sahəsinin alqı-satqı aktı və həmçinin Memarlıq və Şəhərsalma idarəsinin rəyi təqdim olunmamış, arxiv sənədləri isə Bələdiyyə tərəfindən ərazi idarəsinə təhvil verilməmişdir. Hüquqların qeydiyyatı üçün təqdim etdiyi sənədlərdə bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə mövcuddur. Qeyd edilən sənəd özü-özlüyündə bağ sahəsi üzərində hüququn qeydiyyatı üçün əsasdır. Həmçinin, cavabdehin torpaq sahəsinin bir hissəsinin qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyünü səbəb gətirərək hüquqların qeydiyyatından imtina etməsi də qərəzlidir. Əgər belə hal həqiqətən də müəyyən olunubsa da belə ,bu, həmin torpaq sahəsinin qalan hissəsi üzərində hüququnun qeydiyyata alınması üçün maneə kimi müəyyən oluna bilməz. Cavabdeh bir-biri ilə zidd əsaslar gətirərək hüququn qeydiyatından imtina etmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən B-2335 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman və yerində müayinə baxışı zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, 2 saylı X6 mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Müayinə zamanı torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi, torpaq sahəsi üzərində qeyri-yaşayış binasının inşa edildiyi, qeyri-yaşayış binasına dair müvafiq sənədlərin ərizəyə əlavə edilmədiyi, torpaq sahəsinin təyinatından kənara çıxılmaması barədə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, elektron kadastr baza məlumatlarının araşdırılması zamanı 0,0024 ha torpaq sahəsinin qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyü, müraciətə alqı-satqı aktının, İH Memarlıq və Şəhərsalma İdarəsinin rəylərinin əlavə edilmədiyi, B-2335 nömrəli bağ sahəsinə dair arxiv əsaslarının Sumqayıt Bələdiyyəsi tərəfindən 2 saylı Ərazi idarəsinə təhvil verilmədiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, "Corat" bağlar ərazisində yerləşən, B-2335 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə ona xx.xx.2019-cu il tarixli **********56 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən cavabdeh təşkilat iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının vəkili və nümayəndəsi Vüsal Mirzəyev ona məhkəmə tərəfindən hüquqi yardım məqsədi ilə təklif olunmuş iddia tələbinə dəqiqləşdirmə verməkdən imtina edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə dair iki hüquq müəyyənedici sənəd mövcuddur və iddiaçının tələbi ondan ibarətdir ki, istər“Corat" bağları ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan B-2335 saylı bağ torpaq sahəsinə dairSumqayıt Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 6 saylı iclasının qərarı, istərsədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Kommunal X1 Bağ təsərrüfatı sahəsi ilə İddiaçı arasında bağlanılmış xx xxxxxxxx 2002-ci il tarixli 13642 saylı “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilə əsasında onun torpaq sahəsinə mülkiyyət hüququ qeyd alınsın. Cavabdeh təşkilatın nümayəndəsi X3 etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli **********56 nömrəli imtina məktubuna əsasən müəyyən edilir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman və yerində müayinə baxışı zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, 2 saylı X6 mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilmiş, müayinə zamanı torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi, torpaq sahəsi üzərində qeyri-yaşayış binasının inşa edildiyi, qeyri-yaşayış binasına dair müvafiq sənədlərin ərizəyə əlavə edilmədiyi, torpaq sahəsinin təyinatdan kənara çıxılmaması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilmədən nəzərə alınmamışdır. Bundan başqa, elektron kadastr baza məlumatlarının araşdırılması zamanı 0,0024 ha torpaq sahəsinin qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyü, müraciətə alqı-satqı aktının, İH memarlıq və Şəhərsalma İdarəsinin rəylərinin əlavə edilmədiyi, b-2335 nömrəli bağ sahəsinə dair arxiv əsaslarının Sumqayıt bələdiyyəsi tərəfindən ərazi idarəsinə təhvil verilmədiyi aşkar edilmiş, qeyd edilənləri nəzərə alaraq iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt filialının xx.xx.2018-ci il tarixli 50 nömrəli məktubu ilə təqdim edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Kommunal X1 Bağ təsərrüfatı sahəsi ilə İddiaçı arasında bağlanılmış xx xxxxxxxx 2002-ci il tarixli 13642 saylı “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilədən görünür ki, Sumqayıt şəhəri Corat bölgəsində B-2335 nömrəli 0,12 ha bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə “Corat" bağları ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan B-2335 saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Sumqayıt Bələdiyyəsi Məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli 1362 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, həqiqətən də Sumqayıt şəhər İcra Hakimiyyətinin Kommunal X1 Bağ təsərrüfatı sahəsi ilə İddiaçı arasında bağlanılmış xx xxxxxxxx 2002-ci il tarixli 13642 saylı “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən “Corat” bağları ərazisində yerləşən.sahəsi 1200 kvadrat metr olan B- 2335 saylı bağ torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Eyni zamanda Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə “Corat" bağları ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan B-2335 saylı bağ torpaq sahəsi Elxan Əli-ağa oğlunun mülkiyyətinə verilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin müddəalarına əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Lakin həmin Qanunun 25-ci maddəsinin üçüncü cümləsində birbaşa qeyd edilmişdir ki, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu səbəbdən həmin dövrdə sözügedən Qanunun 9-cu maddəsinin qüvvəsi yalnız 2001-ci il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarının fiziki şəxslərin icarəsinə ayırdığı bağ sahələrinə münasibətdə tətbiq edilirdi. 2001-ci il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarının fiziki şəxslərin icarəsinə ayırdığı bağ sahələri isə bələdiyyə mlkiyyətinə verilmiş torpaq sahələri hesab edilir və bu torpaqların mülkiyyətə alınması müvafiq bələdiyyələrin qərarı və onlarla torpağın icarəçisi arasında bağlanılan alqı-satqı aktları əsasında həyata keçirilirdi. Məhz bu səbəbdən xx xxxxxxxx 2002-ci il tarixli, 13642 saylı “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı icarəsinə verilmiş “Corat” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan B-2335 saylı bağ torpaq sahəsinin özəlləşdirilə bilən 700 kvadrat metr hissəsi Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 6 saylı iclasının qərarı ilə İddiaçı mülkiyyətinə verilə bilərdi. Ancaq xx xxxxxx 2008-ci il tarixli 537-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə 4-cü cümlə əlavə edilmişdir ki, həmin əlavədə bu Qanunun 9-cu maddəsinin müddəalarının 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edildiyi müəyyən edilimişdir. Bununla da "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 25-ci maddələri arasındakı ziddiyyətlərə son qoyulmuşdur. Həmçinin, məhkəmənin nəzərinə çatdırırıq ki, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 6 saylı iclas qərarının bələdiyyədə saxlanılan nüsxəsi saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verildiyindən, tərəfimizdən həmin qərarın və onun verilməsinə əsas olmuş sənədiərin araşdırılaraq bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin məhz xx xxxxxxxx 2002-ci il tarixli, 13642 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş “Corat” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan B-2335 saylı bağ torpaq sahəsi, yaxud həmin bağ sahəsinin daxilində yerləşən əlavə torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının vəkilinin və cavabdeh təşkilatının nümayəndəsinin izahatlarını dinləyərək, işüzrə toplanmış materiallarını tədqiq edərək vəaraşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə iddianın dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini Məhkəməyə təqdim etməmişdir. İddiaçı Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən B-2335 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir, lakin qanunvericliyiə uyğun olaraq tələb edilən hüquqmüəyyənedici sənədləri təqdim etməməklə yanaşı iş materiallarında olan sənədlərin tədqiqi zamanı əhəmiyyətli ziddiyətlər aşkar edilmişdir. Məhkəmə bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinadən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün bələdiyyələrin onlara məxsus olan, yəni mülkiyyətlərində olan daşınmaz əmlak barədə qərar vermələri şərtdir. Bu da o deməkdir ki, əgər bələdiyyə, onun mülkiyyətində olduğunu irəli sürdüyü torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının başqasına keçməsi barədə hüquqi akt qəbul edirsə, əvvəlcə sözügedən torpaq sahəsinin ona məxsus olması haqqında mülkiyyət sənədinə malik olmalıdır. Lakin faktiki olaraq iş materiallarının tədqiqi ilə təsdiq olunur ki, eyni nomrəli bağ sahəsinə dair iddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal X1 Bağ Təsərrüfatı arasında torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə mövcud olmuşdur. Bu mənada, həmin müqavilə qüvvədə olduğu halda, iddianın faktiki əsası olaraq Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına istinad oluna bilməz. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin, iddiaçının istinad etdiyi iki hüquqüəyyənedici sənəddə eyni nömrəli torpaq sahəsinin ölçüləri və kordinatları ilə bağlı qeyri-müəyyənlik mövcuddur və iddiaçı eyni torpaq sahəsinə dair verilmiş olan hüquqmüəyyənedici sənədlərdən məhz hansına istinadən hüquqlarının qeydə alınması üçün müraciət etməsinə dair dəqiqləşmə verilməsi ilə bağlı məhkəmənin izahlarına heç bir dəqiqləşmə verməmişdir. Eyni zamanda da, məhkəmə araşdırması ilə, Sumqayıt Bələdiyyəsi tərəfindən mübahisəli bağ sahəsinin iddiaçının mülkiyyətinə verilməsi zamanı onun mülkiyyətində olmasını təsdiq edən sənədlərin təmin edilməsi mümkün olmamış, Sumqayıt Bələdiyyəsi tərəfindən B-2335 nömrəli bağ sahəsinə dair arxiv əsaslarının 2 saylı X8 təhvil verilmədiyi aşkar olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən müraciətə alqı-satqı aktının, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəyinin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən B-2335 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 2 saylı X8 həvalə edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-131/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-131/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver