Məhkəmə qərarları › İş №2-1(118)-131/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-131/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-131/2025 15.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı “Azərbaycan Respublikası Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 15 nömrəli qərarına əsasən, həmin bələdiyyənin balansında olan torpaq sahəsindən tikinti məqsədilə iddiaçıya ayrılmış 1.0 ha torpaq sahəsindən Bakı-Quba-Rusiya Federasiyasına gedən magistral yolun mühafizə zolağına düşmüş 0.7008 ha torpaq sahəsinə hesablanmış kompensasiya məbləğinin, iddiaçıya dəymiş olan ziyanın və əldə edə bilmədiyi mənfəət məbləği olan 100000 (yüz min) manat pul miqdarının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 15 nömrəli qərarına əsasən, həmin bələdiyyənin balansında olan torpaq sahəsindən tikinti məqsədilə iddiaçıya ayrılmış 1.0 ha torpaq sahəsindən Bakı-Quba- Rusiya Federasiyasına gedən magistral yolun mühafizə zolağına düşmüş 0.7008 ha torpaq sahəsinə hesablanmış kompensasiya məbləğinin, iddiaçıya dəymiş olan ziyanın və əldə edə bilmədiyi mənfəət məbləği olan 100000 (yüz min) manat pul miqdarının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 15 nömrəli qərarına əsasən, həmin bələdiyyənin balansında olan torpaq sahəsindən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi ayrılmış, tərəflərin iştirakı ilə xx.xx.2007-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanaraq xx.xx.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsində № 833 nömrə ilə qeydiyyata alnımışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da iddiaçı tərəfindən 900 manat ödəniş edilmişdir. 2018-ci il tarixdə, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən dövlət layihəsi çərçivəsində istifadəsində olan 0.7008 ha torpaq sahəsi qanunsuz olaraq zəbt edilmiş və hazırda həmin ərazidən Bakı-Quba-Rusiya Federasiyasına gedən magistral yolu keçməkdədir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ancaq, xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubu ilə ərizəyə imtina cavabı verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, iddiaçıya ayrılan torpaq sahəsinin 0.7008 ha hissəsi Bakı-Quba-Rusiya Federasiyasına gedən magistral yolun mühafizə zolağına düşdüyü müəyyən olunduğundan, çıxarışın verilməsindən imtina edilmişdir. Həmin imtina məktubunun surətini ərizəyə əlavə edir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək, zəbt olunmuş torpaq sahəsi üçün müəyyən olunmuş kompensasiya məbləği tələb etsə də, cavabdeh orqan həmin torpaq sahəsi üzərində hüquqlarını müəyyən edən sənədlərin notarial qaydada təsdiqli surəti təqdim olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. Bundan əlavə cavabdeh orqan alınmaya məruz qalmış torpaq sahəsinə görə hesablanmış kompensasiya məbləğini açıqlamaqdan da imtia edir. Hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş əvvəlki şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir, eyni zamanda cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X6 tərəfindən iddiaya qarşı yazılı münasibət təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: cavabdehin xx.xx.2019-cu il tarixli, T-3/16-5038 saylı; T-3/16-149 saylı, xx.xx.2020-ci il tarixli; ********* saylı, xx.xx.2022-ci il tarixli məktubları; 17 saylı, xx.xx.2007-ci il tarixli qəbz; Siyəzən rayon Zarat bələdiyyəsinin 15 saylı, xx.xx.2005-ci il tarixli qərarı; DT və XK-nın Siyəzən rayon Şöbəsinin rəyi; torpaqların alqı-satqısına dair akt; A №021201 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və digər sənədlər.

4. İddianın növü və mümkünlüyü

İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddianın mümkünlüyünü istisna edən hal yoxdur. İddia mümkün iddiadır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi Siyəzən rayon Zarat bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçı ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən əvvəlcədən, torpaq sahəsinin ona satılması müqabilində 900 manat məbləğində pul Siyəzən rayon Zarat bələdiyyəsinin hesabına ödənilmişdir. Buna dair iddiaçının adına A №021201 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. Cavabdeh tərəfindən “Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin aparılması zamanı qeyd edilən torpaq sahəsinin 0.7008 ha hissəsi “Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi altına düşmüşdür. İddiaçı ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3 müraciətini təmin etməmişdir. İddiaçı hal-hazırda ona kompensasiya ödənişinin edilməsi iə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya dəymiş zərərin ödənilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Məhkəmə cavabdeh orqanın imtinasının əsası kimi göstərdiyi dəlilinə münasibətdə bildirir ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mübahisə predmeti olan Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi Siyəzən rayon Zarat bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 15 saylı qərarı ilə ona satılmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Zarat bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 15 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün alınan, ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin iddiaçıya ünvanladığı məktubunda, kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən torpaq sahəsi ilə bağlı rəsmi sənədlərin təqdim edilməməsi qeyd edilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər olan, Siyəzən rayon Zarat bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 15 saylı qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş rəy, torpağın alqı-satqısına dair Akt mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənədlərdir. Məhkəmə eyni zamanda iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna Siyəzən rayon Zarat bələdiyyəsinin 76 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Fəaliyyət göstərdiyi 2000-2008-ci ilə kimi bələdiyyəyə aid olan bütün sənədlər naməlum səbəbdən yoxa çıxmışdır; bu səbəbdən də X1 aid olan arxiv sənədlərini Sizə təqdim edə bilmirik. Sənədlərin itməsi ilə bağlı xx.xx.2011-ci il Siyəzən Rayon Məhkəməsinin Hökmündə qeyd edilmişdir”. Məhkəmə qeyd edir ki, sözügedən hal iddiaçının məsuliyyətinə səbəb olan hal kimi, iddiaçının təqsiri kimi qiymətləndirilməməlidir. Beləliklə, cavabdeh tərəfindən torpaq sahəsinə edilən müdaxilə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Məcəllənin 246.3-cü maddəyə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məcəllənin 1100-cü maddəsində qeyd edilmişdir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qanunun 2.1-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 3.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Qanunun 3.2-ci maddəsinə görə torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunun 4.2-ci maddəsinə görə Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 5.1-ci maddəsinə görə istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2-ci maddəyə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Qanun 73-cü maddəsinə görə bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Qanunun 23-cü maddəsinə əsasən Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. Qeyd edilən Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Qanunun 55.2-ci maddəsinə əsasən Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. İnzibati işin tam və hərtərəfli araşdırılmasının təmin edilərək, Siyəzən rayon Zarat bələdiyyəsinin 15 aprel 2005-ci il tarixli, 15 saylı qərarı iddiaçıya ayrılmış Siyəzən rayon, Zarat kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin “Bakı-Quba avtomobil yolu” nun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mütəxəssis rəyinin verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Qeyd edilən İdarənin 10 yanvar 2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Siyəzən rayon Zarat bələdiyyəsinin 15 saylı, 15 aprel 2005-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Siyəzən rayonu, Zarat kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.7008 ha hissəsi “Bakı-Quba avtomobil yolu”nun tikintisi altına düşür. Torpaq sahəsinin 0.7008 ha hissəsi yolun tikinti altına düşür, 0.2991 ha hissəsi isə yolun tikinti altı sahəsindən kənarda yerləşir. Həmin torpaq sahəsinin 0.2751 ha hissəsi “Bakı-Quba avtomobil yolu”nun mühafizə zolağına, 0 4258 ha hissəsi isə təhkim zolağına düşür. Sözügedən avtomobil yolunun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fəaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsini qismən itirmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin “Bakı-Quba avtomobil yolu”ndan kənarda yerləşən hissəsinə sərbəst giriş-çıxış mümkündür. Məhkəmə qeyd edilən torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bakı- Quba avtomobil” yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 08 may 2023-cü il tarixli, 11-1/2-34xx-xx/2023 saylı məktubuda 2017-2019-cu illərdə həmin ərazidə həyata keçirilmiş layihə çərçivəsində xüsusi mülkiyyətdə olan əkin sahələri 1 ha üçün -15000 manat kimi qiymətləndirilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə əsasən, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Belə ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular ünvanlamış və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11-1/2-95xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş alqısatqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 0.2775 ha torpaq sahəsi 8325 manata satılmış, xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 1.0 ha torpaq sahəsinin 0.48504 ha hissəsi 14551 manat 20 qəpiyə satılmış, xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 0.618456 ha torpaq sahəsi 18553 manat 68 qəpiyə satılmış, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 0.618674 ha torpaq sahəsi 18560 manat 22 qəpiyə satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3 ən yüksək qiyməti seçməklə, o cümlədən xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 0.2775 ha torpaq sahəsi 8325 manata, xx.xx.2019-cu il tarixli, AN- İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 1.0 ha torpaq sahəsinin 0.48504 ha hissəsi 14551 manat 20 qəpiyə, xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Zarat kəndində 0.618456 ha torpaq sahəsi 18553 manat 68 qəpiyə satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 27 sot 8325 manat, 2-ci – 4 sot 14551 manat 20 qəpiyə, 3-cü – 3 sot 4.500 manat olmaqla, 1 sotun orta qiyməti təqribən 300 manat edir. İddiaçının mülkiyətində olan torpaq sahəsinin 0.7008 ha hissəsinin “Bakı-Quba avtomobil yolu”nun tikintisi altına düşdüyünü nəzərə alaraq, torpaq sahəsinin 0.01 ha hissəsinin qiyməti 300 manat təşkil edəcəkdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 21.024 manat məbləğindədir . Eyni zaman iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanın təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası qismən, Azərbaycan Respublikası Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 15 nömrəli qərarına əsasən, həmin bələdiyyənin balansında olan torpaq sahəsindən tikinti məqsədilə iddiaçıya ayrılmış 1.0 ha torpaq sahəsindən Bakı-Quba-Rusiya Federasiyası magistral yolun tikinti altına düşmüş 0.7008 ha torpaq sahəsinə hesablanmış kompensasiya məbləğinin ödənilməsi hissəsində əsassız olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Eyni zamanda iddiaçının tələbi əldən çıxmış fayda hissəsində qanunun tələblərinə uyğun olmadığından, həmin hissədə cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 15 nömrəli qərarı əsasında tikinti məqsədilə iddiaçıya ayrılmış 1.0 ha torpaq sahəsinin Bakı-Quba-Rusiya Federasiyasına gedən magistral yolun tikinti altına düşmüş 0.7008 ha hissəsi üçün - 21.024 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin qismən edilsin. Azərbaycan Respublikası Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 15 nömrəli qərarı əsasında tikinti məqsədilə iddiaçıya ayrılmış 1.0 ha torpaq sahəsinin Bakı-Quba-Rusiya Federasiyasına gedən magistral yolun tikinti altına düşmüş 0.7008 ha hissəsi üçün - 21.024 manat pul kompensasiyasının İddiaçı ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar