Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1310/2022 07.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “17.07.2018-ci ildə Sumqayıt şəhərində X3 doğulmuş X4 doğumunun qeydə alınması öhdəliyinin və ona müvafiq doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin, doğum haqqında akt qeydində ata qrafasında İddiaçı, ana qrafasmda X9, uşağın cinsiyyəti qrafasında qadın, milliyyəti qrafasında azərbaycanlı, uşağın adı qrafasmda Əsmər, soyadı qrafasında Namazova, ata adı qrafasında Xəyyam, doğulduğu yer qrafasmda Sumqayıt, ananın milliyəti qrafasında azərbaycanlı, atanın milliyəti qrafasında azərbaycanlı, ananın yaşı qrafasmda 23 kimi qeyd edilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və faktiki nikah münasibətlərində olub ailə həyatı yaşadığı X5 birgə faktiki nikahdan üç övladı var, 29.12.2012-ci il təvəllüdlü X8, 27.09.2014-cü il təvəllüdlü X11 və 17.07.2018-ci il təvəllüdlü X10. O və X5 faktiki nikahı dövlət qeydiyyatına alınmayıb, rəsmi nikahları yoxdur. Həyat yoldaşı X2 Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırda həyat yoldaşı X5 xarici pasportu etibarsızdır, etibarlılıq müddəti bitmişdir, şəxsiyyət vəsiqəsi də etibarsızdır, etibarlılıq müddəti bitmişdir, şəxsiyyət vəsiqəsi Gürcüstan Respublikasında valideynlərinin evindədir. Digər hər hansı rəsmi sənədi yoxdur. Həyat yoldaşı X5 xarici pasportunu və doğum haqqında şəhadətnaməsini və onların azərbaycan dilinə tərcüməsini (sənədin etibarlılıq müddəti bitdiyi üçün notarial təsdiq edilmir) hazırlıq iclası zamanı məhkəməyə təqdim edəcəkdi, eyni zamanda uşaqların doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətlərini bu ərizə ilə birlikdə məhkəməyə təqdim etmişdir. İddiaçı 28.01.2022-ci tarixdə qeydiyyat orqanına müraciət edib uşağının doğumunun qeydə alınmasını xahiş etmiş, uşağın anasının şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddəti bitdiyi üçün ananın şəxsiyyətini təsdiq edən sənədlər ondan qəbul edilməmişdir və cavab olaraq bildirilmişdir ki, ananın şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün müraciətə baxılması mümkün deyil. 17.07.2018-ci il təvəllüdlü övladı X10 üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmayıb, çünki həmin tarixdə həyat yoldaşı X5 şəxsiyyətini təsdiq edən sənədlərin etibarlılıq müddəti bitmişdir və təəssüf ki, nikahları rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır və bu səbəbdən qeydiyyat şöbəsi uşağın doğumunun qeydə alınmasından imtina edib. Uşaq 2018-ci ildə doğulub. İddiaçı nikahın rəsmi qeydə alınması üçün tədbirlər görməməklə səhvə yol vermiş, buna görə hazırda olduqca peşmandır, lakin hesab edir ki, onun səhvinə görə övladı zərər görməməlidir, onun bağçaya getməsi, Azərbaycan Respublikasının vətəndaşı kimi bütün hüquqlarından istifadə edə bilməsi üçün doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmalıdır. Uşağın hüquqlarının təmin olunması üçün ona doğum haqqında şəhadətnamə verilməsi zəruridir. Doğum haqqında tibbi şəhadətnamə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi vasitəsilə hazırlanır, uşağın müəyyən vaxtda və müəyyən şəraitdə, kimdən, harada doğulması faktını təsdiq edir və bir sıra digər tibbi təsdiqedici faktları özündə ehtiva edir, cavabdeh tərəfındən verilən məlumata görə, əgər ananın şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddəti bilməsəydi, qeydiyyat şöbəsi tərəfindən uşaq haqqında akt qeydi tərtib edilərdi. Nəticə etibarilə bu bir daha sübut edir ki, doğum haqqında tibbi şəhadətnamə uşağın doğum faktını təsdiq edən rəsmi sənəddir . Ailə məcəlləsinin 22-ci fəsli doğumun qeydə alınması ilə bağlı münasibətləri tənzim edir və həmin fəslin bütün müddəaları uşağın mənafeyinə uyğun təsbit edilmişdir, həmin müddəaların tələblərinə görə, mən uşağın atası olduğu üçün xahiş edir ki, övladımın hüquqları təmin edilsin və ona şəxsiyyət vəsiqəsi almaq üçün doğumu dövlət qeydiyyatına alınsın, bu baş verdikdən sonra uşağın anası ilə birlikdə o, hər üç övladı ilə birlikdə dövlət sərhəddini keçib Gürcüstan Respublikasında uşağın anası üçün bütün sənədləri əldə edə bilər, hazırda qızı X4 şəxsiyyət vəsiqəsi olmadığı üçün, onunla birlikdə sərhəddi keçə bilmər, övladını Azərbaycanda başqasına əmanət edib getmək olmaz, cəmi üç yaşı var, anasından ayrı bir müddət qalması da həmçinin mümkün deyil, uşağın mənafeyi hesab edir ki, istənilən vəziyyətdə üstün tutulmalıdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, 17.07.2018-ci ildə Sumqayıt şəhərində doğulmuş X4 doğumunun qeydə alınması və ona müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi Təranə Novruzova iddia tələbinin qismən qəbul edərək bildirmişdir ki, uşağın anası Gürcüstan Respublikası oldğuğuna və onun şəxsiyyətini müəyyən edən pasportun qüvvədə olma müddəti bitdiyinə görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil. İş üzrə qanuni qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdehin 28.01.2022-ci il tarixli imtina məktubu, doğum haqqında tibbi şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətləri, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı övladı 17.07.2018-ci il təvəllüdlü X6 doğum haqqında şəhadətnamə almaq niyətindədir. İddiaçının X9 ilə rəsmi nikahları yoxdur. X2 Respublikasının vətəndaşıdır. X1 xarici pasportunun və şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir, onun şəxsiyyət vəsiqəsi Gürcüstan Respublikasında valideynlərinin evində qalmışdır. İddiaçı qeydiyyat orqanına müraciət edib uşağının doğumunun qeydə alınmasını xahiş etmiş, lakin uşağın anasının şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddəti bitdiyi üçün ananın şəxsiyyətini təsdiq edən sənədlər ondan qəbul edilməmiş və cavab olaraq bildirilmişdir ki, ananın şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün müraciətə baxılması mümkün deyil. Tərəflərin faktiki nikahdan Əsmərdən başqa 2 övladı var və onlara anasının şəxsiyyətinin müəyyən edən sənədin etibarlıq müddəti bitmədiyi ərəfədə doğum haqqında şəahdətnamə verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəmə qaydasında övladı Əsmər Namazovaya doğum haqqında şəhadətnamənin verilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.7. Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının övladı X4 17.07.2018-ci il tarixdə Sumqayıt şəhərində doğulması ilə bağlı kifayət qədər əsaslar olduğundan, bu faktın yenidən müəyyən edilməsinə zərurət yoxdur. Əsmər Xəyyam qızının 17.08.2018-ci il tarixdə Sumqayıt şəhəri 2 saylı Doğum Evində doğulması faktını iş materiallarına əlavə edilmiş Doğum haqqında tibbi şəhadətnaməsinin təsdiqlənmiş surətindən sübuta yetirilir. Uşaq Azərbaycan Respublikasında doğulduğuna görə və anasının rəsmi sənədləri ilə bağlı heç bir etibarlı sənəd təqdim edilmədiyi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsi doğumun qeydiyyatını məhkəmə qərarı əsasında aparmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının müraciəti təmin edilərək uşağa doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, 17.07.2018-ci ildə Sumqayıt şəhərində doğulmuş X4 doğumunun qeydə alınması və ona müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 17.07.2018-ci ildə Sumqayıt şəhərində doğulmuş X4 doğumunun qeydə alınması və ona müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1310/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1310/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver