Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1313/2022 20.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Xurel kəndində yerləşən Qusar rayonu Aqrar islahat komissiyasının 1997-ci il 11 dekabr tarixli 17/2 saylı qərarı ilə ayrılmış 1.31 ha-dan ibarət həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Kadastr və Reyestri Publuk Hüquqi Şəxsin 5 saylı Xaçmaz ərazi İdarəsi üzərinə vəzifə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Qusar rayonu, Xurel kəndində yerləşən Qusar rayonu Aqrar islahat komissiyasının 1997-ci il 11 dekabr tarixli 17/2 saylı qərarı ilə ayrılmış 1.31 ha-dan ibarət həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Kadastr və Reyestri Publuk Hüquqi Şəxsin 5 saylı Xaçmaz ərazi İdarəsi üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Xurel kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 21 yanvar 2021-ci tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Dövlət Reysteri xidmətinin 5 saylı Xaçmaz ərazi dairəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından 31 yanvar 2022-ci il tarxli bildirşlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində müxtəlif, bir-biri ilə əlaqədar olmayan əsaslar gətirməklə qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, Qusar rayonu Xurel kəndi ərazisinde yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastırı ve X4 şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsinə həmin Daşınmaz Əmlaka dair sənədlərə baxılmışdır.Ərizəyə əlavə olunmuş JEN-26 nömrəli “Torpağa Mülkiyyət hüququnu dair Dövlət aktı" ərazi idarəsi tərəfindən araşdırılmışdır.Qeyd olunan JN-26 nömrəli "Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında 0.75 ha kimi qeydə alnımışdır. "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Yuxarıda göstərdiyi kimi torpaq sahəsi bələdiyyə tərəfindən mülkiyyətinə məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq iddiaçıya təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli orqanların iştirakı və imzası ilə (həmçinin müvafiq memarlıq xidmətinin səlahiyyətli şəxsinin imzası ilə) tərtib edilmişdir. Torpaq sahəsinin alınması ilə bağlı iddiaçı tərəfindən Saray bələdiyyəsinin hesabına müəyyənləşdirilmiş pul ödənilmişdir. Cavabdehin mülkiyyətinə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtina etməsi həm də ona görə əsassızdır ki, iddiaçıya məxsus torpaq sahəsinə bilavasitə eyni ərazidə yerləşən torpaq sahələri eyni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində həyətyanı torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd etdiyi kimi cavabdeh bir-biri ilə zidd əsaslar gətirərək hüququn qeydiyatından imtina etmişdir. Cavabdeh bildirir ki, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı (örüş) üçün nəzərdə tutulmuş ərazidir və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. İddiaçı bildirir ki, əgər bu hüququn qeydiyyatı üçün maneədirsə bilavasitə qonşuluqda yerləşən, eyni təyinatlı torpaq sahələrinə dair hüquqlar cavabdeh tərəfindən niyə qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir? Digər tərəfdən iddiaçı torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir, yəni müvafiq qaydaya uyğun müraciət etmişdir ,torpaq sahəsinə görə müəyyənləşdirilmiş pul məbləğini satıcının bank hesabına ödəmiş və torpaq sahəsini qəbul etmiş və bildirir ki, hal-hazırda da həmin torpaqdan təyinatı üzrə istifadə edir. Cavabdehin imtinası əsassızdır. İddiaçının yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi bələdiyyə tərəfindən mülkiyyətinə məhz fərdi yaşayş evinin tikintisi məqsədilə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq iddiaçıya təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli dövlət orqanların iştirakı və imzası ilə həyata keçirilmişdir. Belə ki, hər bir halda həmin torpaq sahəsi ilə əlaqədar alqı-satqı proseduru başa çatmışdır. Torpaq sahəsinə görə bələdiyyə hesabına pul köçürülmüş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Həmin məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1 -ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki vəxya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəy işdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ -əmlaka(əşyaya)faktiki sahibliyin həyata keçirilməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsinə əsasən, "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz". İddiaçı hesab edir ki, qanuni əsaslarla əvəzi ödənilməklə bələdiyyədən aldığı torpaq sahəsinə dair hüququnun qeydiyyata alınmasından imtina etməsi hüquqa ziddir.. Torpaq sahəsinin ayrılması barədə müraciət etdikdən sonra qanunvericilikdə müəyyən olunmuş müddətin buraxılması mənim təqsirim üzündən baş verməmişdir. İddiaçı torpaq sahəsinin alınması üçün müraciət etdikdən sonra ona məlum olmayan səbəblərdən sənədləşdirmə işləri qeyd edilən vaxtda tam yekunlaşmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə gorə tərəflər müqavilənin bütün mühüm şərtlər barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə gorə tərəflər müqavilənin bütün mühüm şərtlər barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əmlakın alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti ) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini . evi. binam, mənzil və digər daşınmaz əmlakı alıcının mülkiyyətinə verməsini öz öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əmlakın alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.1-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və ya fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə .inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uygun hərəkət etməyə borcludur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqlarm dövlət qeydiyyatı) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (y üklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün ərizəyə torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas olan, torpaq sahəsinin mənə ayrılmasını təsdiq edən sənədlər)cavabdeh idarəyə təqdim olunmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə "Marks Belçikaya qarşı" işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Zvierinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqey ini ifadə etmişdir ki.mülkiyyətə hər hansı bir müdaxilə həm də mütanasiblik tələbinə uyğun ol mahdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin fundiınental hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli tarazlığa" cavab verməlidir. İnzibati Prossesual Məcəllənin 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tulan tədbirlər inzibati orqanın güddüy ü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində X3 iştirak etmiş, lakin onun etibarnamədə iddiaçının təmsil etmək səlahiyyəti müəyyən olunmamışdır. X3 torpaq sahəsini etibarnamə ilə aldığını, iddia ərizəsini Hüseyin adlı şəxsin hazırladığını bildirmişdir. X2 izah edilmişdir ki, məhkəməyə təqdim etdiyi etibarnamədə iddiaçını təmsil etmək səlahiyyəti olmadığı üçün nümayəndə kimi qəbul edilə bilməz. O, torpaq sahəsi ilə bağlı iddiaçıdan etibarnamə almış olsa və torpaq sahəsindən faktiki istifadə etmiş olsa belə hazırki iş üzrə iddiaçı iddianı məhkəmədə özü qaldırmalıdır və məhkəmə yaxın qohumu və ya vəkili vasitəsi ilə təmsil oluna bilər. Onun məhkəmədə İddiaçı təmsil etmək və onun adından iddia qaldırmaq səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi qanunvericilik nümayəndə kimi təmsil olunacaq şəxslərin dairəsini müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İzah edilsin ki, İddiaçı özü və ya qanunvericiliyə uyğun olaraq etibar etdiyi yaxın qohumu və ya vəkili vasitəsi ilə məhkəmədə iddia qaldıra və məhkəmədə həmin şəxslər vasitəsi ilə təmsil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1313/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1313/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver